M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə11/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   7   8   9   10   11   12   13   14   ...   184
muhazire FELSEFEyeni

4 YENİ DÖVR AVROPA FƏLSƏFƏSİ
XVII–XVIII əsrlər... Fəlsəfə tarixinə “Yeni dövr” kimi daxil olmuş bu əsrləri həm fəlsəfələr əsrləri, həm də rasionalizm əsrləri, həm də ”Əql əsrləri” adlandırırlar. Bu dövrün təfəkkürünün çıxış nöqtəsi F.Bekonun sensualist təlimi oldu. Məhz onun vasitəsi ilə İntibah dövrü XVII–XVIII əsrlərə həm aradan qaldırılacaq, həm də davam etdiriləcək çox şeylər vermişdir.

İntibah dövrü Yeni dövrə idrak nəzəriyyəsinin və metodunun həll olunmamış bir sıra problemlərini - həqiqətə nə yol açacaq; duyğu yoxasa əql, intuisiya yoxsa mühakimə, dialektika yoxsa dəqiq riyaziyyat? İdrak analitik yoxsa sintetik olmalıdır?- miras qoymuşdur.

Bu əsrlər həm də şəxsiyyət hissinin yüksəlməsini və İntibah dövrü üçün xas olan feodal dəyərlər sisteminin dağıdılmasını davam etdirdi. Hər şeylə maraqlanan alim və işgüzar tacir insan idealının təcəssümünə çevrildilər. Bu dövrün filosofları, demək olar ki, Piko della Mirandolanın – “Allah insana öz təşəbbüsünü göstərmək üçün, uzaq səyahətlərə can atmaq üçün və istədiyi kimi olması üçün sonsuz imkan vermişdir” – sözlərini əldə əsas tuturdular. Onlar belə hesab edirdilər ki, şeylərin təbii quruluşu harmonikdir və insanın ordakı yeri ona layiqdir; ancaq şeylərin bu quruluşundan insanlar uzaqlaşanda o, insanlara qarşı rəhmsiz olur. İnsanlar bundan çıxış yolu axtarırdılar. Dərin sosial ziddiyyətlərlə dolu olan bu “qeyri-insani” dünyada hər kəs öz yerini necə tapsın və insan necə yaşasın?” sualları onları düşündürürdü.

İndi haqqında danışacağımız filosoflardan heç biri bu suallardan yan keçə bilməmişdir.

Bu dövr o qədər zəngindir ki, müxtəlif fəlsəfi cəryanlardan və istiqamətlərdən yalnız dövrünün ən görkəmli filosoflarının təlimləri şərh olunur. Onlarca daha az məşhur olan filosofların baxışılarının təhlili məqsədəuyğun hesab edilməmişdir. Bu cür yanaşma heç də təsadüfü deyildir. Yeni dövr fəlsəfi ədəbiyyata Bekon empirizmi, Dekart rasiolalizmi və mexanizmi, Leybnits monadalogiyası, Spinoza substansionalizmi, Lokk sensualizmi kimi anlayışları daxil etmişdir. Eyni zamanda onların elmi nailiyyətləri, müəyyən səviyyədə, digər fənlərdən – riyaziyyat, fizika və s. məlumdur.

XVII əsrdə Avropa iqtisadi, sosial və mədəni inkişafın yeni mərhələsinə qədəm qoymuşdur və bu dövrü də şərti olaraq Yeni dövr adlandırmaq qəbul olunmuşdur. Həqiqətən də bu dövrdə elə proseslər inkişaf etməyə başlayır ki, - söhbət Avropada burjua munasibətlərinin hökmranlığının özünü təsdiq etməsindən gedir – hal-hazırda belə onu Qərbi Avropa sivilizasiyası kimi xarakterizə edirlər.

Dövrün ictimai şüurunu xarakterizə edərkən, ilk növbədə qeyd etmək lazımdır ki, o, İntibah dövrünün ictimai şüurundan kəskin şəkildə fərqlənirdi. Bu dövrün ictimai şüuru qarşılaşdığı hər hansı şəraitin kəskin daxili ziddiyyətlərini qeyd edirdi. XVII əsrdə yeni növ dünyagörüşü hökmranlıq etməyə başladı. Bu dünyagörüş üçün varlıq heç də donmuş, dəyişməz, “qapalı”, ilahi qüvvə tərəfindən həmişəlik müəyyən olunmuş deyildir, əksinə, dinamikdir, bütün mümkün dəyişkənlik üçün “açıqdır”. Dövrün fəlsəfi dərkolunmasında “iki sahə bir-birindən kəskin şəkildə ayrılır: bir tərəfdən, real, gərçək, gündəlik, konkret – tarixi, sosial varlığı, insanın idrakına və faəliyyətinə aid olan, digər tərəfdən, insanın mahiyyətinə, “təbiətinə”, eyni zamanda insanın idrakının və fəaliyyətinin dərin məğzinə, daxili strukturuna aid olanlar”.

Beləliklə, bu dövrün fəlsəfəsi ən kəskin mübarizələrin – ontologiyada idealist və materialist yanaşmanın; meto­dologiyada sensualizm və rasionalizmin mübarizəsinin; induktiv və deduktiv idrak üsullarının bir-birinə qarşı qoyulmasının; insan psixikasının emosional və intellektual sahələrinin toqquşmasının və s. – ümumi mənzərəsini verir. Son nəticədə bu istiqamətdə fəlsəfi fikrin inkişafı Kantın məşhur antinomiyalarının formalaşmasına gətirib çıxarmışdır.

Elmin nisbətən müstəqil, fəlsəfədən ayrılmış, ictimai şüurun forması kimi təşəkkül tapması dövründə fəlsəfi fikrin inkişafının qanunauyğun nəticəsi dialektika, məntiq və idrak nəzəriyyəsinin vəhdəti probleminin qoyuluşu oldu. Bu, elmi idrakda eksperimental tədqiqat metodunun təsdiqi və müasir, təcrübəli təbiətşünaslığın yaranması dövrü idi. Ayrı-ayrı elmlər sisteminin formalaşması istiqamətində təbiətşünaslığın təşəkkül tapması və sonrakı inkişafı nəzəri təfəkkürün predmetində və ilk növbədə, fəlsəfi biliyin predmetində əhəmiyyətliyi də­yişiklilik yaratdı.

XVII–XVIII əsrlər fəlsəfi fikrin inkişafında həmin dövrdə yaranmış fəlsəfi sistemlərdə idrak nəzəriyyəsi məsələlərinə diqqətin cəmlən­məsi möhkəm, sarsılmaz qanun deyildir, bu və ya digər dərəcədə sabit meyldir, özü də fəlsəfi fikrin inkişafında digər amillərə qarşı çıxmağa daimi sövq edən meyldir. Bütün bunlar son nəticədə nəzərdən keçirdiyimiz tarixi dövrün fəlsəfi təfəkkür probleminin ümumi sahəsini şərtlən dirmişdir.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə