M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə104/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   100   101   102   103   104   105   106   107   ...   184
muhazire FELSEFEyeni

Sistemli yanaşma nöqteyi-nəzərindən cəmiyyətin dinamikasını aşağıdakı kimi təsəvvür etmək olar.

Fərdlərdən gələn innovasiya enerjisinin impulsları, onların yaratdıqları qurum, vətəndaş cəmiyyəti sistemin tarazlığını pozdu. Fəaliyyət mexanizmi bu tərəddüdü söndürmür, lakin cəmiyyət dərhal yeni keyfiyyət əldə etmək nəticəsində yeni olanlar əldə etmiş olur. Əgər innovasiya enerjisi böyük olmasa, sosial məkanda dağılmış olsa onda dəyişiklik az hiss olunan və tədrici ola bilər. Bu vaxt dəyər – normativ qaydalar praktiki olaraq dəyişmir, yeni hadisələri o inkar edir. Əgər innovasiya – enerjisi kəskin artsa onda cəmiyyətdə əsaslı yeniləşmə baş verə bilər.

Fərdin transformasiyası onun iki, ən əhəmiyyətli tərkib hisələrinin - dövlət və vətəndaş cəmiyyəti – qarşılıqlı münasibətinin mürəkkəb dinamikası nəticəsində baş verir. Dövlətçilik öz yarandığı vaxtında yeni tip ictimailəşmə yaratdı, cəmiyyətə yeni-yeni keyfiyyət verdi, əvvəlki həyat və tarixi strategiyasına nisbətən daha effektli oldu. Dövlət adamların kollektiv ünsiyyət formasıdır, cəmiyyətin əsas institutudur, adamların və sosial subyektlərin birgə fəaliyyətini və münasibətini təşkil edən, istiqamətləndirən və nizama salandır. Dövlətin mahiyyət xarakteri; a) birlik anı; b) suverenlik c) güc tətbiq etmək bacarığı; d) mənəvi ideyaların həyata keçirilməsidir. Dövlətin əlaməti kimi xüsusi idarə və məcburiyyət aparatı olan hakimiyyət; onun hüquqlarının yayıldığı ərazi; hüquq sistemi – məcburi normaların məcmusu – ona riayət olunmasını hakimiyyət orqanları təşkil edirlər – çıxış edir.

Vətəndaş cəmiyyəti qeyri – dövlət münasi­bət­lə­ri­nin, azad fərdlərin, təşkilat və vətəndaş assosiya­siya­la­rının – o cümlədən könüllü yaranmış həyat fəaliyyəinin iqtisadi, siyasi, ictimai və mənəvi sahələrinin ilkin qeyri-dövlət strukturlarının məcmusudur. Bir az sadə desək, vətəndaş cəmiyyəti dövlətin orbitinə cəlb olun­mayan çoxcəhətli insan təzahürüdür.

Dövlət və vətəndaş cəmiyyətinin münasibəti çoxsaylı icmalar baxımından praktiki olaraq uyğun gəlmirlər, tarix gedişində onlar dramatik, çox vaxt faciəli xarakter daşımırlar. Bir tərəfdən müxtəlif tiranlar, diktatorlar, avtoritar dövlətlər cəmiyyət üzərində hökm­ranlıq etmişlər, totalitar rejimlər isə cəmiyyətdən cəmiyyətdə olan kortəbiiliyin baş qaldırması praktiki olaraq onu qarışıqlığa dövlətin dağılmasına aparmışdır. Onlar arasında harmonik balans yaratmaq çətin olmuşdur – hətta əsrlər boyu yüksək mədəniyyət ənənələri olan, demokratiya prinsipləri ilə yaşayan dövlətlər belə - Yunanıstan, İtaliya. Almaniya və s. – bu çətinlikdən yaxa qurtara bilməmişlər.

Legitimliyin ehtiyacının alternativ gücü və hüququ mədəniyyətdə, xalqın mentalitetində cəmləşir və məhz cəmiyyətin təsir dairəsindədir.

Vətəndaş cəmiyyəti və dövlətin qarşılıqlı fəaliy­yətinin optimallaşması üsulu mədəniyyətdə - tarixdə, ənənələrdə, əxlaqda, xalq həyatının prinsiplərindəndir. Onun əsasında olan dəyər təməli cəmiyyət və dövləti qarşılıqlı hesabata, sosial varlığın universal və tək ölçülərinin harmonlaşmasına istiqamətləndirir. Cəmiyyət üçün qeyri-adi dövrdə dövlətin üstünlüyü labüddür. Sakit dövrdə cəmiyyət və onu təşkil edən adamlar üstünlük təşkil edirlər, öz maraqları naminə rahat istədiklərini edə bilirlər, bu vaxt qanun çox şeyləri qadağan etmir, başqa adamın qeyri-müəyyən, məlum olmayan, daimi olmayan hakimiyyətini öz üzərilərində hiss etmirlər. Tarixin gedişində, xüsusən intibah, reformasiya və maarifçilik dövrlərində dövlət və vətəndaş cəmiyyətinin mürəkkəb və dramatik münasibətlərinin dialektikası onların qarşılıqlı təkamülünə kömək etmişdir. Klassik yetkin şəkildə o bir tərəfdən demokratik, hüquqi və sosial dövlət, digər tərəfdən inkişaf etmiş vətəndaş cəmiyyəti formasında özünü göstərir.

Müasir demokratik dövlət xalq hakimiyyətinin, azadlıq və insan hüquqlarına hörmətlə yanaşılan vətəndaşların bərabərliyi prinsiplərinin qəbul olunmasına və ardıcıl təmin olunmasına əsaslanan vətəndaş və cəmiyyətin maraqlarına riayət olunması qanunvericiliyin inkişafı və onun sözsüz yerinə yetirilməsi şəraitində həyata keçirilir – bunlar demokratiya, hakimiyyət bölgüsü, çoxpartiyalıq, ali hakimiyyət orqanlarına ümumi, gizli, birbaşa seçkilər kimi institutlar vasitəsi ilə həyata keçirilir. Demokratik dövlətin müasir konsepsiyası vətəndaşların siyasi həyatda fəal inkişafını nəzərdə tutur.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə