26
Mədəniyyət.AZ / 9 • 2016
D.B.: “Slavanın ideyası mənə çox maraqlı görün-
dü. Razılaşın ki, kölgəni ifadə vasitəsinə çevirmək 2D
ölçüsünü əldə etməyə bərabərdir”.
V.İ.: “Bu tamaşanı uzun müddət oynamamışıq.
Buna
görə belə tərkibdə onun, demək olar ki, prem-
yerası baş tutdu.
– Teatrınızın janrını necə müəyyənləş-
dirmisiniz?
V.İ.: “Teatrımızın janrının poeziya teatrı ilə
həmahəng olduğunu düşünürük. Təbii ki, özgün
ifadəliliklə. Və hər bir tamaşamız elə qurulur ki,
məhz bu forma və fabulada mövcudluğu mümkün-
dür. Allüziya, illüziya, anımlar
vasitəsilə nəzərdə
tutduğumuzu çatdıraraq. “Bədən üzvləri” tamaşası-
nın texniki məziyyəti teatrın truppası üçün tamamilə
yenidir. Əvvəldən şərt kəsdik ki, mövzunu seçib onun
əsasında əhvalatı düşünək. Xoreoqrafiyanı kölgə
teatrı ilə sintez edib forma ilə eksperiment apar-
maqdan savayı, həm də aktyorların hər birinin şəxsi
yaşantılarının səhnə həllini də tapmağa çalışdıq. Fa-
bula olaraq vidalaşma anını seçdik – uşaqlıq çağla-
rı, sevdiyin insan və s. ilə vidalaşma. Hər məşqdən
sonra hər bir aktyor vidalaşma məqamının məhz
onun üçün nə demək olduğunu açıqlayırdı. Və bu
mükalimələr nəticəsində ayrı-ayrı səhnələr meydana
gəldi. Məşqlərin sonuna yaxın Blez Paskalın
analoji
əsəri ilə tanış oldum və aşkar etdim ki, onu bizdən
4 əsr ayırmasına baxmayaraq, mövzunun aktuallığı,
fikirlərin paralelliyi qüvvədədir. Sadəcə, Paskal bunu
daha lakonik ifadə edib, insanın özünəməxsusluğunu,
ətraf aləmdən asılı olmadığını daha qıvraq dillə çatdı-
rıb, ayrı-ayrı “mən”lərin vahid cəmiyyəti, “biz” əmələ
gətirdiyini daha lakonik söyləyib.
Bu vahidlikdə bir-
birinə qarşı mövqe tutmaq təkamülü inkar edib
gələcək inkişafın qarşısını almaq deməkdi. Blez Pas-
kal deyirdi ki, məni yeni söz işlətməməkdə, yeni fikir
söyləməməkdə ittiham etməyin, çünki düşüncələr,
ideyalar əsrlərdən
süzülüb gələn fikirlərdir, onların
yalnız ifadə forması yeni ola bilər.
D.B.: “Vidalaşma məqamına aid mən də öz
mülahizəmi bildirmək istəyirəm ki, bu həm də
keçmişlə üzülüşməkdir. Bu tamaşada aktyorlar-
la işləmək mənimçün çox maraqlı idi. Çünki aktyor
rəqqasın bacarmadığını da edə bilir. İş prosesində
qarşılıqlı anlaşma hökm sürürdü. Göstəriş-filan ver-
mirdim, təbii ki. Hər şey
improvizə sayəsində baş ve-
rirdi. Bu isə məhz aktyorların təqdimatında çox üzvi
görünür”.
Tbilisinin N.Dumbadze adına Dövlət Uşaq Teatrının (Gənc Tamaşaçılar
Teatrı) nəzdində fəaliyyət göstərən “Uşaq Kukla Opera Teatrı” layihəsinin
ideya müəllifi və prodüseri Quri Zakareişvili
“Azərbaycanda ilk dəfə 1997-ci ildə
olmuşam. Bülbül adına müsabiqədə.
Elə o vaxtdan bu ideya beynimdə idi.
Əlbəttə, opera sənətinin çətin qavranıldı-
ğını və uşaqların psixologiyasını mütləq
nəzərə almaq lazımdır. Mən işə başla-
yanda psixoloqlarla məsləhətləşmişdim
ki, uşaqlara həm maraqlı olsun, həm də
onlar bu tamaşalar zamanı yorulma-
sınlar. Artıq 5
ildən çoxdur ki, bu layihə
gerçəkləşməkdədir. Əvvəlcə biz Marca-
nişvili adına teatrda çıxış edirdik. Amma
Gənc Tamaşaçılar Teatrının səhnəsi,
təyinatı, auditoriyasının bu layihə üçün daha uyğun olması səbəbindən bura keç-
dik. N.Dumbadze adına Gənc Tamaşaçılar Teatrının bizə dayaq olması çox yaxşı
haldır. Çünki məkanı uşaqlara, yeniyetmələrə, gənclərə ünvanlanmış tamaşalar
üçün nəzərdə tutulan bir teatrda tamaşaların keyfiyyətinin yüksək olması xüsusilə
önəmlidir. Uşaqları ağılları kəsən vaxtdan keyfiyyətli musiqi dinləməyə alışdırmaq
lazımdır.
Statistika göstərir ki, belə tərbiyə üsulu ilə böyüyənlərin cinayət aləminə
maraq göstərməsi 30% az baş verən təsadüfl ərdir. Bu isə kiçik göstərici deyil və
Qafqaz üçün çox aktual məsələdir. Rəqəmlərdən söz düşmüşkən, bugünkü tama-
şa 135-ci idi. Yubiley tamaşalarımızdan biri Şəki festivalının payına düşdü. “Sevil-
ya bərbəri”ni hazırlamağa başlayanda operanın 18 lent yazısını dinlədim və Mariya
Kallasın iştirakı ilə səs yazısının ən yaxşı seçim olduğunu gördüm. Bu tamaşa
ilə ilk qastrolumuz Gürcüstan üzrə olub,
sonra Türkiyədə, Ankarada keçirilən
çox yaxşı teatr festivalında, sonra da Ukraynada. Ukraynaya dəvət olunanda orda
müharibənin ən qızğın vaxtı idi. Amma biz səfərdən imtina etmədik. Bu, düzgün
olmazdı – xalqlar, xüsusən də incəsənət xadimləri məhz belə günlərdə bir-birinə
dayaq durmalıdırlar. Hər yerdə də bu əsər bütün digər tamaşalardan fərqlənir.
– Yəqin ki, layihənin davamı da olacaq?
– Bəli... Hazırda yeni bir layihə üzərində çalışıram. Adı “Musiqili göyqurşağı”dı.
Burda bir neçə bəstəkarın klassik əsərləri toplanacaq – gürcü, Amerika, Avropa.
Mənim amalım klassik musiqini kütləyə anlaşıqlı etməkdi. Buna isə yalnız kiçik-
yaşlı tamaşaçılarla işləyərək nail olmaq mümkündür.
– Belə tamaşaları nümayiş olunduqları ölkələrin doğma dilində oynamaq
da bütün əsərlərə aid ediləcək?
– Bəli. Həmin zərurət “Sevilya bərbəri”ni Gürcüstanda rus dilində təqdim
edəndə baş verdi –
bizə dedilər ki, burda çox böyük Azərbaycan diasporu var.
Beləliklə, ideya yarandı və layihənin məramı ilə tam uzlaşdığı üçün geniş vüsət
qazandı. Mən mütəxəssisləri cəlb edib tamaşanın Azərbaycan dilində də versiya-
sını hazırladım. Bizdə Azərbaycan dilində yayımlanan informasiya proqramı var,
oranın əməkdaşları layihəmizə çox dayaq oldular, tərcüməni ödənişsiz etdilər.
Gürcüstanda fəaliyyət göstərən Turqay Vəlizadə adlı çox yaxşı bir aktyorumuz
(Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının aktyoru – red.) bu
tamaşanı Azərbaycan və Türkiyə türkcəsində yazdırdı.
– Festivaldakı çıxışınız ürəyinizcə alındımı?
– Əlbəttə, tamamilə... Onu da deyim, ilk dəfə idi belə böyük zalda bu əsəri təqdim
edirdik, axı “Sevilya bərbəri”nin bu variantı kamera tamaşasıdır. Uşaqların səs