M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə105/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   101   102   103   104   105   106   107   108   ...   184
muhazire FELSEFEyeni

Hüquqi dövlətin əlamətləri: a) qanunun aliliyi; b) vətəndaşların hüquq və azadlığı siisteminin inkişafı, onların müdafiə mexanizminin hazırlanması; c) dövlət hakimiyyətinin qanunverici, idarəedici və məhkəmə hakimiyyətinə aydın bölünməsi; d) güclü məhkəmə hakimiyyəti. Dövlət hakimiyyəti hüquqa əsaslanır, hüququn təsiri altındadır, hüquqla bağlıdır və hüquq tərəfindən nəzarətdədir. O qanuni əsas olmadan adamlara cəmiyyətə və ya onun hissələrinə qarşı heç nə edə bilməz. Dövlət hakimiyyətinin legitimləşməsinin mənbəyi onun üzərində yox, cəmiyyətin iradəsində və hüquqdadır.

Sosial dövlət özü üçün mühüm funksiya kimi bütün əhalinin marağı naminə cəmiyyətin həyat fəaliyyətinin sosial sahələrinə fəal təsiri müəyyən etmişdir. Bu cür yanaşma bəzi ölkələrdə hüquqi prinsip səviyyəsinə qaldırılmış və Konstitusiyada öz əksini tapmışdır. Sosial dövlətin maraq və öhdəlikləri sahəsinə gəlirin əhalinin daha az təmin olunmuş təbəqələri arasında bölünməsi, müəssisələrdə işçilərin məşğuliyyəti və müdafiə hüquqi siyasəti, səhiyyə, təhsil, sosial təminat və sığorta, o cümlədən təqaüd, ictimai xidmət sahələrinin inkişafı, ailənin, gənclərin, əlillərin, ahılların müdafiəsi daxil edilir.

İnkişaf etmiş vətəndaş cəmiyyəti özünün bütün klassik əlamətlərini saxlayaraq bir tərəfdən dövlətə təsirini gücləndirir, onun demokratik, hüquqi əsaslarla güclən­məsinə istiqamətləndirilir, digər tərəfdən öz üzərinə çoxlu öhdəlikləri götürməklə dövlətin müxtəlif sahələrdə, cəmiyyətin hissələrində və maraqlarında olan himayəsinin azaldır. Vətəndaşların müxtəlif assosiyasiyalarının azad inkişafı dövlət hakimiyyətinin demərkəzləşməsinə kömək edir – bu hakimiyyətin bəzi məsələlərini özünüidarəyə verir. İnkişaf etmiş vətəndaş cəmiyyətinin əlaməti istə­nilən fəaliyyətin hüquqi təşkili və struktur möhkəm­ləndirilmiş plyuralizmdir. Şəxsi həyat siyasi hakimiyyət müdaxiləsi üçün tabe olmalı, o açıq fakta çevrilməməlidir. Açıq həyatda bu imperativin həyata keçməsi səviyyəsi effektli vətəndaş cəmiyyətinin ilk göstəricisidir. Dövlət hakimiyyətindən vətəndaş cəmiyyəti a) legitimliyi, b) ən ümumi, yetkin demokratiyanı, c) effektivliyi əldə edir.

İnkişaf etmiş vətəndaş cəmiyyəti ilk növbədə adamların şəxsi, o cümlədən ictimai – iqtisadi təhlükə­sizliyini təmin edir. Onun hakimiyyətə və bütövlükdə onun siyasətinə təsirinin əsas gücü siyasi özgələşdirməni məhdudlaşdırma və onu dəfn etməkdir. Bu dövlətin və hakimiyyətin nisbiləşməsi və vasitəyə çevrilməsini təmin etmək hesabına edilir; o vəzifə funksiyalarını və səlahiyyətlərini yerinə yetirməkdən asılı olaraq edilir. Hüquqi dövlət ideologiyası və dövlətçiliyin alət fərziyyəsi ictimai şüurda “dövlət – xalqa xidmət sahəsidir” formulasını zənginləşdirmişdir. Bu cür yanaşmada dövlət nümayəndələrinə vətəndaş cəmiyyətin muzdlu işçiləri kimi baxırlar, onların adamlar və birliklər üzərindəki hakimiyyətinə müəyyən hədd daxilində imkan verilir – onlara adamların və cəmiyyətin azad inkişafı və həyat şəraitinin problemlərini həll etmək səlahiyyəti verilir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə