M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə18/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   14   15   16   17   18   19   20   21   ...   211

64 

 

Birinci  dövr  fəaliyyəti  daha  çox  maarifçi  xarakter  daşıyırsa,  ikinci  dövrdə 



ideoloji-

təbliğati  səciyyə  üstünlük  təşkil  edir.  Bu  fikri  C.Hacıbəylinin  həm  bədii 

əsərlərinə, həm də publisistikasına şamil etmək olar.  Beləliklə, mühacirətəqədərki 

dövrlə  bağlı  qısaca  aşağıdakıları  söyləməklə  kifayətlənirik.  Ceyhun  bəyin 

mühacirətəqədərki  dövr  yaradıcılığında  bədii  əsərlərindən  «Hacı  Kərim»,  yaxud 

«Zaqafqaziya  müsəlmanlarının  həyatından  etüdlər»  povesti,  «Doğru  cavab», 

«Tamamilə  qənaətbəxşdir»,  «Pristav  ağa»,  «Bu,  elə  özüdür»,  «Zaqafqaziya 

kəndlisinin  həyatından»,  «Barışmaz  ata»,  «Nümunəvi  ata»  kimi  hekayə  və 

felyetonları  diqqəti  çəkir.  «Hacı  Kərim»  povestini  müəllif  1909-1910-cu  illərdə 

qələmə almış, əvvəlcə hissə-hissə «Kaspi»də dərc etdirmiş, 1911-ci ildə rus, 1917-

ci ildə 6 hekayədən ibarət kitab şəklində Azərbaycan dilində nəşr etdirmişdir. Yeri 

gəlmişkən  qeyd  edək  ki,  C.Hacıbəyli  sonralar  da  bu  mövzuya  qayıtmış,  həmin 

silsilədən  olan  daha  bir  neçə  hekayə  yazmışdır.  «Əziz  müəllimim  Həsən  bəy 

Məlikovun həyat yoldaşı Hənifə xanımın xatirəsinə» cümləsi ilə başlayan kitabın 

yalnız fotoplyonka variantı M.F.Axundov adına Milli Kitabxanada saxlanılmışdır. 

Bu sətirlərin müəllifi 1995-ci ildə kitabı təkrar nəşr etdirmişdir. Əsər kompozisiya 

baxımından  maraqlıdır.  Hər  biri  6  hekayədən  ibarət  povest  eyni  zamanda  vahid 

süjet  xəttinə,  ideya  və  məzmuna  malikdir.  «Hacı  Kərimin  səhəri»,  «Zəruri  şər», 

«Hacı  Kərim  işdə»,  «Hacı  Kərim  qonaqlıqda»,  «Hacı  Kərimin  romanı»,  «Hacı 

Kərimin  səfərə hazırlığı»  adlı hekayələrdən  ibarət  əsərin ideyası cəhalətin, qadın 

hüquqsuzluğunun,  təhsilə  laqeyd  münasibətin,  yalançı  möminliyin,  xəsisliyin… 

amansız  tənqidi,  eyni  zamanda  maarifə,  mədəniyyətə  yiyələnməyin  vacibliyinin 

təbliğidir.  Əsərin  baş  qəhrəmanı  Hacı  Kərim  xəsislikdə  M.F.Axundovun  Hacı 

Qarasından,  nadanlıqda  C.Məmmədquluzadənin  Novruzəlisindən,  qadına 

münasibətində Xudayar bəydən heç də geri qalmır. Doğrudur, C.Hacıbəylinin bu 

əsərində tənqid realistlərə xas olan ifşaedici, sarkastik satira aparıcı deyil: müəllifin 

tənqidi gülüşü xəfif bir təbəssümü xatırladır, o, öz qəhrəmanını, onun eyiblərini, 

mənfi xüsusiyyətlərini, geriliyini ələ salmır, onu rüsvay etmir, qəhrəmanı sosial bir 

tip kimi inkar etmir, sadəcə olduğu kimi göstərməyə çalışır və onu yetirən mühiti 



65 

 

qınayır… Yuxarıda da qeyd etdiyimiz kimi, sonralar da C.Hacıbəyli bu mövzuya  



qayıtmış,  «Hacı  Kərim  toyda»  və  «Hacı  Kərim  hamamda»  adlı  daha  iki  hekayə 

yazmış və kitabı fransız dilinə tərcümə etmişdir. 

C.Hacıbəylinin  digər  əsərlərinin  –  hekayə  və  felyetonlarının  da  başlıca 

mövzusu müsəlman məişətindən götürülmüş və mövcud cəmiyyət həyatının naqis 

cəhətlərinin  tənqid  edilməsinə  xidmət  etmişdir.  Maarifçi-yazıçının  əsas  ideyası 

təhsilə, elmə yiyələnməklə cəhalətdən, nadanlıqdan, mövhumatdan xilas olmaqdır. 

Bu  əsərlərin bir  yerə  toplanılması, nəşri C.Hacıbəyli  irsinin tədqiqinə  yeni təkan 

verərdi. 

Ceyhun Hacıbəylinin mühacirətəqədərki yaradıcılığında publisistika mühüm 

yer tutur. Bəri başdan deyək ki, C.Hacıbəyli dövrünün bir çox qələm sahiblərindən 

fərqli olaraq, hər ilin sonunda Azərbaycanın ədəbi, mədəni, mətbu, ictimai-siyasi 

həyatında baş verən dəyişikliklərlə bağlı «Kaspi» qəzetində seriya məqalələr dərc 

etdirirdi ki, həmin mənbələrə istinad edərək, XX əsrin əvvəllərinin tarixini qələmə 

almaq mümkündür. Salnaməçi-publisistin xüsusi ilə mədəni həyatla bağlı sanballı 

məqalələri böyük diqqət çəkir. 

Mövzu  baxımından  C.Hacıbəylinin  publisistik  məqalələrini  aşağıdakı  kimi 

təsnif etmək olar: 

məktəb, təhsil problemləri; 



dini dəyərlərin təbliği, cəhalət və fanatizmin tənqidi; 

xeyriyyəçilik,  onun  cəmiyyət  həyatı  üçün  faydası,  formaları,  xeyriyyə 



təşkilatları; 

Qars qaçqınları, onların problemləri, qaçqınlara yardımın təşkili məsələləri; 



nadanlığın, laqeydliyin, çürük adət-ənənələrin tənqidi; 

mətbuat, nəşriyyat məsələləri; 



ədəbi-mədəni mühit, onun problemləri; 

tarixi  şəxsiyyətlər,  onların  xidmətlərinin  dəyərləndirilməsi,  xatirələrinin 



əbədiləşdirilməsi; 


66 

 



ilin  ədəbi-mədəni,  ictimai-siyasi  hadisələrinə  həsr  olunmuş  hesabatlar  və 

qarşıda duran vəzifələr ; 

I Dünya Müharibəsi cəbhələrində döyüşən müsəlman- azərbaycan zabitləri; 



erməni məkrini, hiyləsini və vəhşiliyini ifşa edən məqalələr. 

Tərəfimizdən C.Hacıbəylinin bu mövzularda yazılmış və yalnız «Kaspi»də 

dərc olunmuş 237 (!!!) məqaləsinin biblioqrafik göstəricisi tərtib edilmişdir. 

Dini  görüşləri  ilə  bağlı  «Quranın  tərcüməsinə  dair»,  «Müsəlman 

ruhanilərinin  səlahiyyəti  haqqında»,  «Avropalılar  islam  haqqında»,  «Aşura 

haqqında»,  «Ramazan  başladı»,  «Bir  daha  ruhani  seminariyası  barədə»,  «Ruhani 

idarəsində  islahatlar  haqqında»,  «İslamın  biliciləri»,  «Müfti  barədə  məsələ 

haqqında», «Qurban bayramı» və s., ailə-məişət, maarif, teatr, mədəniyyət, təhsil 

problemlərinə  həsr  olunmuş  «Etinasızlığımız»,  «Ev  tərbiyəsi  haqqında  bəzi 

qeydlər»,  «Zülmət  və  işıq»,  «Müəllimlərin  təqdimatı»,  «Qan  düşmənçiliyi», 

«Aktyora  kömək  edin»,  «Cəmiyyətin  artistə  ehtiramı»,  «Müsəlman  teatr 

mövsümü»,  «Kömək  lazımdır»,  «Bizdə  cəmiyyət  varmı?»,  «Şəhər  ibtidai 

məktəbinin  müəllimləri  haqqında»,  «Nuxada  gimnaziya»,  «Qadın  təhsilinin 

ehtiyacları»  və  s.,  Qars  qaçqınları  və  xeyriyyəçiliklə  bağlı  «Qadın  qaçqınların 

məsələsi  haqqında»,  «Böyük  ehtiyac»,  «Unutmayın»,  «Qardaş  köməyi», 

«Yetimləri daha salın», «Nəhayət, nə vaxt?», «Dəri məsələsi» və sair kimi onlarca 

məqalədə  qaldırılan  məsələlər  bir  çox  cəhətdən  bu  gün  də  aktualdır, 

əhəmiyyətlidir.  Ceyhun  Hacıbəylinin  H.Zərdabi,  İ.Qaspiralı,  Azərbaycanın  qadın 

aşiq  şairləri,  Hüseyn  Ərəblinski,  Haşım  bəy  Vəzirov,  Hüseyn  əfəndi  Qayıbov 

barədə yazdıqları, eləcə də Azərbaycan mətbuat tarixi ilə araşdırmaları da olduqca 

maraqlı və faydalıdır. 

Onu  da  qeyd  edək  ki,  Ceyhun  Hacıbəylinin  mühacirətəqədərki  həyat  və 

yaradıcılığı  90-cı  illərdə  ilk  dəfə  elmi-tədqiqat  mövzusu  kimi  tərəfimizdən 

işlənilmiş  və  1996-cı  ildə  bu  mövzuda  namizədlik  dissertasiyası  müdafiə 

edilmişdir. 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə