M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə109/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   105   106   107   108   109   110   111   112   ...   184
muhazire FELSEFEyeni

Sosial fəaliyyəti cəmiyyətə tətbiq etmək üzərində düşünən filosoflar uzun diskussiyalardan sonra ümumi qənaətə gəlmişlər. Bu ümumi qənaət ondan ibarətdir ki, ictimai həyatın zahirən rəngarəng görunən hadisələri adamların birgə fəaliyyətinin bu və ya digər müxtəlif­liyidir-müasir sosial fəlsəfənin banisi O.Kont belə güman edir. Bu fikri inkişaf etdirən M.Veber cəmiyyətin əsasını sosial fəaliyyətdə görür - o, buna başqa adama istiqamət­lənən insan davranışı kimi baxır. Veberlə razılaşan so­sio­loq Parsons sosial həyata “öz rollarını yerinə yetirən adam­lar arasındakı qarşılıqlı münasibətin məcmusu kimi baxır”. Cəmiyyətin ilkin əsası haqqında bu baxışa K.Marks da yaxın olmuşdur. O deyirdi ki, “Cəmiyyət adamların qarşılıqlı fəaliyyətinin məhsuludur”.

Beləliklə, cəmiyyətin ilkin əsası haqqında suala ümumi cavab ona gətirib çıxarmışdır ki, ictimai hadi­sələrin rəngarəngliyi öz mahiyyətinə görə adamların fəaliyyətinin bu və ya digər növündədir.

Məhz insan fəaliyyəti bütün ictimainin mahiy­yətinin, ilkin əsasının, substansiyasının gizli sirridir. Müasir fəlsəfə sosial fəaliyyətdə ictimai münasibətin bütün mürəkkəb sisteminin başlanğıc nöqtəsini, sosial biliyin müxtəlif sahələrinin inteqrasiya vasitələrini görür. Lakin insan fəaliyyətinin istisna əhəmiyyətini etiraf edən müasir sosiologiya bununla belə sosial qarşılıqlı fəa­liyyətin süni sadələşdirilməsinin, onda olan rəngarəngliyi, mürəkəbliyi, çoxölçülüyün bəsitləşdiril­məsinin təhlükəli olduğunu qeyd edir. Bununla belə ona da diqqət yetirilir ki, sosial fəaliyyət əsaslı, sistemi təşkil edən əhəmiyyət kəsb etsə də o heç də insanın mövcudluğunun son, “daha bölünməz” əsası deyildir.

Sosial həyat çoxqatlı, çoxölçülü strukturdur. O həm ayrı-ayrı fəaliyyət növlərinin məcmusu kimi, həm təlabatlar piramidası kimi, həm milli (etnik) birliklərin, sosial qrupların (ailə, zümrə, siniflər, kastalar), təhsil, gəlir, status və s. səviyyələrin ölçüsü ilə yaranan sosial stratlar (təbəqələr) kimi həm də müxtəlif ictimai təşkilatların – iqtisadi, siyasi, mədəni – müəyyən struktur kimi başa düşülə bilər. Eyni zamanda ictimai həyatın digər mühüm tərəfi ayrıla və nəzərdən keçirilə bilər: adamlar arasındakı əlaqələr, asılılıqların məcmusu. Onlar dini, elmi, bədii, təsərrüfat, siyasi və s. həyat fəaliyyətinin böyük sahələri kimi tədqiq oluna bilər – bu sahələr daxilindəki münasibətlər kimi, həm də onlar arasında olan münasibət kimi araşdırıla bilər.

Cəmiyyətin strukturlarının anlaşılmasına, nəhayət, universal və ya sintetik yanaşma da mümkündür. Bu cür yanaşmada cəmiyyət ayrı-ayrı şəxsiyyətlərdən balaca qrup, ayrı-ayrı kollektivlərdən, böyük sosial qrup və onların təşkilatlarından, ayrı-ayrı xalqlardan, millət və dövlətlərdən, beynəlxalq dövlətlərarası birliklər və təşki­latlardan ibarət olan kimi təqdim olunur. Bu elementlərin hər biri bir-biri ilə həm üfüqi, həm də şaqul mürəkkəb qarşılıqlı asılıqda olurlar.

Sosial həyatın, fəaliyyət növlərinin, sosial münasi­bətlərin, sosial birliklərin, ictimai institutların, sadalanan çoxsaylı tərəflərinin təhlili, sosial fəlsəfənin bir elm kimi əsasını təşkil edir. Bu məzmunun bütün zənginliyinə diqqət yetirmək vaxt çərçivəsinə sığmadığından diqqə­timizi daha çox sosial sistemin substansional əsasını, yəni adamların birgə fəaliyyətini, onun mahiyyətini, struktu­ru­nu təşkil edən tərəflərinin xarakterinin təhlilinə yönəldək.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə