M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə49/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
Yekunda, bir daha tərbiyəçi payız fəslini  əvvəlindən  soııu- 
ııadok təsvir etmək  üçün rəssamın  çoxlu  müxtəlif rənglərdən  is­
tifadə etməsini uşaqların diqqətinə çatdırılır.
Tərbiyəçi  istifadə edilən rəngləri  bir  daha  möhkəmlətmək 
üçün  müxtəlif rəngli  düzbucaqları  bir-bir  göstərməklə  uşaqlar­
dan  cavab almalıdır.
MƏŞĞƏLƏ 7
Kəsııı. Payız meşəsində çoxlu göbələklər var.
Məqsəd:  Uşaqlara, bir rəsmdə, bir necə əşyanı təsvir etmə 
bacarığını  mənimsətməyi  davam  etdirmək;  bu  zaman,  bir 
məzmunla  birləşən  bır  necə  əşyanın  bir  xətt  üzərində  təsvirini 
vermək.  Şəkildə  müxtəlif  böyüklükdə  olan  əşyaların  fərqini 
vermə bacarığını  mənimsətmək.  Göbələyin verilməsində şaquli 
və üfiqi yaxma  priyomundan istifadə  etmək; təsvir ardıllıcılığını 
mənimsətmək  (göbələklərin  əvvəlcə  gövdə,  daha  sonra  papaq 
hissəsinin çəkilməsi).
Vəsait:  Tərbiyəçidə  təsvir  üsulunu  göstərmək  üçün  ağ 
kağız, 2-3 dələ, ağ göbələk təsvirli şəkil.
Məşğələnin gedişi
Məşğələ oyun  formasında keçirilir.  2 dələ məşğələyə gələ­
rək  nəql  edirlər  ki.  onların  meşəsində  yalnız  zəhərli  göbələklər 
yetişmişdir. Tezliklə qış  gələcək,  əgər onlar qış üçün yeməli  gö­
bələklər ehtiyatı etməsələr acından  öləcəklər.  Ən yaxşı  göbələk­
lər  isə  ağ  göbələklərdir.  Bu  göbələklərin  papaqları  qəhvəyi, 
ayaqlan  isə  (gövdəsi)  ağ  rəngdədir.  Bunu  deyib  əllərindəki,  ağ 
göbələk təsvirini  göstərirlər.  Tərbiyəçi həmin təsviri  lövhəyə qo­
yur və devir:  «Narahat olmayın elə biz do bugünkü məşğələmiz­
də payız meşəsi təsvir edəcəyik.  Bu meşədə çoxlu ağ göbələklər 
olacaq.  Meşədə  uşaqların təsvir etdikləri  payız yarpaqlı  ağaclar, 
yolkalar,  çəkiləcək,  indi  isə  mən  bu  təsvirə  ağ göbələklər  əlavə 
etməyi göstərəcəyəm.  Baxııı. burda məndə çəmənlik təsvir olun­
muşdur.  Mən  fırçanın  xovunu  ağ boyaya batıraraq  yaxma  vasi- 
158


Təsvın sənət və onun tədrisi metodikası
təsi  ilə  birdəfaya  bir neçə  göbələk  avağı  çəkirəm.  Ayaqlar düz- 
şaquli təsvirlə verilir (uşaqlara fırçanın xovunu bütövlüklə  kağız 
üzərinə basma iisülunu göstərmək),  indi  isə, fırçanın ucunu suda 
yaxşıca yuyub  qurulayıram  və  fırçanın  xovunu  qəhvəyi  boyaya 
batıraraq  göbələklərin  papağını  çəkirəm.  Uşaqlar,  l'ıkir  verin, 
göbələklərin  ayaqlan  duruş  vəziyyətində,  papaqlan  isə  onlann 
üzərində  sanki  uzanmış  vəziyyətdədir  (bu  zaıııan,üfüqi  yaxına 
üsulunu  göstənııək).  göbələyi yalnız meşə təsvirini çəkib qurtar­
dıqdan  sonra  verə  bilərsiniz.»  Lazım  gələrsə,  suallar  əsnasında 
işin icra ardılcıllığı bir daha dəqiqləşdirilir.
Məşğələnin  gedişində  tərbiyəçi  uşaqlara  oyuncaq  perso­
najların  dili  ilə  müəyyən  göstəriş  və  məsləhətlər  verir;  əvvəlcə, 
uşaqlara  ağacın  gövdəsini,  daha  sonra  budaq  və  budaqcıqları 
çəkməyi  yada salır.  Ən sonda, payız fəslinin  yarpaqlarının müx­
təlif dövrlərdə  özünə  xas  olan  yarpaq  rənglərini  bir daha  adlan­
dırır  və  hər  uşağa  sərbəst  seçim  təklif edir.  Bu  zaman  bir  daha 
uşaqların diqqətinə çatdırır ki,  ağacdakı yarpaqların rəngi  payız 
fəslinə  xas  olmalıdır.  Ən  sonda,  oyuncaq  dələlərin  dili  ilə  ağ 
göbələklərin təsvir ardılcıllığı qeyd edilir.
Məşğələnin  sonunda  rəsmlər  lövhəyə  bir-birinin  yanınca 
düzülür.  Dələlər böyük  meşəyə  baxaraq  həzz  alır burada  nə  qə­
dər çoxlu  müxtəlif yarpaqlı payız ağacı  və yolka  ağacları  vardır 
və onların da  altında çoxlu ağ göbələklər təsvir olunmuşmuşdur. 
Necə də gözəl meşədir dələlər uşaqlardan qış  ehtiyatı üçün daha 
möhkəm  ağ  göbələklər  seçməyi  xahiş  edirlər.  Göbələklər  səli­
qəli  və  sağlam,  yaraşıqlı  olmalıdır.  Əvri  gövdəli  göbələklər  isə 
qurtdu olduğu üçün ondan qış ehtiyatı etmək olmaz.
Sonda tərbiyəçi məşğələyə yekun  vurur.
MƏŞĞƏLƏ 8
Payız  ağacından yarpaqlar tökülür.
Məqsəd:  Rəsmdə,  payız  fəslinin  düzgün  təsvirinin  mə- 
ııimsədilməsi;  fırçanın  xovunun  ucu  ilə,nazik budaqların təsviri- 
159


Təsvın sənət və onun tədrisi metodikası
ni  vermək;  ağacların  rəsm  etmə  bacarığını 
möhkəmlətmək,  bu  zaman  təsviri  kağız 
üzərində  düzgün  yerləşdirməklə  müxtəlif 
rəngli  payız  yarpaqlarının  düzgün  təsvirini 
mənimsətmək.
Vəsait:  Tərbiyəçidə:  tökülən  yarpaq­
lar təsvir olunmuş kitab  üzrə  illüstrasiyalar, 
qalın  budaqlarla  təsvir  edilmiş  ağac  nü­
munəsi; tam  təsvir olunmuş nümünə.
Uşaqlarda:  xüsusi  fon  verilmiş  20x30 
ölçüsündə  kağızlar  quaş  boya  yumşaq 
fırçalar.
Məşğələnin  gedişi:
Tərbiyəçi  payız  fəslinə  aid.  tökülən  yarpaqlı  illüstrasiyanı 
lövhədən  asaraq  söyləyir:  «Havalar  soyuyur.  Küçədə  artıq  so- 
yuqdur.  Möhkəm  küləklər  əsir.  Külək  ağaclardan  yarpaqları 
qıraraq havada fırladır.
Payız fəsli duyulur, əsən soyuq küləkdən.
Yağışın yağmasından, tökülən «ləçəklordon».
İti küləkllər sanki ağacın son yarpağın
Qopartmağa tələsir, soyuq küləklər əsir.
Üzü qışa tələsir...
Uşaqlar,  gəlin  bu  ğun baxçamızda ağaclardan tökülən  son 
yarpaqları  çəkək.  Baxın,  ağacda yarpaqlar az  qaldığından,  əvvəl 
görsənməvən nazik budaqlar aydın görünür».
Tərbiyəçi uşaqlara budağı  göstərərək:  «Uşaqlar, bu budağa 
baxııı.  görürsünüz  qalın budaqdan  kiçik qısa  və nazik budaqcıq- 
lar çıxır.  Budaqeıqlar budaqda  maili yerləşmişdir.  İndi mən sizə 
bu  budaqcıqlan  çəkmək  qaydasını  göstərəcəyəm».  Tərbiyəçi 
lövhəyə  qalın  budaqlı  (kiçik  budaqcıqlan  çəkilməmiş)  ağac  təs­
virini  yerləşdirir və izah edərək təsvir üsülünü  göstərir:  «Budaq- 
cıqların nazik alınması  üçün  fırçanın  ücü  ilə  rəsm  elmək  lazım- 
160


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə