M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə102/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   98   99   100   101   102   103   104   105   ...   184
muhazire FELSEFEyeni

Cəmiyyətin mənəvi sahəsi – ictimai həyat sahəsidir, onun məzmununu cəmiyyət və adamların fəaliyyətində aşkar olunan fikirlər, biliklər, dəyərlər məcmusu kimi obyektiv ideal varlıq və hakim mahiyyət, ictimai və fərdi varlığın keyfiyyət və istiqamətləri təşkil edir. Mənəvi sahə özündə ictimai şüurun bütün formalarını – fəlsəfəni, dini, əxlaqı, hüququ, incəsənəti, eyni zamanda elmi, ideologiyanı, təhsili, bütün çalarları ilə təzahür olunan tərbiyəni birləşdirir. Bu sahədə cəmiyyətin dəyərlər kompleksi və həyat strategiyası, ictimai layihələr və onların həyata keçirilməsi vasitələri formalaşır, keçmiş dərk olunur, bu gün yaradılır, gələcəyin istiqamətləri qurulur. Bu nöqteyi nəzərdən mənəvi sahənin rolu dur­madan artır və inkişaf üçün onun əhəmiyyətini qiymət­ləndirmək mümkün deyildir.

Cəmiyyət həyatının bütün sahələri sistem kimi bir-biri ilə sıx bağlıdır və öz aralarında qarşılıqlı fəaliyyətdədir. Dediyimiz kimi cəmiyyət öz-özünə inkişaf edən və özünü nizamlayan sistemdir – bu yüksək təşəkküllü bütövlüyə xasdır. Bununla yanaşı cəmiyyətdə baş verən prosesləri nizamlayan, onun dinamik inkişafını təmin edən idarəetmə, koordinasiya mənəvi dövlət kimi elə bir ictimai institutdur ki, onun rolu bəzi proqnozlara baxmayaraq nəinki azalmır, əksinə aydın şəkildə artır. Cəmiyyətin fəaliyyət göstərməsi mexanizminin mürəkkəb kompleksi insana effektli təsiri nəzərdə tutur. Bu kompleksin əsasını a) ictimailəşmə; b)institutlaşma; c) legitimlik təşkil edir

İctimailəşmə subyektin cəmiyyətdə qəbul olunan müvafiq qaydalara əsasən “uyğunlaşması”, inteqrasiya etməsi prosesidir.

İctimailəşmə gedişində fərd ictimai təcrübəyə - simvolik semiotika, kommunikativ, mədəni – birləşir. İctimailəşmənin fenomenologiyası çoxlu üsul və yolları özündə birləşdirir, lakin elementar təlqin istisna olmaqla onun digər formaları həqiqəti “tədarük edir”, onlar adətən təntənəli şəkildə bildirilmir, nümayiş olunmur, ortaya qoyulmur. Onlar həyat təzindən, adamların qəbul etdiyi yaşayış tərzindən irəli gəlir. L.Şestov qeyd etmişdir ki, bu həqiqətlər Allah, ruhun ölməzliyi kimi olan qəbildəndir. Əlbəttə, onlar haqqında olan danışmaq olar, lakin onlar haqqında soruşulmayanda bunu etməyə cəhd edilmir. Öz təbiətləri etibarı ilə onlar görünən olmağa cəhd etmir və istəmirlər. Bu cür həqiqətlər praktiki əqldən, ekzistensial əqidədən gəlir; onların qanunauyğunluğu həyatın dərin­liyindədir, sübutda yox, vəhydədir.



İnstitutlaşmaya obyektivləşmə prosesi; subyekt­lərin status – rol ictimai münasibətlər kimi çıxış etməsi baxımından fərddən üstün səviyyədə ictimai vahid olmasının əsaslandırılması kimi baxmaq olar. Təbii institutlaşma müvafiq müddəa və rolların tədricən normativ təsdiq olunmasıdır. Dövlət tərəfindən həyata keçirilən süni institutlaşma əvvəlcə normaların, qaydaların yaranmasını, sonra qarşılıqlı fəaliyyətin real iştirakçılarını nəzərdə tutur. Tipik nümunə kimi struktur islahatları qeyd etmək olar, yəni yeni ictimai quruluşun səmərəli hazır­lanmış parametrləri: bunları konkret status – rol qarşılıqlı fəaliyyət çərçivəsinə salmaq lazımdır.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə