M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
  1   2   3   4   5   6   7   8   9   ...   32



 
M.C.Əliyev, F.A.Həsənli 
 
 
 
 
 
 
 
 
 
 
 
M e l i o r a t i v       c o ğ r a f i y a 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
B a k ı -  2 0 1 0 
 



 
 
 
 
 Müəlliflər:                                              Fəlsəfə elmləri namizədi, dosent  
                                                               Əliyev Mustafa Cahan oğlu 
                                                               Coğrafiya elmləri namizədi 
                                                               Həsənli Fərrux Ağayar oğlu 
 
 
 
 
Elmi redaktor:                                         Kənd təsərrüfatı elmləri namizədi, dosent 
                                                              Əsgərova Mətanət Mahmuq qızı 
 
 
 
 
 
 
Rəyçilər:                                                  Coğrafiya elmləri doktoru, professor 
                                                                Həsənov ġahalı Gülmalı oğlu 
                                                                Coğrafiya elmləri namizədi 
                                                                Həsənov Məhərrəm Səməd oğlu    
 
 
 
 
 
 
 
Dərs  vəsaiti  dövrümüzün  qlobal  problemlərindən  biri  olan  təbii 
komponentlərin  çirklənməsi,  onların  korlanaraq  sıradan  çıxması  və  onların 
bərpası  istiqamətində  gorüləcək  meliorativ  tədbirlərin  aparılması,  həmçinin 
aparılma yollarına həsr olunmuşdur. 
Dərs  vəsaiti  kifayət  qədər  elmi  məlumatlara  əsaslandığından    tələbə, 
magistr,  aspirantlar,  o  cümlədən  bu  istiqamətdə  çalışan  mütəxəssislər  tərəfindən 
mənbə kimi istifadə edilməsi mümkün sayıla bilər.  
Dərs  vəsaitinin  hazırlanmasında  və  ilkin  variantının  yığılıb  çap  olunmasında 
iştirak  etmiş  Qocayeva  Aynurə  Nəriman    qızına    Şahquliyeva  Aygün  Əziz 
qızına öz dərin minnətdarlığımızı bildiririk. 
 
 
 
 



 
 
 
 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
 
M.C.Əliyev          F.A.Həsənli 
 
 
 
 
 
 
M E L Ġ O R A T Ġ V       C O Ğ R A F Ġ Y A 
 
 
 
Pedaqoji Universitetlər üçün dərs vəsaiti 
 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi  
Tərəfindən təsdiq edilmiĢdir. Əmr № 
 
 
 
Bakı-2010 
 
 
 



 
G i r i Ģ 
 
 
Meliorasiya  yaxşılaşdırma,  yararlı  hala  salma  mənasında  olub  təbii 
komponentlərin  istifadəsi  üçün    yararlı  olmayan  və  yaxud  az  yararlı  olan  təbii 
şəraitin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər sistemi olduğundan bütün ölkələr 
inkişaf  səviyyəsindən  asılı  olaraq  onun  həyata  keçirilməsində  müəyyən  rol 
oynayırlar. 
İnsanlar  təbii  komponentlərə  olan  ehtiyaclarını  ödəməklə  onlara  intensiv 
olaraq  o  dərəcədə  təsir  göstərmişdilər  ki,  yaratdıqları  problemləri  bu  və  ya  digər 
dərəcədə aradan qaldırmaq məcburiyyətində qalmışdılar. 
Bu gün sənayenin inkişafı torpaq, su və atmosferin çirklənməsində, nəticə 
etibarılə  bir  sıra  komponentlərin  sıradan  çıxmasında  əsas  amil  sayılır.  Faydalı 
qazıntılardan  istifadə  o  dərəcəyə  çatmışdır  ki,  hətta  insanların  qida  mənbəi  olan 
torpaqların  mühafizəsi,  su  hövzələrində  çirklənmənin  qarşısının  alınması, 
atmosferin  qaz  tərkibinin  və  onun  nisbətinin  qorunması  yaddan  çıxmışdır.  Atom 
silahlarının atmosferdə sınaqdan çıxarılması nəticəsində radioaktiv maddələrin qısa 
müddətdə  80%-ə  qədərinin  torpaq  səthinə  çökməsi  mənimsədiyiniz  ərzaq 
məhsullarını  getdikcə  təhlükə  mənbəyinə  çevirir.  Atmosfer  yağıntılarının  nəticəsi 
olaraq  radioaktiv  maddələrin  mineral  sulara,  çaylara,göllərə  və  dünya  okeanına 
qarışması  təhlükə  arealını  daha  da  böyüdür.  Beləliklə  insanlar  50  milyarddan 
yuxarı  əhalini  təmin  edə  biləcək  dünya  okeanının  ərzaq  məhsullarından  özlərini 
məhrum edə bilərlər. 
İl  müddətində  müxtəlif  səbəblərdən  dünya  okeanına  14  milyon  tondan 
yuxarı neftin dağılması atmosferlə su arasında oksigen mübadiləsinin pozulmasına, 
canlı aləmin kəmiyyət və keyfiyyət baxımından mənfi istiqamətdə inkişafına səbəb 
olur. 
Ən mühüm təbii komponentlərdən biri olan torpaqların tədricən, bəzən isə 
çox  sürətlə  sıradan  çıxması  adi  hala  çevrilməkdədir.  Bu  gün  elə  torpaq  sahələri 
yaranmışdır ki, meliorativ tədbirlərin aparılması belə heç bir əhəmiyyət kəsb etmir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə