M-az (9). indd



Yüklə 23,52 Mb.
Pdf görüntüsü
səhifə26/48
tarix17.11.2018
ölçüsü23,52 Mb.
#80668
1   ...   22   23   24   25   26   27   28   29   ...   48

56
Mədəniyyət.AZ / 9 • 2016
Qazaxıstanın müstəqilliyinin 25 illiyinə həsr olun-
muş beynəlxalq Almatı festivalından təəssüratlar...
“Göy bayrağım, dalğalan!” Bu deviz altında sentyabrın ortalarında 
Almatıda Qazaxıstan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Qaza-
xıstan Respublikasının müstəqilliyinin 25 illiyinə həsr olunmuş 
festival keçirilib. İki gün ərzində reallaşdırılan mini-festivalın proq-
ramı kifayət qədər zəngin və maraqlı idi. Festival beynəlxalq elmi-
nəzəri konfransı, habelə iki musiqi gecəsini özündə ehtiva edirdi.
“Müasir bəstəkarların yaradıcılığında azadlıq və müstəqillik 
mövzusu”ndan qaynaqlanan konfransın iki iclasında müasir akade-
mik musiqinin bir sıra aktual problemləri geniş müzakirə olundu. 
Tanınmış bəstəkar, Qazaxıstan Bəstəkarlar İttifaqının sədri, Dövlət 
mükafatı laureatı Balnur Kıdırbek öz yığcam, konstruktiv xarakter 
daşıyan məruzəsində bəstəkarların son onilliklər 
ərzində qarşılaşdığı problemlərə, 
məsələn, simfonik əsərlərin ifası-
nın gerçəkləşdirilməsində yaranan 
maneələrə, opera janrına marağın 
azalmasına, hazır səhnə əsərlərinin, 
o cümlədən 18 (!) baletin tamaşaya 
qoyulmamasına, bir sıra layihələrin 
maliyyə çatışmazlığından real-
laşmadığına, çağdaş yaradıcıların 
maddi vəziyyəti və s. məsələlərə 
diqqəti səfərbər edib. “Amma bütün 
mövcud problemlərə baxmayaraq 
Qazaxıstanda akademik musiqinin 
uca ənənələrini qoruyub saxlamaq 
mümkün olmuşdur”, – deyə Balnur 
xanım öz nitqini pozitiv notda ta-
mamlayıb.
Tanınmış alim, professor, İCTM-in 
üzvü Səidə Yelemanova (Qazaxıstan) 
müasir musiqinin araşdırılması me-
todologiyası ilə bağlı fikirlərini bölü-
AZADLıĞıN
 MUSIQI TəNTəNəSI
ş
,
mükafatı laureatı Balnur Kıdır
daşıyan məruz


57
Mədəniyyət.AZ / 9 • 2016
şüb. Filologiya elmləri namizədi Gülnaz Qalina (Başqırdıstan) opera 
janrının hazırkı problemlərinə toxunaraq bu incəsənət növündə milli 
dildən imtina olunmasının yaratdığı fəsadlardan həyəcanla söz açıb. 
Meruert Kurmanqaliyeva, Daureş Ahmetbekova, Karlıqaş Kunafina, 
Valeriya Nedlina, Əlibi Abdinurovun çıxışlarında konkret əsərlərin 
təhlili timsalında müasir musiqinin müxtəlif aspektlərinə – janr, 
formanın təravətli yozumuna, müvafiq ifadə vasitələrinin seçimi və 
özgün tətbiqinə toxunulub.
Azərbaycanı konfransda Üzeyir Hacıbəyli adına BMA-nın profes-
soru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə və Azərbaycan 
Milli Konservatoriyasının prorektoru, sənətşünaslıq üzrə fəlsəfə 
doktoru, dosent Lalə Hüseynova təmsil edirdi.
Zümrüd Dadaşzadə “Azərbaycan musiqisi müasir mərhələdə: 
fraqmentlər, düşüncələr” adlı məruzəsində milli akademik mu-
siqinin dünya incəsənətinin əsas təmayülləri kontekstində geniş, 
rəngarəng panoramını canlandırıb. Çıxışını instrumental musiqi-
nin ali formaları (simfoniya, konsert) üzərində quran musiqişü-
nas, Azərbaycan bəstəkarlarının axtarışlarının müxtəlifl iyini, tətbiq 
edilən ifadə vasitələri palitrasının əlvanlığını sərgiləyib. “Müasir 
tariximizin kolliziyaları – xalqın müstəqilliyi uğrunda çarpışması, 
çökməkdə olan sovet imperiyasının 1990-cı ildə törətdiyi 20 Yanvar 
qırğını, torpaqlarımızın işğalı, Xocalı soyqırımı kimi faciəvi olaylara 
baxmayaraq, Azərbaycanın müstəqillik qazanması və həmin çətin, 
keşməkeşli müstəqillik yolunda get-gedə daha inamla irəliləməsi, 
gözəçarpan nailiyyətləri – bütün bu möhtəşəm mövzuları “müzakirə 
etmək” istəyi bəstəkarlarımızın musiqinin monumental janrları-
na – oratoriyaya, kantataya, simfoniyaya müraciətini şərtləndirən 
amillərdəndir” deyən musiqişünas öz fikirlərinin təsdiqi üçün Arif 
Məlikov, Fərəc Qarayev, Cavanşir Quliyev, Cəlal Abbasov, Rauf 
Əliyev, Sərdar Fərəcov, Rəhilə Həsənova və başqa bəstəkarların ya-
radıcılığından örnəklərə üz tutub.
Lalə Hüseynova çağdaş milli musiqinin maraqlı simalarından 
biri – Azər Dadaşovun sənət aləminin müxtəlif şaxələrindən söz 
açıb. Qeyri-adi yaradıcılıq məhsuldarlığı və musiqiyə vurğunlu-
ğu ilə fərqlənən bəstəkarın istər iri instrumental formada, istərsə 
də kino musiqisi, mahnı kimi demokratik janrlarda qazandığı 
nailiyyətlərdən bəhs edib. Hal-hazırda artıq 10 simfoniya müəllifi 
olan bəstəkarın bu “fəlsəfi ümumiləşdirmələr” janrında yaratdığı ən 
uğurlu nümunələrdən biri “20 Yanvar” adlı doqquzuncu simfoniyası 
üzərində xüsusi dayanan musiqişünas, onun faciəvi konsepsiyanı 
təcəssüm xüsusiyyətlərindən danışıb.
Bütün səsləndirilən musiqi parçaları, xüsusilə Arif 
Məlikovun ümummilli lider Heydər Əliyevə həsr etdiyi 
Səkkizinci “Əbədiyyət” simfoniyası, habelə Azər 
Dadaşovun “20 Yanvar” simfoniyası böyük diqqətlə 
dinlənilib, canlı fi kir mübadiləsi doğurub. Sərgilənən 
slaydlar və videomateriallar irəli sürülən fi kir və 
müddəaları təsdiqləyib, “əyaniləşdirib”.
Konfransdan sonra Azərbaycan alimlərinin çıxışlarından 
bəhrələnən həmkarları eşitdikləri musiqinin müəllifl əri və əsərləri 
ilə daha yaxından tanış olmaq istəklərini səsləndiriblər. Bir çox-
ları “Keçmiş sovet məkanında ən güclü məktəblərdən sayı-


58
Mədəniyyət.AZ / 9 • 2016
lan Azərbaycan bəstəkarlıq məktəbi bizim üçün örnək idi. Biz 
azərbaycanlı həmkarlarımızdan həmişə faydalanmışıq” – deyə 
səmimiyyətlə bildiriblər.
“Tarixi arzumuz – müstəqillik” başlıqlı birinci konsertdə 
isə əvvəlki tədbirdə yaradıcılıqlarından danışılan 
bəstəkarların azadlıq, müstəqillik mövzularını inikas 
etdirən simfonik musiqiləri Dövlət Simfonik Orkestrinin 
(dirijor Yerbolat Əhmədiyarov) ifasında təqdim 
olundu. Balnur Kıdırbekin, Vladimir Striqotski-Pakın, 
Yermek Ömirovun, Həbibulla Setekovun üslubla fərqli 
əsərlərində müasir dövrün nəbzi döyünür, eyni zamanda 
geniş auditoriya ilə ünsiyyət qurmaq istəyi özünü aydın 
büruzə verirdi. 
Tanınmış qazax simfonisti, yaxınlarda 60 illik yubileyini qeyd 
etmiş Beybut Daldenbayın xalqın azadlıq uğrunda mübarizəsini 
–1986-cı il faciəvi dekabr hadisələrini canlandıran “Jeltoksan tolku” 
(“Dekabr həyəcanı”) simfoniyası (2016) öz məxsusi tembr aurası, 
maraqlı orkestr tapıntıları, ən əsası – dalğavarı quruluşa malik, in-
sanı gərginlikdə saxlayan dramaturji həlli ilə yadda qaldı. Musiqini 
dinləyirsən və sanki 30 il öncə baş vermiş faciənin şahidi olursan. 
Həm də Azərbaycan bəstəkarlarının 1990-cı il yanvar hadisələrinə 
həsr olunmuş əsərləri, məsələn, Azər Rzayevin “Bakı-90”, A. Dada-
şovun Doqquzuncu simfoniyası ilə paralellər yaranır...
Orkestr pyesləri, rəngarəng nəğmələr çələngindən ibarət “Gözəl 
elim – Qazaxıstan” adlı ikinci konsert proqramı Balnur Kıdırbekin öz 
doğma diyarına, bu ölkənin insanlarına zərif övlad sevgisinin ifadəsi 
idi. Əsərlərin bir hissəsi müəllifin yaxın dostlarına, həmkarlarına həsr 
olunduğundan musiqidə lirik ovqat, kövrək duyğular boy göstərirdi. 
Həmin axşam təqdim olunan obrazlar sırası ilk əvvəl öz pozitiv ener-
jisi, bəzi məqamlarda yumor aşılanmış gənclik ruhu ilə mə  unluq 
yaratdı. “Estrada orkestri üçün küy” pyesi isə qazax ənənəvi musi-
qisinin əsas janrına yeni görüm bucağından baxmaq, onu müasir 
qiyafədə təqdim etmək cəhdi ilə diqqəti çəkdi. Parlaq emosiyalar 
bəxş edən həmin gecədə bəstəkarın müvəff əqiyyətini A.Belyakovun 
idarəsi ilə estrada-simfonik orkestri, habelə solistlər – J.Amanova, 
B.Mombekov, D.Joldıbayev, F.Kıdırbek bölüşdülər.
Balnur Kıdırbeki Azərbaycan musiqiçilərinin həqiqi dostu, 
sənətimizin pərəstişkarı adlandırmaq olar. Qeyd edək ki, Üzeyir bəyin 
130 illiyi münasibətilə o, “Türk akademik musiqisinin banisi – Üze-
yir Hacıbəylı” adlı simfonik lövhə bəstələmişdir. Həmin əsər keçən il 
Üzeyir Hacıbəyli festivalının açılış konsertində uğurla səsləndirilib.
Qazaxıstan səfəri çərçivəsində Azərbaycan təmsilçiləri 
Kurmanqazı adına Qazax Milli Konservatoriyasına gedərək 2014-
cü ildə 70 illiyini qeyd etmiş təhsil ocağının rəhbərliyi ilə görüşüb, 
əməkdaşlığın, xüsusən də elmi araşdırmalar sahəsində işbirliyinin 
perspektivləri barədə müzakirələr aparıblar. Rektor, Xalq artisti, 
Dövlət mükafatı laureatı, professor Janiya Əubəkirovanın 
ictimaiyyətlə görüşü əsnasında (azərbaycanlı alimlər fəxri qonaqlar 
qismində həmin görüşə dəvət edilmişdilər) konservatoriyanın son 
illər qazandığı uğurlar, qarşılaşdığı problemlərin həlli haqqında geniş 
təsəvvür yaranıb. Rektor öz məruzəsində təhsildə ən yeni metodların 
tətbiqi zərurətini dönə-dönə vurğulayıb və bu yöndə atılan addımları 
əyani sərgiləyib. Görüş zamanı baş tutan təqdimatlar – dombraçılar 
kvartetinin performansı, konservatoriya xorunun şövq dolu ifaları, 
habelə konservatoriyada müxtəlif ixtisaslar üzrə təhsil alan 
tələbələrin, məsələn, nəfəs alətləri ifaçılarının məharəti valehedici 
alınıb.
Səfərin ən duyğulu məqamı isə Jubanovların ev-muzeyinin 
ziyarəti ilə bağlı idi.
“Tələbəlik illərimdə mən elmi rəhbərim professor Nailə Meh-


Yüklə 23,52 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə