M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə14/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   10   11   12   13   14   15   16   17   ...   48

Mədəniyyət.AZ / 9 • 2016
29
BTİ-nin Yaxın Şərq ölkələri üzrə müşaviri İbrahim Əssiri (Səudiyyə 
Ərəbistanı), İFTR idarə heyətinin üzvü Boris Daussa-Pastor (İspani-
ya), ASSİTEJ-in İsrail Milli Mərkəzinin prezidenti Razi Amitai, “Pikko-
lo” Teatrının bədii rəhbəri Sercio Eskobar (İtaliya), Batumi İncəsənət 
Universitetinin rektoru Ermile Mesxiya (Gürcüstan), Kəlküttə Univer-
sitetinin professoru Priyanka Çaterci (Hindistan), “Trinistra” Dövlət 
konsert və nəfəs alətləri orkestrinin rəhbəri Deyvidas Stoponkus 
(Litva), Perm şəhəri “U mosta” Dram Teatrının bədii rəhbəri Sergey 
Fedotov (Rusiya), “Tənqidi səhnələr” jurnalının baş redaktoru Savas 
Patsalides (Yunanıstan), Vyetnam teatrı üzrə ekspert Şuntaro Yoşida 
(Yaponiya) və başqaları var.
IV Bakı Beynəlxalq Teatr Konfransının start mərhələsi isə noyab-
rın 4-də mətbuat konfransı ilə başlayacaq. Ayın 6-da misirli alim 
Abdel Rahman əl-Xamissinin ərəb dilinə çevirdiyi “İrəvan xanlığı” 
(müəllif Y.Mahmudov) kitabının təqdimat mərasimi təşkil ediləcək. 
Konfrans iştirakçıları üçün noyabr ayının 6-da Azərbaycan Dövlət 
Akademik Milli Dram Teatrında xalq artisti Azər Paşa Nemətovun 
quruluşunda C.Məmmədquluzadənin “Ölülər” pyesinin tamaşası nü-
mayiş olunacaq. 6 və 9 noyabr tarixində Azərbaycan Dövlət Rus Dram 
Teatrında “Karri Marqolis metodu” (Boris Daussa Pastorun semina-
rı), Azərbaycan Dövlət Musiqili Teatrında “Teatr teatrşünaslardan nə 
gözləyir?” (Pavel Rudnevin seminarı), “Müasir teatrda idarəetmə” 
(Devid Pərrişin seminarı), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Te-
atrında “Aktyor sənətində improvizə” (Andrey Sidelnikovun treninqi) 
mövzularında seminar və treninqlər, habelə beynəlxalq təşkilatların 
milli mərkəz üzvləri ilə görüşlər keçiriləcək. 
 
 
“Mədəniyyət.AZ”


30
Mədəniyyət.AZ / 9 • 2016
M
üharibə insan yaradılışından ayrı-ayrı torpaqlar 
üzərində güclü və zəif tərəfl ərin mübarizəsidir. Həmin 
mübarizədə qalib və məğlub tərəfl ər olsa da, əslində, 
müharibə hər iki tərəfin məğlubiyyəti deməkdir...
Azərbaycan üçün müharibə qaysaq bağlamış yaradır. Bu 
yaranın gözü düşmənlər və onların himayədarları tərəfindən 
dəfələrlə qəddarcasına qopardıldığından hələ ki sağalmayıb, 
göynədir və zaman-zaman qanamaqdadır...
Bəs görəsən Rusiya rejissorları üçün “Müharibə” nə 
deməkdir? Bəlkə onlar üçün bu, sadəcə Gənc Tamaşaçılar Teat-
rının səhnəsində göstərilən tamaşadır? Əbəs yerə Rusiya rejis-
sorları demədim. Sözümün canı var...
Ötən mövsüm Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teat-
rında Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının dəstəyi ilə 
beynəlxalq rejissor laboratoriyası keçirildiyi müddətdə bu tədbirə 
qatılanların bir qismi hər gün baxdıqları tamaşaları müzakirə 
edir, teatrın bir qrup aktyoruna isə Rusiya Teatr Akademiyasının 
səhnə hərəkəti və plastika kafedrasının müdiri, professor Aydar 
Zakirovun başçılığı ilə səhnə döyüşləri üzrə təlimlər keçirilir-
di. Laboratoriya dərslərinin davam etdiyi müddətdə rejssorlar 
Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində R.Ağayevin “Bir 
gecənin nağılı”, Rus Dram Teatrında İ.Əfəndiyevin “Büllur saray-
da”, Akademik Milli Dram Teatrında H.Cavidin “Əmir Teymur”, 
Dövlət Pantomim Teatrında Ç.Aytmatovun “Manqurt” və yenə də 
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveç dramatur-
qu Lars Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”) tamaşalarını 
RUSİYA REJİSSORLARININ GÖZÜ İLƏ...
RUSİYA REJİSSORLARININ GÖZÜ İLƏ...


31
Mədəniyyət.AZ / 9 • 2016
izlədilər. Tamaşalardan sonra baxılan səhnə əsərinin rejissor işi, 
aktyor oyunu, səhnə tərtibatı və ümumiyyətlə, hər bir detal labo-
ratoriya iştirakçıları tərəfindən müzakirə olundu.
Hər bir əsər haqqında öz fikirlərini bildirən rejissorlar digər 
teatrlarda, eləcə də Gənc Tamaşaçılar Teatrında baxdıqla-
rı iki tamaşa, xüsusilə də “Müharibə” haqqında yüksək fikirlər 
səsləndirdilər. 
Rifkat İsrafilov (Rusiyanın xalq artisti, RF dövlət müka-
fatı laureatı, Rusiya Teatr Xadimləri İttifaqı sədrləri şurasının 
sədri, Orenburq Dövlət Dram Teatrının bədii rəhbəri, professor, 
beynəlxalq rejissor laboratoriyasının rəhbəri): 
“Laboratoriya müddətində Xalq yazıçısı Elçinin 
“Şekspir” pyesini rejissorlarla bərabər təhlil etdik. 
Hər bir rejissor öz məqsədinə görə 
pyesdə bu və ya digər epizodların 
səhnə həlli barədə konsepsiyalarını 
irəli sürdü. Sonradan Azərbaycan 
Dövlət Gənc Tamaşaçılar Teatrının 
baş rejissoru Bəhram Osmanovun 
“ÜNS” yaradıcılıq səhnəsində bir neçə 
il bundan əvvəl həmin pyes əsasında 
hazırladığı tamaşaya videobaxış 
keçirdik. Düzdür, səhnə oyununa canlı 
baxmaq daha məqsədəuyğundur. 
Lakin texniki tərəfdən gözəl çəkilmiş 
tamaşa bizdə maraq oyatdı. B.Osmanov 
rejissor laboratoriyasında təhlil zamanı 
deyilənlərdən tam fərqli mükəmməl bir 
səhnə əsəri hazırlaya bilmişdi.
 Bakıda olduğumuz müddətdə Rus Dram Teat-
rında, Akademik Milli Dram və Pantomim teatrın-
da müxtəlif səpkili tamaşalara baxdıq. Məşğələlər 
Gənc Tamaşaçılar Teatrının bazasında olduğu 
üçün burada iki tamaşanı seyr etdik. Kiçik səhnədə 
R.Ağayevin “Bir gecənin nağılı”, böyük səhnədə isə 
L.Nurenin “Müharibə” tamaşasına. Hər iki əsər 
istər laboratoriya iştirakçılarında, istərsə də labo-
ratoriyada iştirak edən peşəkar tənqidçilərdə çox 
böyük maraq oyatdı. Mənə elə gəlir ki, teatr bu gün 
özünün ən parlaq yaradıcılıq dövrünü yaşayır. Tanış 
olmadığım “Müharibə” pyesi əsasında hazırlanan 
tamaşa məndə heyrət doğurdu. İstər mahir akt-
yor ansamblı, istər rejissor işi çox mükəmməldir. 
Gəldiyim qənaət budur ki, Azərbaycan Dövlət Gənc 
Tamaşaçılar Teatrında gənc və orta nəsil daha güclü və perspek-
tivlidir. Onlar müxtəlif müəllimlərdən sənət təhsili alsalar da, va-
hid oyun və ideya ətrafında birləşə bilirlər. Bunun bariz nümunəsi 
barəsində danışdığım “Müharibə” tamaşasıdır. Uzun illər müxtəlif 
festivallarda direktor, bədii rəhbər və münsifl ər heyətinin sədri 
olduğuma əsaslanıb ürəklə deyə bilərəm ki, “Müharibə” tamaşa-
sı öz mükəmməlliyi, aktuallığı və sənət səviyyəsinə görə bir çox 
Avropa və Rusiyada keçirilən festivallarda Azərbaycanın teatr 
sənətini yüksək səviyyədə təmsil edə bilər və təmsil etməlidir 
də. Bakıda olduğum az müddət ərzində izlədiyim tamaşalar və 
Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovla gö-
rüşümüz və apardığımız faydalı söhbətlər, gələcək yaradıcılıq 
əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı həm direktor 
(M.Həmidov), həm də mənim verdiyim təklifl ərin reallığı, heç 
şübhəsiz, sevindiricidir. Hiss etdim ki, Rusiya – konkret ola-
raq özümün rəhbərlik etdiyim Orenburq Dövlət Dram Teatrı 
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının timsalında layiqli 
tərəfdaş qazanmaq üzrədir.
Mən bütün əlaqələrimdən istifadə edərək bu tamaşanın təbliği 
ilə məşğul olacam. Bu gün sürətlə inkişaf edən Azərbaycan bir 
ölkə kimi artıq dünyada öz sözünü deməyi bacarır. Bakı inanıl-
maz dərəcədə füsunkar və cəlbedicidir. Əminəm ki, bu tamaşa da 
Azərbaycan teatr sənətinin nəyə qadir olduğunu sübut edəcək”.
Rifkat İsrafilov


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə