M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

55 
 
məşğul olmayan ölkə mövcud deyil. Çünki, hər bir ölkə əhalisinin kənd təsərrüfatı 
məhsullarına olan ehtiyaclarının heç olmasa bir hissəsini ödəməyə borcludur. 
İstər əkinçilik istərsə də heyvandarlığın inkişaf etdirilməsi iqlimlə bilavasitə 
əlaqədar olduğundan bu sahənin öyrənilməsi, lazım gələrsə iqlim meliorasiyasının 
aparılması qaçılmazdır. Onun nəticəsidir ki, bu gün Avropa ölkələrində buğdanın 
məhsuldarlığı 60 sentnerdən  yuxarıdır.  
Avropanın  əsasən  düzənlik  ərazilərə  malik  olan  ölkələrində  kənd 
təsərrüfatına  yararlı  torpaq  sahələri  50-70%  təşkil  etməsinə  baxmayaraq  həm 
torpaq,  həm  də  iqlim  meliorativ  tədbirlərinin  həyata  keçirilməsinə  xüsusi 
əhəmiyyət  verilir.  Ona  görə  də  Qərbi  Avropa  ölkələri  hər  hektardan  götürülən 
məhsulun  miqdarına  görə  bütövlükdə  Avrasiya  materikində  yerləşən  ölkələrdən 
öndə gedir. Bu dünyada  əkin sahələrinin təxminən yarısını tutan taxıl bitkilərində 
aydın müşahidə olunur. 
Taxıl bitkilərinin coğrafiyası əhalinin ənənəvi sahəsi olmaqla yanaşı həm də 
aqroiqlim  tələbləri  ilə  müəyyən  edildiyindən  iqlim  meliorasiyasının  aparılmasını 
qaçılmaz  edir.  Təxminən  70  ölkədə  yetişdirilən  buğda  sahələrinin,  həmçinin 
qarğıdalı  və  çəltik  becərilən  ərazilərdə  iqlim  meliorativ  tədbirlərinin  aparılması 
özünəməxsus əhəmiyyətə  malikdir.  ABŞ, Kanada,  Argentina, Rusiya,  Avstraliya, 
Qazaxıstan,  Ukrayna  taxıl  bitkilərinin;  çəltiyin  becərildiyi  ərazilərdə  Cənub, 
Cənub-Şərqi  və  Şərqi  Asiya;  qarğıdalı  sahələrində  isə  xüsusilə  ABŞ-da  iqlim 
meliorativ tədbirləri üstünlük təşkil edir. 
Pambıq  becərilən  sahələr  meliorativ  tədbirlərin  aparılmasına  daha  çox 
tələbkardır.  Çünki,  əsasən  20-40°  şimal  enliklərində  subtropik  və  tropik 
qurşaqlarda 30-dan çox ölkədə becərilən bu texniki bitki böyümə dövründə yüksək 
rütubətə, yetişmə dövründə isə yüksək temperatur və quru havaya tələbkardır. Əsas 
pambıq  ixracatçıları  olan  Braziliya,  Peru,  Misir,  Sudan,  Suriya,  Özbəkistan, 
Türkmənistanda  pambıqçılıq  suvarmaya    əsaslandığından  bu  yolla  bitkilər  həm 
rütubətlə  təmin  olunur,  həm  də  yer  səthi  və  səthə  yaxın  yüksəklikdə  iqlim 
meliorativ tədbirlər həyata keçirilmiş olunur. 


56 
 
İnsanların “ikinci çörək” adlandırdığı, vətəni Latın Amerikası sayılan kartof 
və  şəkər  çuğunduruna  böyük  ehtiyacı  vardır.  Ona  görə  də  bu  sahələrin  inkişaf 
etdirilməsi iqlim meliorativ tədbirlərinin aparılmasına xüsusi ehtiyac duyur. Şimal 
yarımkürəsinin mülayim qurşağının əsas bitkilərindən biri sayılan kartof yığımının 
tonnajına görə Çin, Rusiya, Polşa xüsusilə fərqlənir. Bu ölkələr lazım olduğu halda 
müəyyən qədər kapital qoymaqla iqlim meliorativ tədbirlərin həyata keçirilməsinə, 
nəticə etibarilə yüksək məhsul əldə etmək əzmindədirlər. 
Ümumiyyətlə  bitkilərin  iqlim  meliorasiyasına  olan  münasibəti  onların 
özünəməxsus xüsusiyyətindən asılıdır. Başqa sözlə meliorativ tədbirlər aparılarkən 
mütləq bitkilərin vegetasiya dövründə temperatur və rütubətə olan tələbatı nəzərə 
alınmalıdır. Belə ki, çöl zonasında suvarma şəraitində yüksək miqdarda taxıl əldə 
etmək mümkün olursa Orta Asiyanın yağıntılı yazı isti yayı ilə xarakterizə olunan 
kontinental  iqlim  şəraitində  pambıqçılığın  inkişaf  etdirilməsi  əlverişli  sayılmalı, 
Qara dəniz sahili Lənkəran, Kolxida və s. ovalığında sitrus meyvələrin inkişafına 
üstünlük  verilməlidir.  Belə  olduğu  halda  iqlim  meliorativ  tədbirlərinin  aparılma 
istiqamətinidə müəyyən etmək çətin olmaz.  
Yer  kürəsinin  müxtəlif  iqlim  şəraitinə  malik  ərazilərdən  ibarət  olması  istər 
təbii, istərsə də antropogen landşaftlara təsiri ilə izah olunur. Bu baxımdan mövcud 
bütün dövlətlər kənd təsərrüfatının inkişafı baxımından əlverişli və əlverişsiz iqlim 
şəraitinə  malik  olan  ərazilərdən  ibarətdir.  Belə  ki,  şimal  rayonlarında  vegetasiya 
dövründə kifayət qədər işıq və rütubət olduğu halda istilik çatışmamazlığı, cənub 
rayonlarda  isə  əksinə  istilik  işıq  bolluğundan  fərqli  olaraq  rütubət  çatışmamazlığı 
müşahidə  edilir.  Quru  subtropik  zonalarda  dövrü  olaraq  təkrarlanan  soyuq  iqlim 
şəraiti  zonaya  məxsus  bitkilərin  ziyan  çəkməsi,  mülayim  qurşaqda  isə  bəzən 
tamamilə  məhv  olmasına  səbəb  olur.  Ona  görə  də  Naxçıvanda  üzümçülük 
basdırma üsulu ilə inkişaf etdirilir. 
Gecikmiş  yaz  və  ilkin  payız  şaxtaları  kənd  təsərrüfatı  üçün  daha  təhlükəli 
sayılır.  Bu  şaxtalar  nəticə  etibarı  ilə  meyvə  bağlarının  məhsuldarlığının  sıfıra 
enməsinə səbəb ola bilər.  


57 
 
İqlim  meliorasiyasının  aparılması  və  aparılma  üsullarını  müəyən  etmək 
meliorativ  coğrafiyanın  əsas  vəzifələrindən  biri  sayılması  göstərilən  bir  sıra 
misallardan  kifayət  qədər  aydındır.  İqlim  meliorasiyasının  aparılması  dedikdə 
havanın  yer  səthinə  yaxın  qatında  enerji  proseslərinə  təsir  başa  düşülür.  Belə  ki, 
səthdə  və  troposferin  yer  səthinə  yaxın  olan  hissəsində  istilik  və  su  balansını 
məqsədəuyğun    dəyişməklə  kənd  təsərrüfatına  yararlı  sahələrin  mikroiqliminin 
yaxşılaşdırılmasına nail olmaq olar. 
İnsanlar tərəfindən  yaradılan  hər-hansı  bir kənd təsərrüfatı sahəsinin  özü 
belə  son  nəticədə  iqliməmələgətirici    faktora    çevrilir  və  torpağın    üst    qatında  , 
həmçinin  səthidə iqlim şəraitinin  daha da əlverişli  olmasına   səbəb olur. Çünki 
əkin , xüsusilə bağ  və üzüm  plantasiyalarının  yaradılması ilə radiasiya  balansını  
kifayət    qədər    dəyişmək  olur.  Bu  baxımdan    mülayim    qurşağın    və  subarktik   
qurşağın    buxarlanmaya    sərf  olunan  subtropik    və  tropik    enliklərin    səhra    və 
yarımsəhralarında    hava  və  torpağın      qızmasına    istifadə  olunan    istiliyin  
miqdarının  azaldılması  istiqamətində  aparılan  iqlim meliorativ  tədbirlər  xüsusi  
əhəmiyyət kəsb edir. 
Biruzə  vermə  sürətinə  görə    P.İ.Koloskov  (1947)  iqlim  meliorativ  
tədbirlərini –tədrici  və sürətli  iqlim meliorasiyası  kimi təsnif etməyi  təklif edir. 
Tədrici  meliorasiya    dedikdə    uzunmüddətli    yaxşılaşdırma      nəzərdə  tutulur.  Bu 
meliorasiyaya  adətən  aqrotexniki  və texniki  cəhətdən  yaxşılaşdırma  aid edilir. 
Sürətli  iqlim  meliorativ    tədbirlər    iri  miqyaslı    nəticələrə    əsaslanır. 
Təsnifatın    bu    hissəsi    torpaqda    su  rejiminin    kəskin    dəyişməsi  və  geniş  
ərazilərdə istilik  şəraitinin  yaxşılaşdırılmasına  əsaslanır. 
Əhatə  etdiyi    ərazinin  böyüklüyündən    asılı  olaraq    iqlim  meliorativ  
tədbirlər  isə aşağıdakı  kimi  təsnif olunur: 
a) Mikroklimatik meliorasiya 
b) Mezoklimatik  meliorasiya 
c) Makroklimatik meliorasiya 
Suvarma,  qurutma,  qoruyucu  meşə  zolaqlarının  salınması,  qar, 
plantasiyaların    şaxtadan    qorunması  üçün    süni  isitmə,  torpaqların  aqrotexniki 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə