TƏSVİRİ İNCƏSƏNƏTİN YARANMA
TARİXİ, NÖVLƏRİ
Tarixi araşdırmalar sübut etmişdir ki. qrafik təsvirlər halə
ibtidai icma quruluşu dövründən başlamışdır. O dövrün insanları
öz düşüncə və bacarığım, həyat tərzini gələcək insanlara qaya
üzərində mağaralarda və s. təsvir etməyə çalışmışlar. Məhz bu
qrafik cizgilər və işarələr, ilk qrafika sənətinin nümunələrinə aid
cdilo bilor. İbtidai insanlar öz həyat yaşamını əbədiləşdirmək və
topladığı təcrübəni gələcək nəsillərə çatdırmaq üçün rəsmin sadə
növünə əl atmalı olmuşlar.
İbtidai insanın sadəlövh təsvirlərindən fərqli olaraq quldar
lıq dövründə təsviri incəsənətin müxtəlif növləri yarandı.
İnkişaf etdikcə hər bir usta özünə şagird seçərək məktəbini
yaratdı. İntibah dövrünün görkəmli rəssamları Lcoıı Batista. Lco-
ııardo da Vinçi və başqaları naturadan rəsmə xüsusi yer veriblər.
İncəsənət və həyat arasındakı üzvi vəhdətin mütləq möv
cudluğu, estetik tərbiyənin əsasını təşkil edir, çünki insanların
tərbiyə funksiyası yalnız həyatla bağlıdır. O. bir tərəfdən insanın
zövq və hisslərini, həyat tələbatını ödəyir, digər tərəfdən isə
qrup yaratmaq ehtiyacı doğurur.
Azərbaycanın təsviri sənətinin tədrisi sovet pedaqoji fikir
lərinin əsasında formalaşsa da. təlim əsasən milli xüsusiyyətlər
zəminində araşdırılır.
Təsviri sənətin elmi-metodik əsasının yaradılması tədqi
qində N.N. Anisimov, V.S.Kuzin, N.N.Peslalotsi, V.N.Suxom-
sinski, son dövrlərdə Y.S. Asilxanov, S.P. Lonıov, Y.M. Rəcə
bov, S.Y. Əliyev misilsiz xidmət göstərmişlər.
Müasir dövrdə yetişməkdə olan gənc nəslin estetik tərbi
yəsi - hərtərəfli inkişaf etmiş gələcək nəslin yetişməsində əhə
miyyət kəsb edən əsas tərəflərdən biridir.
İncəsənət - uşağın estetik tərbiyəsində əsas rol oynayır.
İncəsənətin xarakterik xüsusiyyəti - həqiqətin bədii obraz
da əks etdirilməsi deməkdir.
6
Təsvın sənət və onun tədrisi metodikası
Təsviri incəsənət — görüb qavranılan obyektiv varlığın
bədii əksctdimıə fəaliyyətidir. Bədii incəsənət, düşüncə və hissin
inkişafına daha aydın və canlı təsir edərək, həqiqətin daha
dolğun başa düşülməsinə, həmçinin həqiqi həyat və hadisələrə
müəyyən münasibət tərbiyə edir.
İncəsənət vasitəsi ilə müşahidə olunan həyat hadisələrini
görmək və xarakterizə etmək bacarığı tərbiyə olunur. İncəsənət
insanları ruhlandırır, düşündürür, mübarizəyə çağırır.
Bədii formaca bütöv, özünün ideya məzmunu ilə zəngin
olan incəsənət əsərləri bədii zövqü tərbiyə edir, incəsənətdə, hə
qiqətdə. məişətdə və təbiətdə gözəlliyi qiymətləndirmə bacarığı
aşılayır. Təsviri sənət qanunları əsasında insanda bədii estetik tə
ləblər formalaşır; gözəlliyi görmək, qiymətləndirmək, yeniliyə,
yaradıcılığa can atmaq, çalışmaq və s. kimi keyfiyyətlər aşılanır.
Təsviri sənət uşaqlarda ətraf aləmi görmək bacarığı, obyektiv
qanunauyğunluğu və harmoniyanı, rənglər və formalar dünya
sını anlamağı, dərketməyi aşılayır.
Eyni tip həyat hadisələrinin ümumiləşmiş əksi - bədü
obrazın əsas xüsusiyyətlərindən bilidir.
Rəssamlıq, qrafika, heykəltəraşlıq, arxitektura, deko
rativ tədbiqi incəsənət, təsviri incəsənətin növləridir. Təsviri
incəsənətin hər növü, ümumi cizgilərlə yanaşı təsvir əşyaları ilə
də fərqlənirlər.
Təsviri sənətdə bədii yaradıcılığın tarixən formalaşan nö
vünə - janr deyilir.
Rəssamlıq - dünyanı və müxtəlif həyat hadisələrini daha
zəngin əks etdirir. Kətan kağız üzərində, ev və saray divarların
da rəssamlıq vasitəsi ilə real həyat yaranır.
Rəng, rəssamlıqda əsas vasitədir. Rəssamlıq müxtəlif bədii
əsər - janr növləri ilə zəngindir və hər bir növ bir-birindən
məzmunu və ifadə vasitəsinə görə fərqlənirlər. Hər hansı bir
janrın növü müxtəlif dövrlərdə yaşayıb yaratmış rəssamların
maraq dairəsindən asılı olaraq yaranmışdır.
7
Təsvın sənət və onun tədrisi metodikası
Tarixi ja n r əsərlərinə həsr edilən müxtəlif əsərlərdə
tarixi hadisələr mövzusunda təsvirlər əks etdirilir.
Mifaloji jan rd a əsərlərə - nağıl, əsatir, əfsanə, dastan
mövzuları üzrə qurulmuş iııgəsənət əsərləri aiddir.
İnsan demək olar ki. bütün janrlarda təsvir obyektidir.
Portret janrında işləyən rəssamların qarşısında duran
əsas məqsəd, insanın daxili və zahiri görünüşünü açmaqdır.
Portret əsərlərdə bir və ya bir qrup insanların təsviri əks olunur.
Bu zaman, dövrün qabaqcıl tanınmış alimi, yazıçısı, artisti və s.
mövzularda insan təsvirləri əks etdirilir.
Sənaye janrında işləyən rəssamlar öz mənzərə təsvirlərin
də sənayenin inkişafını, müasir körpüləri, gəmiləri neft hasilatı
mövzusunda əsərləri təsvir edirlər.
N atyum ıort ja n rı da
özünəməxsus bədii əsər növüdür.
Bu növ rəssamlıq əsərlərində məişət əşyaları, meyvə və tərəvəz
lər, güllər təsvir edilir. Bu zaman rəssam fikri məzmuna rəhbər
lik edərək, rənglərin, formanın (qabların, meyvələrin və s.) uy
ğunluğunu nəzərə almaqla bir əsərdə bir neçə əşyanı birləşdirir.
Rəssamlıqda natyurmort janrı əsas yerlərdən birini tutur.
Q rafika — kitab rəsmləri, plakat və karikaturalarda istifadə
olunan sənətdir. Burada başlıca təsvir vasitəsi kimi rəsm və ciz
gilərdən ibarət olur. Kitab təıtibatı böyük yer tutur. Uşaq kitab
larına edilmiş illüstrasiyalara kitab qrafikasında əsas yer verilir.
Heykəltəraşlıq - əşyanın 3 ölçülü təsviridir. Burada bədii
obrazın ifadəliliyi, əsərin səciyyəvi xüsusiyyətləri plastik ifadə
etmə yolu ilə müəyyənləşdirilir. Çox halda hevkəlləraşlıqda əsas
mövzu insan təsviri olur.
HeykəltəraşI ıqda geniş yayılmış Monumental heykəltə
raşlıq dahi insanlara və tarixi hadisələrə həsr edilir.
Heykəltəraşlığın digər növləri: dəzgah Heykəltəraşlığı.
kiçik həcmli heykəltəraşlıq, relyef Heykəltəraşlığı da vardır.
Dekorativ tədhiqi sənət — Dekorativ sənət növüdür. De
korativ tədbiqi incəsənət — xalq incəsənətini, həmçinin bədii sə
nayeni əhatə edir. Əl işləri tikmələrlə elə bəzədilir ki, insanda bay-
8
Dostları ilə paylaş: |