M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə15/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   11   12   13   14   15   16   17   18   ...   48

32
Mədəniyyət.AZ / 9 • 2016
Marina Korçak (Rusiya Teatr Xadimləri İttifaqının dram və 
milli teatrları üzrə Koordinasiya Şurasının sədri, teatrşünas):
“Bəhram Osmanovu çoxdan tanıyıram. O artıq bir neçə ildir 
ki, hörmətli Rifkat Israfilovun rejissor laboratoriyasının üzvü-
dür. Bu illər ərzində özünü təvazökar, açıq düşünməyi bacaran, 
psixoloji teatr üslubuna riayət edən bir rejissor kimi göstərib. 
Baxmayaraq ki son illər Azərbaycan Dövlət Gənc Tamaşaçı-
lar Teatrı haqqında Rusiyanın bir sıra teatr kollektivlərindən 
müsbət fikirlər eşitmişdim. Ümumilikdə isə Azərbaycan teatrı-
nın bugunkü durumu haqqında Rusiyada elə bir ətrafl ı məlumat 
olmadığından bura gələndə özümü çox narahat hiss edirdim. 
Baxdığım tamaşalar Azərbaycan teatrının vəziyyəti haqqında 
ümumi mənzərəni aydınlaşdırdı. İlk baxışdan hazırlanan tama-
şalarda maddi-texniki baza, səhnə tərtibatı, geyimlər çox ba-
halı idi. Amma heç də başdan-ayağa tamaşaya xidmət etmirdi. 
Sanki aktyorlar səhnəyə çıxıb sözlərini deməlidi, rejissorlar da 
vaxtlı-vaxtında baş verən hadisələrdən sonra şəkillərin ardıcıl 
düzülüşünə diqqət etməlidirlər. Pantomim teatrında isə əksinə, 
aktyorlar canlıdır, zəhmətsevərdir. Bu onların oyununda hiss 
olunur. Gənc Tamaşaçılar Teatrında tamaşalara baxacağım 
günə qədər çox həyəcanlı idim və həyəcanım durmadan artırdı. 
Əvvəl kiçik səhnədə baxdığımız R.Ağayevin “Bir gecənin nağı-
lı” tamaşası məndə bu həyəcanı aradan qaldırdı. Gənc aktyorlar 
(Zülfiyyə Alhüseynova, Eşqin Quliyev) və peşəkar teatrda ilk işi 
olan gənc rejissorun 55 dəqiqəlik tamaşasını izlərkən məndə bir 
sevinc yarandı. İki aktyor səhnədə tamaşaçının gözü qarşısında 
hadisələr inkişaf etdikcə başqalaşırdı. Bu başqalaşma qrimsiz, 
əlavə köməkçi vasitəsiz baş verirdi. Və hər bir laboratoriya üzvü 
artıq anlayırdı ki, bu çox peşəkar bir səhnə əsəridir. Əlbəttə, hərə 
öz zövqünə görə tamaşanın məziyyətləri barədə mübahisə edə 
bilər. Amma mən çox professional bir səhnə oyununa baxdığımı 
tam əminliklə deyə bilərəm.
L.Nuren isə bir dramaturq kimi tanış gəlmədi; Rusiya teatrla-
rında o, nədənsə oynanılmır. Bu illər ərzində bu qədər yaşadığı-
mız mühitlə səsləşən ikinci bir dram əsərinə rast gəlməmişəm. 
Əsər Birinci və İkinci Dünya savaşlarına deyil, 90-cı illərdən 
bu yana arasıkəsilməz müharibəyə aiddir. Və teatr sözün əsl 
mənasında çox aktual bir səhnə əsəri hazırlamağa nail olub. 
Mənə əsəri təqdim edəndə oxudum və çox ağır bir dramaturgi-
yanın necə oynanılacağı barədə düşündüm. Tamaşa isə əksinə, 
bu ağırlığı sözün yaxşı mənasında çox yüngüllüklə çatdıra bilir-
di. Yaşından asılı olmayaraq bütün aktyor ansamblı, minimum 
səhnə tərtibatı, geniş məkan və 5 iştirakçı. Rejissor hər şeyi akt-
yorlar tərəfindən həll etməyi yaxşı bacarmışdır. İfadəli oyun tərzi 
tapmış və ən maraqlısı budur ki, tamaşanın finalı müəllifin yaz-
dığı finaldan da ağır və amansızdır. Deyirlər, bəzən müharibədə 
həlak olanlar mühairəbədə sağ qalanlardan daha çox xoşbəxtdir. 
Istər-istəməz bu gün biz hər birimiz bu amansız həqiqətlə ra-
zılaşmağa məhkumuq. Azərbaycan Dövlət Gənc Tamaşaçılar 
Teatrının bizə təqdim etdiyi “Müharibə” tamaşası sübut etdi ki, 
Azərbaycan teatrının yaşamaq haqqı var”.
İsa Çaxkiyev (Rusiya və İnquşetiyanın Xalq artisti):
“Təkrarçılığa yol verməyərək hamınızı təbrik edirəm. 
Sizin çox güclü aktyor məktəbiniz varmış. Təəssüf 
ki, həmin məktəb barədə xəbərimiz olmayıb. Tamaşa 
amansız hadisələrlə zəngindir və fi kirləşirsən ki, bu 
hadisələr indi bir sıra xalqların yaşadığı durumdur. 
Səhnədən tamaşa salonuna süzülən insani fəryad 
bizi tez-tez diksinməyə məcbur edirdi. Əsəri oxudum. 
Tamaşaya tərcüməçisiz baxdım və dedim ki, hər 
şey mənə aydındır. Hətta mən rejissor tərəfi ndən 
olunmuş ixtisarları belə hiss edirdim. Tamaşada 
hadisələr Qarabağda da gedə bilər, Şimali Qafqazda 
da və dünyanın başqa-başqa ölkələrində də. Ən 
dəhşətlisi odur ki, hadisələr gedən ölkələr çox xırda 
millətlərdir. Və təəssüf ki, bu millətlərin fəryadını 
kimsə eşitmir”.
Roman Dabaqov (Rusiyanın Əməkdar incəsənət xadimi, re-
jissor):
“Çox həyəcanlı idim. Ömrümdə görmədiyim Azərbaycan teat-
rının necə olduğunu anlamaq istəyirdim. Bu gün tam əminliklə 
deyə bilərəm ki, Azərbaycanda teatr sənəti var. Və bu sənət Gənc 
Tamaşaçılar Teatrının simasında özünü göstərir. Baxdığımız ta-
maşalarda heyrətamiz dərəcədə peşəkar aktyor oyunu vardı. 
Əlbəttə, hamısı rejissorun sayəsində başa gəlib. Onun dünyagö-
rüşü, aktyorlarla işləmək bacarığı özünü tam şəkildə göstərir. 
Uğurlar arzulayıram. İnanıram ki, az keçməz, “Müharibə” bütün 
festivalların vizit kartına çevrilər”.
Marina Korçak


33
Mədəniyyət.AZ / 9 • 2016
İzümrüd Aliyeva (Dağıstan Respublikasının Əməkdar 
incəsənət xadimi, rejissor-pedaqoq):
“Mən hamınızı təbrik edirəm. Tamaşadakı aktyor ansamblı o 
qədər möhtəşəmdir ki, aktyorlardan hansınınsa zəif, digərinin 
bir qədər güclü olduğunu demək mümkün deyil. Bütün aktyorlar 
eyni dərəcədə peşəkarlıq nümayiş etdirdilər. Birinci hissədə ta-
maşadakı obrazların çıxılmaz vəziyyəti insanı elə gərginliyə sa-
lırdı ki, düşünürsən axı belə necə yaşamaq olar? Pyesi oxudum. 
Açığı, tamaşanın bu dərəcədə möhtəşəm alınacağına inanmır-
dım. Çünki pyesdə hərəkət azdır. Lakin rejissorun mükəmməl işi 
bunun tam əksini sübut etdi. Tamaşanın bəzi hissələri elə incə 
və həssaslıqla işlənib ki, səhnədəki qəhrəmanın yerinə həyəcan 
keçirirsən, düşünürsən ki, bu vəziyyətdə o hansı addımı atacaq, 
nə qərar verəcək? Tamaşanın final hissəsi pyesdən fərqli olsa da, 
qəhrəmanların birləşməsi onu göstərdi ki, obrazlar düşdükləri 
vəziyyətlə razılaşır və başa düşürlər ki, atalarını qorumalı və 
yanında qalmalıdırlar. Düşünürəm ki, elə tək bu tamaşaya görə 
Bakıya gəlməyə dəyərdi...”
Sentyabr ayının 23-də rusiyalı rejissorların laboratoriyası 
başa çatdı. Rejissorlar bu 4 gündə Azərbaycanın ayrı-ayrı teatr-
larında izlədikləri tamaşalardan aldıqları zəngin təəssüratla öz 
ölkələrinə qayıtdılar. O təəssüratların içində ən çox “Müharibə” 
var. Kimin ölkəsində getməsindən asılı olmayaraq od-alov sa-
çan müharibə. Ya da sadəcə yalnız teatr səhnəsində gördükləri 
“MÜHARİBƏ”...
Hüsniyyə Mursaquliyeva
İzümrüd Aliyeva
Roman Dabaqov
Isa Caxkiyev


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə