M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə60/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   56   57   58   59   60   61   62   63   ...   211

190 

 

mən  şikəstəm,  heç  piyada  gəzə  bilmirəm.  Atımla  Bağdaddan  gəlirdim.  Bu  tacir 



mənə yalvardı ki, yorğunam, məni də şəhərə kimi götür. Mən də onu atın təkinə 

aldım.  İndi  mənə  deyir  ki,  atdan  düş,  at  mənimdir».  Vəziyyətin  getdikcə 

gərginləşdiyini görən Harun Əl-Rəşid təklif edir ki, hakimə müraciət edək. Onlar 

hakimə üz tuturlar. Hakim xəlifə ilə axsağa qulaq asıb yem verməmək şərti ilə atı 

tövləyə bağlamağı, mübahisə edənləri isə sabah gəlməyi tapşırır. 

Ertəsi  gün  hakim  qərarını  elan  edir.  Bəlli  olur  ki,  at    tacirindir.  Heç  demə, 

hakim  gecə  ikən    özünü  axsaqlığa  vurub  tövləyə  girmiş,  ac  at  bu  gəlişə  heç  bir 

reaksiya  verməmişdi.  Hakim  tacir  libasında  tövləyə  daxil  olanda  isə  at  hərəkətə 

gəlmiş,  kişnəmiş,  yem  istəmişdir.  «Deməli,  at  tacirindir»  -hakim  bu  qənaətə 

gəlmişdir. Harun Əl-Rəşid hakimin fərasətinə, müdrikliyinə, qabiliyyətinə,  güclü 

məntiqinə, ədalətinə heyran qalır və onu şeyxülislam təyin edir. 

Hekayənin  süjeti  sadə,  həcmi  kiçik  olsa  da,  müəllif  oxucunu  zəngin  və 

ibrətamiz  hadisələrlə  tanış  etməyə  müvəffəq  olmuşdur.    Xalq  yaradıcılığından 

qaynaqlanan  kəskin  dialoqlar,  kontrastlar,  obrazların  dinamizmi,  güclü  məntiq 

hekayənin  səciyyəvi  xüsusiyyətlərindəndir.  Hekayədə  təqdim  olunan  axsağın 

C.Hacıbəyli əslində mənəvi şikəstliyini daha çox qabartmışdır. Onun yalançı hay-

küyü, böhtanı, həyasızlığı bu surətə qarşı bir nifrət hissi oyadır. Şərq , Azərbaycan 

şifahi  ədəbi  nümunələrində    hakim-qazı  obrazı  adətən  kütbeyin,  ədalətsiz  və 

rüşvətxor  təsvir  edilir.  C.Hacıbəyli  isə  bu  ənənə  ilə  getməmiş,    müdrik  hakim  

obrazını  yaratmışdır.  O,  dərhal  nəticə  çıxarmır,  məsələlərə  ağılla,  təmkinlə, 

ehtiyatla yanaşır, nəticədə güclü məntiqə söykənən müdrik qərar verir. Hekayənin 

əhəmiyyəti böyükdür... O, oxucuda ağılın, ədalətin,  həqiqətin gec-tez təntənəsinə 

inam yaradır, adamları yalandan, fırıldaqdan uzaqlaşmağa səsləyir. 

«Nümunəvi  sübut»  hekayəsinin  mövzusu  da  populyar  Şərq  əfsanələrindən  

götürülmüşdür. Müəllif əsərin əvvəlində göstərir ki, bütün Bağdad əhlini bir dərviş 

ağlı  ilə  heyrətə  gətirmişdir,  heyran  etmişdir.  Heç  bir  alim,  molla  onunla 

mübahisəyə tab gətirmir. Xəlifə Harun Əl-Rəşid yaxın məsləhətçisi Cəfərlə dərvişi 

sınamaq  qərarına  gəlir.  Cəfər  görüşə  ciddi  hazırlaşır.  Xəlifə  və  məsləhətçisi 




191 

 

libaslarını dəyişib dərvişin görüşünə yola düşürlər. Cəfər əvvəlcədən hazırladığı üç 



sualla dərvişə  müraciət  edir:    “Deyirlər, Allalın  əli hər  yerə  çatır.  Bu  necə olur? 

Hər şey Allahdan asılıdırsa, onun iradəsi ilə baş verirsə, insan öz pis əməli üçün 

günahkardırmı?    Şeytan  oddan  törənibsə,  oddan  niyə  qorxur?”  Cəfərin  sualları 

bitər-bitməz dərviş yerdən bir ovuc torpaq götürüb onun başına çırpır. Ara qarışır, 

hay-

küy düşür. Günahkarı tapmaq, cəzalandırmaq üçün hakimin yanına gedirlər. 



Hakim  şikayətçini  dinləyəndən  sonra  üzünü  dərvişə  tutur.  Dərviş  halını 

pozmadan deyir ki, mən hərəkətmilə onun suallarına cavab vermişəm. O məndən 

Allahın hansı an, harada olduğunu soruşdu. Mən  onun   başına vurdum. Orada ağrı 

əmələ gəldi. Ayağına vursaydım, həmin an ağrı orada olacaqdı. O soruşur ki, hər 

şeyi  Allah  idarə  etdiyi  təqdirdə  pis  əməllərinə  görə  insan  günahkardırmı?  İndi  o 

mənə  desin  görək,  mən  günahkarammı?  O  soruşur  ki,  şeytan  oddan  törənibsə, 

oddan niyə qorxur?  Mən onu torpaqla, onun əmələ gəldiyi maddə ilə vurdum. İndi 

o desin görək, o qorxdu, yoxsa yox? 

Xəlifə dərviş haqqında eşitdiklərini öz gözü ilə görür və onu mükafatlandırır. 

Görundüyü kimi, hekayədə toxunulan mövzu, təsvir edilən hadisələr sadə olsa da, 

dərin ideya-bədii dəyəri var:  Ağlın  təntənəsi!  Dərviş obrazı  folklordan süzülərək 

yazıçı  təxəyyülünün  sayəsində  yeni  keyfiyyətlər  əxz  edir,  yaddaqalan,  ibrətamiz  

yeni  qəhrəmana  çevrilir.  Verilən  sualların  ağırlığı,  çətinliyi  dərvişi  qorxutmur,  o 

məntiqin  gücünə  söykənərək  əsaslandırılmış  cavab  verir.  Müəllif  bu  hekayə  ilə 

ağılın qüdrətinə, qələbəsinə inandığını bədii yolla bir daha oxucusuna çatdırır, onu 

da inandırır. 

«Doğru cavab» felyetonunda da («Proqress», № 5)  Ceyhun bəy   məharətlə 

mövcud hökumətin yararsızlığını, xalqı aldatdığını göstərir və bu zaman daha çox 

şifahi  bədii  nümunələr  üçün  xarakterik  olan    və  “Molla  Nəsrəddin”  ədəbi 

məktəbinin  üslubunu  xatırladan    piyomdan  istifadə  edir.  Ac  xalq  hökumətdən 

çörək  tələb  edir.  Hökumət  isə  xalqın  tələbindən  yayınmaq  üçün  şərt  təklif  edir: 

əgər  xalq  bilsə  ki,  xalqın  bu  tələbi  üçün  hansı  cavab  hazırlanır,  o  zaman  çörək 

veriləcək,  yox  bilməsə,  çörək  olmayacaq!  Xalq  isə  bu  şərtə  belə  cavab  verir:  



192 

 

Hökumət  belə  cavab  gözləyir  ki,  biz  ondan  heç  nə  istəməyək.Nağıllarımızı 



xatırladan    «Tamamilə  qənaətbəxşdir»  («Proqress»  №  5)  felyetonunda  hökumət 

nümayəndələrinin hiyləgərliyindən, xalqı aldatmaqla baş dolandırmalarından bəhs 

edilir.  Müxtəlif  fəlakətlərdən  zərər  çəkən  xalq  dövlət  xəzinəsinə  iki  xahişlə 

müraciət edir: Müəyyən miqdarda kömək etmək və həmin məbləği ödəmək üçün 

bir  il  möhlət  vermək.  Xalqın  bu  tələbinə  xəzinənin  nümayəndəsi  cavab  verir  ki, 

sizin  birinci    istəyinizə,  ikinci  xahişinizə  əməl  edirəm.  Birinci  xahişlə  başqasına 

müraciət edin. 

«Bu, elə özüdür» (Proqrees, № 5) felyetonunda müəllif mövqeyini bir qədər 

də  sətrləşdirir,  bu  dəfə  tənqid  hədəfi  daha  yuxarı  dairəyə  -  vəzirə  tuşlanır.  Xalq 

üsyanını  yatırmaq üçün vəzir cürbəcür tədbirlərə əl atır, üsyançıları asır, sürgün 

edir. Lakin üsyan daha da alovlanır. Vəzir bir dəfə yuxuda uzun saqqallı bir şeytan 

görür, fikirləşir ki, xalqı yoldan çıxaran yəqin, elə budur. Şeytanın saqqalını əlinə 

keçirib qışqırır: «Ah, sən lənətə gəlmiş şeytan! Heç bu saqqalından utanırsan, bəlkə 

bu saqqal sənə Allah adamlarını yoldan çıxarmağa, suyu bulandırmağa lazımdır?». 

Vəzir  qəfil  yuxudan  ayılır  və  öz  saqqalından  möhkəm  yapışdığını  görür. 

C.Hacıbəyli  çox  yığcam  şəkildə,  ustalıqla  xalqın  vəziyyətini,  üsyanın  səbəbini 

göstərir  və  ona  bais  dövlət  rəhbərlərini  öz  dili  ilə  ifşa  edir.  Bu  hekayədə  də 

müəllifin    xalq  arasında  müxtəlif  hadisələrlə  bağlı  gəzən  lətifələrdən  ustalıqla   

bəhrələndiyi açıq-aşkardır. 

Yazıçının    mühacirətdə  qələmə  aldığı  bədii    və  publisistik    əsərlərində-  “ 

Mindiyimiz  səfinə”,  “Toy”,  “Baş  tutmayan  ziyarət”,  “Səhər”,  “Məmmədqulunun 

səyahəti”  ,    “Müəzzinin  lənəti”  ,  «Stalinin  öpüşü  və  ya  staxanovçu  Fatimə»  , 

“Nejdanovun işi” , “ Bir il xəyallarda... və bütöv bir ömür”, “Batum təəssüratı” , “ 

“İlk Azərbaycan operası necə yarandı” v.s. kimi hekayə və xatirələrində  Ceyhun 

Hacıbəyli şifahi bədii  nümunələrdən – atalar sözü, məsəllər , alqış, qarğışlardan  

bacarıqla isifadə etmişdir. Nasirin bədii obraz kimi baş və sevimli qəhrəmanı Hacı 

Kərimdir. Onun Hacı Kərimlə bağlı 8 hekayəsi – «Hacı Kərimin səhəri», «Zəruri 

şər»,  «Hacı  Kərim  iş  başında»,  «Hacı  Kərim  qonaqlıqda»,  «Hacı  Kərimin 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə