M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə2/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   2   3   4   5   6   7   8   9   ...   48

4
Mədəniyyət.AZ / 9 • 2016
MÜNDƏRİCAT
Üzəyir bəy Hacıbəyli irsi virtual aləmdə
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin
tarixi sənədlərində Üzeyir bəyə bir baxış
Söz birləşməsi səviyyəsində norma məsələləri
Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun
yaradıcılığında mənzərə janrı
“Avropa İrs Günləri”
Göyqurşağı rəngli səsin sahibi...
Kulturologiya və mədəniyyət anlayışlarının terminoloji şərhi
Əməkdar rəssam İsmayıl Məmmədovun
yaradıcılığında natürmort janrı 
Ələkbər Rzaquliyev yaradıcılığında sevgi lirikası
Джазовая культура Латинской Америки
72
75
78
82
86
89
93
96
68
70
56
100
64
60
ELM
ABİDƏLƏRİMİZ
PORTRET
Gənc, gözəl, ağıllı, istedadlı 
Azadlığın musiqi təntənəsi
Əsl adı Müqbil idi
60
56
64
9  2016
Azərbaycanda turizmin inkişafının
ən yeni mərhələsi
100
TURİZM


5
Mədəniyyət.AZ / 9 • 2016
Payızın bərəkətli qoxusu, tez-tez yağan yağışları bizi elə haq-
ladı ki, gözümüzü aça bilmədik, sentyabrın sevimli, həzin mehri 
insanları ağuşuna aldı və əbədi həqiqətləri yavaş-yavaş yenidən
təkrar-təkrar xatırlatmağa başladı... o üzdən həm də “Payız vax-
tınız” xeyir, sevimli oxucumuz! 
Hər fəsil öz tələbləri, xasiyyəti, problemləri ilə daxil olur 
həyatımıza. Bəzən həll olunası, bəzən də acılı-şirinli təcrübəsi 
ilə... Amma bütün təcrübələrin insanı daha da mübariz, dö-
zümlü, güclü etdiyi təkzibolunmaz həqiqətdir! Olsun! Biz həyata yaşamaq, işləmək, yaratmaq, sevdiklərimizi 
sevindirmək üçün gəlmişiksə, bunun əziyyətlərinə, acısına, şirininə də səbir göstərməli, taleyə asi olmamalıyıq! 
“Səbrin aça bilməyəcəyi qapılar yoxdur” deyir müdriklərimiz! O üzdən sevdiyin işinə davam və ehtiram! Hər 
zamankı kimi zəhmət və məsuliyyət, həqiqət və ədalətə niyyət, beləliklə, xalqına və mədəniyyətinə xidmət! 
Amalımız, amacımız bu olduqca bizə usanmaq yox!
Sentyabr yenə də öz mövzularını gətirdi gündəmə və bir az fasilə ilə də olsa, qələmə alıb təqdim edirik 
qədirbilən oxucularımızın nəzər-diqqətinə!
Yenə də nisgilimiz – Qarabağın ardınca boylanırıq, mərhum şairimizin Qabilli-Qabilsiz yubileylərini qeyd edi-
rik, “İşığa gedən yol”da Sona xanım Vəliyeva ilə birgə addımlayırıq, İpək yollarının marşrutu artıq 4-cü dəfə 
teatral Şəkidən keçir və irəlidəki mühüm hadisələrə hazırlaşırıq, bu arada, nə qədər təzadlı olsa da, Bakının 
GTT-nın “Müharibə”sinin uğurundan söz açır, şəhərimizin baş muzeyinin 80 illik yubileyi ərəfəsində muzeyin 
və əməkdaşlarının həyatındakı nailiyyətlərlə tanış olur, ayın ənənəsinə sadiq qalıb 18 sentyabr Üzeyir Hacıbəyli 
VII Beynəlxalq Musiqi Festivalının kiçicik hesabatını oxuyuruq. Üzeyir dühasına layiq bir neçə məqalə ilə sizi 
maraqlandırır, Gəncə əsilli sənətkarımız Mobil Əhmədovun xatirəsini anırıq. Yenə ənənəyə sadiq qalıb Avropa 
İrs Günlərinin hadisələrindən xəbər tutur, gözəl sənətkarımız Əminə Yusifqızına 80 illik yubileyində cansağlığı, 
Ceyla kimi gənc, gözəl və istedadlı musiqiçilərimizə isə sənətin keşməkeşli yollarında belə sənətkarlarımız kimi 
irəliləyib böyük uğurlar qazanmasını arzulayırıq! 
Jurnalımızın gənc və müqtədir araşdırmaçıların yazıları ilə zəngin olduğuna bir daha diqqət yönəltmək 
istərdim, əziz oxucular! Artıq çox məzmunlu məqalələrin ünvanı sayılır dərgimiz elmi çevrələrdə! Bununla qürur 
duyuruq! Sizin həm də bu məqalələri oxumağınızda israrlıyıq, nədən ki çeşidli hümanitar mətləblərdən söhbət 
açır, maarifl əndirir, zənginləşdirir. Bu da bizi bir daha gənc araşdırmaçıları jurnalımızın səhifələrində dərc olun-
mağa dəvətə sövq edir!
Sevgilərlə, 
Hər vax tı nız xe yir, əziz oxu cu lar!
Zöh rə   Əli ye va,
fi lologiya   üzrə   fəlsəfə   doktoru,
Əməkdar  mədəniyyət  işçisi


6
Mədəniyyət.AZ / 9 • 2016
RƏSMİ XRONİKA
M
ədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin ölkəmizdəki 
səfi 
ri İsmayıl Alper Coşqunla İran İslam Respublikasının 
Azərbaycan Respublikasındakı səfi ri Möhsün Pak Ayini səlahiyyət 
müddətlərinin bitməsi ilə əlaqədar qəbul edib. Görüşdə ölkələr arasında 
bu müddət ərzində həyata keçirilən layihələr haqqında fi kir mübadiləsi 
aparılıb. Nazir İndoneziya Xalq Konsultativ Konqresinin sədr müavini 
Osman Sapta Odanq, parlament nümayəndələri və palatanın baş 
katibindən ibarət nümayəndə heyətini də qəbul edib. Görüşdə mədəni 
və iqtisadi əlaqələrin inkişafından söz açılıb.
M
ədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniya və 
Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfi ri Kerol 
Meri Kro  su, “British Council” təşkilatının Azərbaycan üzrə direktoru 
Elizabet Vaytı, habelə İraq Respublikasının müvəqqəti işlər vəkili Fadil 
əl-Şuveylini qəbul edib. Görüşdə mədəniyyət və turizm sahələrində 
əməkdaşlıq məsələlərindən söhbət açılıb.
M
ədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Beynəlxalq Türk 
Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinovla 
görüşündə Şəkidə keçiriləcək “Üç məkan” II Şəki Beynəlxalq Teatr 
Festivalının əhəmiyyətindən danışılıb; görüşdə ölkəmizlə təşkilatlar 
arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
A
zərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs 
Qarayev İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin 
Mədəni ilə görüşüb. Nazir İslam Həmrəylik Oyunlarına hazırlığın 
bilavasitə ölkə rəhbərliyinin diqqətində olduğunu və bütün aiddiyyəti 
təşkilatların bu işdə lazımi dəstək göstərdiyini bildirərək nazirlik 
tərəfi ndən də həmrəylik oyunları dövründə maraqlı mədəni tədbirlərin 
təşkil ediləcəyini diqqətə çatdırıb.


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə