M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


Qədim Şərqdə fəlsəfi fikir :Hindistan və Çin



Yüklə 222,71 Kb.
səhifə6/57
tarix24.08.2023
ölçüsü222,71 Kb.
#120862
1   2   3   4   5   6   7   8   9   ...   57
muhazirə felsefe 2021

2.2. Qədim Şərqdə fəlsəfi fikir :Hindistan və Çin

Qədim Hindistan və Çin dünya sivilizasiyasının ən böyük mənbələrindəndir. E.a. I miniiliyin VI-V əsrlərindən Hindistanda fəlsəfə artıq sisiemləşdirilmiş şəkildə, müəyyən cərəyanlar, anlayışlar formasında mövcud idi. Burada ən ümumi anlayışlar: varliq, materiya, insan, həyat, kainat və s. haqqında əsasən dini-mifoloji, idealist səciyyə daşıyan fəlsəfi baxışlar, materialıst fəlsəfi sezmələr meydana çıxmışdı. Qədim hind fəlsəfi fikri hakim brahmanizm dini təlimi və ona müxalif şəkildə formalaşmış «Vedlər»də («ved» - «bilik» deməkdir) ifadə olunmuşdur. «Vedlər» - allahların şərəfinə oxunan dini himnlərin və mahnıların məcmusu idi. «Vedlər» əsasən dini səciyyə daşısalar da, onlarda kainat, varlıq, insan haqqında və s. ümumiləşmiş fəlsəfi ideyalar da var idi. Müxtəlif hissələrdən ibarət olan «vedlər»in sonuncu hissəsini upanişadlar təşkil edirdi («Upanişad» sozünün lüğəti mənası «müəllimin ayaqları yanında oturanlar» deməkdir. Görünür, onlar «Vedlər» öyrənən şagirdlər olmuşlar). «Vedlərin» əsas biliciləri və təbliğatçıları yüksək kastadan (təbəqədən) olan müdrik brahman kahinləri hesab olunurdular.


Lakin qəbilə münasibətlərinin dağılması, quldarlığın formalaşması ilə əlaqədar «Vedlərin» təlimlərinə, brahman kahinlərinin ayin və rıtuallarına, inamlarına etiraz edənlər də meydana gəlirdi. Bunların sırasında brahmanizmə tənqidi yanaşan şramanları, acivikləri (naturalist-fəlsəfi təlim), caynizm və buddizmi qeyd etmək olar. Bu tənqidi dini-fəlsəfi cərəyanlar əsasında qədım dövr hind fəlsəfi sistemi olan sutrılar meydana çıxmışdi.
Sutrılar - fəlsəfi fikirlərin yığcam zərb-məsəllər, aforizmlər, atalar sözləri şəklində ifadəsı idi. E.ə.VI-V əsrlərdən Hindistanda kortəbii materialist təlimlər - lokayat və çarvak baxışları formalaşmışdır.
Lokayat təlimi (ehtimal olunur ki, «lokayat» sözü «ancaq bu dünya» deməkdir) dini-mistik axirət ehkamını qəbul etmir, xoşbəxtliyin bu dünyada yaradılması zərurətini təbliğ edirdi.
Çarvak təliminə görə («çarvak» - qədim hind dilində «dörd söz», «dörd mahiyyət» mənasını verir) bütün mövcudatın əsasında dörd ünsür - od, su, hava, torpaq durur. Varlıq bu ünsürlərin birləşməsindən meydana çıxır, parçalanmasından məhv olub gedir. Çarvaklar dünyanın maddı vəhdəti ideyasını təbliğ edir, materiya və şüurun bir-birindən asılı olmayan ilkin başlanğıc olmasıni qəbul etmir, şüurun materiyadan əmələ gəldiyıni söyləyirdilər.
Şər haqqında çox qədimdə belə mifik təsəvvür vardı ki, onları zərərli ruhlar, fövqəltəbii qüvvələr törədir. Lakin sonradan şərin adi insanlar, vətəndaşların törətdiyini öz gozləri ilə görən hindlilər, onun mənşəyi haqqında yeni əfsanəvi baxışlar yaratdılar. Bu cəhətdən Budda haqqında əfsanə daha simvolikdir. Əfsanəyə görə hind Şakya qəbiləsinin padşahının oğlu Qautama xoşbəxt, kədər, dərd nə olduğunu bilmədən yaşayırdı. Lakin bir gün o, sarayın darvazasını tərk edib insanlar arasına düşür. O, indiyədək bilmədiyi dərdli adamlarla, qocalarla, matəm mərasimi və s. qarşılaşır. 6 il asket həyatı sürüb şərin, dərdin səbəblərini, törədicilərini axtarır. O, maariflənmış Buddaya çevrilir. Ona aydın olur ki, həyat əzab-əziyyətdir, dərd-ələmdir, dərdin isə səbəbləri var, həmin kədərdən xilas olmağın yolu da vardır. Bu yol şərdən xilas olmağa can atmaqdan, ondan uzaqlaşıb budda asketizminə keçməkdən, monaxlığa yetişməkdən ibarətdir.
Çində də fəlsəfi fikrin meydana çıxması və inkişafı, Babilistan, Misir, Hindistan və başqa Şərq ölkələrinə uyğun olmuşdur. Burada da istehsalın inkişafı, quldarlığa keçilməsi, əqli əməklə məşğul olan xüsusi insanların - müdriklərin əmələ gəlməsi, astronomiya, riyaziyyat, tibb və s. elmlərin meydana çıxması fəlsəfənin də yaranmasına imkan vermişdir. «Müxalif» mövqedən ölkəni dolaşan müdrik kahinlər qəbilə inamlarına qarşı çıxır, «Şi tszin» («Şerlər qanunu»), «İ tszin» (Təbəddülatlar kitabı) və başqa kitab və mənbələrdə ifadə olunmuş fəlsəfi ideyaları yayırdılar.
Qədim Çin fəlsəfəsini altı məktəb(konfusiyaçılıq, daosizm,moizm, naturfəlsəfə,legizm, adlar) təmsil edirdi ki, bunlardan da üçü(konfusiyaçılıq, daosizm,moizm) daha geniş yayılmışdı.
Konfusiyaçılıq - e.ə.VI əsrdə Konfutsi və onun ardıcıllıqlarının adı ilə bağlı formalaşmiş dini-fəlsəfi etik cərəyandır, baxışlar sistemidir. Yeni eranın ərəfəsində xüsusi dinə çevrilmişdir. Əsas mənbəyi «Söhbətlər və mühakimələr» («Lun-yuy») adlı kitab hesab olunur. Bu təlim əvvəlkilərdən fərqli olaraq maddi dünya və kosmoqoniya(kainatın yaranması) məsələlərinə az maraq göstərmişlər. Onun fələfəsinin əsas predmetini insan təşkil edirdi. Konfutsi insan tərbiyəsini, əqli və əxlaqi cəhətdən yüksək inkişaf etmiş insanı ön plana çəkir. Konfutsiançılığın məqsədi mövcud üsul - idarəni, quldarlıq münasibətlərini qoruyub saxlamağa xidmət olmuşdur. Bu cərəyana görə cəmiyyətdə «Jen» adlanan, Allah tərəfindən göndərilmiş qanun fəaliyyət göstərir. Həmin qanunu yerinə yetirmək üçün hamı cəmiyyətdəki davranış normalarına, rəsmi qaydalara, adət-ənənələrə əməl etməlidir. Konfutsi qeyd edırdı ki, cəmiyyətə ağıllı adamlar rəhbərlik etməli, möhkəm nizam-intizam olmalı, «hakim-hakim, tabe-tabe, ata-ata, oğul-ogul olmalıdır».
Qədim Çində daosizm(dao-yol, qanun deməkdir) məktəbi də geniş yayılmışdı (e.a. lV-III əsrlər). Bu dini-fəlsəfi təlimin əsasını qoyan Lao-Tsziyə görə bütün mövcudatın ilkin əsası və mahiyyiəti «dao»dan («qanun» mənasındadır) ibarətdir. Daosizmin əsas abidəsi olan «Dao-de-tezin»a görə (e.ə. IV-II əsrlər) bütün maddi cisimlər «daonun təzahürləri» hesab olunur, Bu təlim hər şeyin «dao» əsasında, daxili zərurət və qanunauyğunluğla baş verdıyini qəbul edir. Bu, daxili, təbii «yoldur» ki, bütün əşya, cisim və insanlar onu izləməlidirlər. Bu təlimə görə «dünyada daonun olmadığı heç bir şey yoxdur. Dünya daonun fəaliyyəti üzrə hərəkət edir». Bu təlim, nəticə etibarilə, fatalizmə, insanın zərurətin qulu olması ideyasına gətirib çıxarır.
Qədinı Çində görkəmli filosof Mo-Tszinin (468-376) adı ilə bağlı moizm fəlsəfi təlimi də olmuşdur. E.ə. V-III əsrlərdə yayılmışdır. Onu ölkəni dolaşıb müdrik sözlər söyləyən kahinlər yayırdılar. Bu təlimin əsas mənbəyi indiyədək gəlib çatmış, 51 fəsildən ibarət olan «Moizmin traktatı»dır. «Hikməti sevmək», «Vəhdətə inam», «Ümumi sevgi», «Hücuma qarşı», «Xərcləməkdə qənaət haqqında», «Göylərin iradəsi» və s. adlı fəsillərdə varlıq, insan, ailə, davranış, idarəçilik, məntiq, qnoseologiya və i.a, məsələlərin fəlsəfi təhlili verilmişdi. Moizm məktəbi nümayəndələri varlıq, məkan, zaman, keyfiyyət, səbəbiyyət və s. kateqoriyaların ümumi xarakteristikasını verib, onları mənimsəməyə çalışmışlar. Onlar gerçəkliyin dərk edilməsinə hadisənin səbəbinin müəyyən edilməsindən başlamağı, onun başqaları ilə oxşar və fərqli cəhətlərinin müəyyən edilməsi, novləri parçalanması və s. halların manimsənilməsi kimi baxırdılar. Onlar biliyin həqiqiliyinin yoxlanılmasının üç metodunu, üç qaydasını irəli sürmüşlər: «əsaslandırma», «mənbələr» və «tətbiq edilmə». Bunlar isə naturalist materializm mövqeyindən təhlil edilirdi.
Leqizm - qədim Çində konfusiançılıq dini-fəlsəfi cərəyanına müxalif meydana çıxmışdı (latınca «legis» - «qanun» deməkdir). Leqizm - cəmiyyəti, dövləti, insanı idarə etmək haqqında fəlsəfi, etik, sosioloji təlimdir. E.ə. VI-III əsrlərdə yayılmışdı. Nümayəndələri Quan Çjın, Şan Yan, Xan Vey və b. olnıuşlar. Leqizmə görə cəmiyyət və dövlət idarəçiliyi, konfusiançılıqdakı kimi mənəvi, əxlaqi təkmilləşməyə deyil, «qanuna», intizama, siyasətə, fəlsəfi biliyə əsaslanmalıdır. Leqizmin əsas tələbləri bunlar idi: «hökmdar - qanunun yeganə yaradıcısıdır»; «hökmdar kütlələrin əhval-ruhiyyəsini, psixologiyasını bilməli, fəaliyyətində onlan nəzərə almalıdır»; «hamı qanun qarşısında bərabər olmalıdır»; «əsas fəaliyyət metodu mükafat və cəzadan ibarəl olmalıdır»; «nizamlı ordu dovlətin dayağıdır» və s.
Qədim Şərq fəlsəfəsi Avropa və dünya mədəniyyətinin sonrakı inkişafında çox böyük rol oynamışdır.



Yüklə 222,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə