M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Cəmiyyət bütöv, öz-özünə inkişaf edən sistemdir



Yüklə 0,71 Mb.
səhifə106/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   102   103   104   105   106   107   108   109   ...   184
muhazire FELSEFEyeni

    Bu səhifədəki naviqasiya:
  • Statika
Cəmiyyət bütöv, öz-özünə inkişaf edən sistemdir

İnsan və təbiətin vəhdəti haqqında fikrindən məntiqi olaraq insan cəmiyyəti və təbii varlığın vəhdəti ideyası irəli gəlir. Müasir elmdə bu ideya V.J.Vernedskinin əsərlərində əsaslandırılmışdır. O yazırdı ki, bəşəriyyət canlı varlıq kimi Yerin müəyyən geoloji təbəqəsi – onun biosferası ilə maddi – enerji proseslərlə qırılmaz bağlıdır. Fizii baxımdan bir dəqiqə belə onsuz qala bilməz. Cəmiyyətin təbiətlə bu vəhdətinin dərk olunma­sından sonra filosoflar – sosiologiyanın atası hesab olunan Oqyust Kontdon başlayaraq – daha tez-tez ictimai həyatın iki aspektini statikanı (sükunət halı) və dinamikanı (hərəkət) ayırmışlar. Statika deyərkən, cəmiyyətin mövcud strukturu, onun əsas hissələrini, elementlərini, eyni zamanda onlar arasındakı əlaqə və münasibətləri başa düşürdülər. Dinamika deyərkən, fəaliyyət göstərmək, hərəkət, dəyişiklik başa düşülürdü. Əlbəttə həm də nəzərə alınırdı ki, real ictimai həyatda göstərilən bu iki amil heç vaxt ayrı mövcud deyildir. Onlar sosial fəlsəfi təhlilə uyğun gəlmək üçün onlar ayrı-ayrı təqdim oluna bilər. Cəmiyyətin strukturunu yaxşı izah edə bilmək üçün onun sakit vəziyyətini götürən sosioloqlar onu saat düzəldənə bənzədirdilər. Saatsaz saatı düzəltməyə başlamazdan qabaq onu dayandırır ki, saatın mexanizminin quruluşunu diqqətlə nəzərdən keçirsin. Filosoflar da ictimai həyata təqribən bu cür yanaşırlar; əvvəlcə cəmiyyət sakit vəziy­yətdə təhlil olunur – statik halda, elementlər və hissə­lərin məcmusu kimi, müəyyən struktur kimi, sonra isə başlan­ğıc təsəvvürdən çıxış edərək, hərəkətin xüsusiyyətləri, cəmiyyətin inkişafı, onun dinamikası tədqiq edilir.

İstənilən təbiət strukturu kimi cəmiyyətin strukturu da özündə yalnız ayrı-ayrı adamlar və onların birlikləri formasında ayrı-ayrı elementləri və hissələri deyil, həm də bizə bir sosial obyekti digərindən fərqləndirməyə imkan verən onların xassələrini və münasibətlərini birləşdirir. Bu və ya digər qrup insan birliyi olmadan, eyni formada sosial varlığın bölünməz “sosial atomu”, “ilk kərpicləri” kimi çıxış edən ayrı-ayrı fərdlər olmadan cəmiyyət yoxdur və ola da bilməz. İnsan öz əsas nəsli keyfiyyətlərini kollektiv varlıq kimi mənimsəmişdir. Ona görə də insan və cəmiyyət bir medalın iki üzü kimi həmişə bir-biri ilə qırılmaz əlaqədə olacaqdır. Bununla belə insan və cəmiyyət – müxtəlif hadisələrdir, bir-birinin eyni deyildir. Canlı orqanizm onu təşkil edən çoxsaylı hüceyrələrin heç birində olmayan xassəyə malik olduğu kimi cəmiyyət də yalnız ayrı-ayrı fərddən nə isə bir qədər üstün olmayıb, həm də sadəcə olaraq onu təşkil edən fərdlərin sırf məcmusu olmayıb ondan bir az mürəkkəbdir. Ona görə də hər bir sosial birlik yalnız onu təşkil edən adamların fərdi keyfiyyətlərinin məcmusu olmayıb, həm də onu təşkil edən fərdlərin heç brində olmayan bəzi şəxsi keyfiyyətlərin məcmusudur – bu da həmin birliyə özünəməxsusluq, nadirlik verir. İstənilən sosial birliyin, ailənin, qəbilənin, tayfanın, xalqın, millətin, bütövlükdə insan cəmiyyətinin bu xüsusiyyəti, onları təşkil edən ayrı-ayrı adamlardan onların fərqi onunla izah olunur ki, bütün göstərilən birliklər özlərində daha bir mühüm komponenti – adamlar arasında sosial əlaqəni, qarşılıqlı fəaliyyəti, münasibəti birləşdirirlər. Bəzi fəlsəfi təlimlərdə ictimai həyatı təşkil edən bu ənənə yığcamlıq, koolektivizm adlanır. Həm qruplar arasında həm də onlar daxilində bu qarşılıqlı fəaliyyət onların sonsuz müxtəlifliyi və spesifikliyi bu birliklərin hər birinə təkrarolunmaz kolorit verir və bu xoşbəxt və bədbəxt ailələri, böyük və balaca xalqları, sabit, tərəqqi edən dövlətləri və qeyri sabit dağılmağa meyl edən dövlətləri fərqləndirməyə imkan verir. Beləliklə, cəmiyyətin sosial strukturu onu təşkil edən iki əsas cəhətin ayrılmaz vəhdətidir: a) bu fərdlərin, adamların, onların birliyinin vəhdəti, b) adamlar və ictimai qruplar arasında qarşılıqlı fəaliyyətin, əlaqələrin, müna­sibətlərin məcmusu.

Qeyd etmək lazımdır ki, sosioloqlar üçün ayrı-ayrı adamları, onların birlik və təşkilatlarını öyrənmək sosial qarşılıqlı münasibətləri tədqiq etməkdən asan olmuşdur. Məsələ ondadır ki, adamlar arasındakı əlaqə və qarşılıqlı münasibət yetkin, möhkəm deyil, qeyri-maddi xarakter daşıyır. Məhz buna görə də ictimai həyatdakı bu yetkin olmayan əlaqə və münasibətlər dərhal başa düşülmə­mişdir. Lakin güman etmək olar ki, onların əhəmiyyətli rolunu adamlar çoxdan intuitiv səviyyədə hiss etmişlər-bunu belə bir fakt təsdiq edir ki, adamlar arasındakı mənəvi əlaqə arasında yaranan əhəmiyyətli sosial institutlar olan biri din termini ilə ifadə olunmuşdur-bu “reliqare” latın sözü olub, münasibət, əlaqə deməkdir. Lakin onların rolunun qiymətləndirilməsində ehkam­çılıq hələ də qalmaqdadır. Onlardan ən geniş yayılmışı iki çaşqınlıqdır: ifrat fərdiyyətçilik və anarxizm: mübariz kollektivizm, onlardan ən təhlükəlisi təzahürü faşizmdir.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə