M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Sosial həyat sahəsinin spesifikliyinə və funksi­yalarına da



Yüklə 0,71 Mb.
səhifə111/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   107   108   109   110   111   112   113   114   ...   184
muhazire FELSEFEyeni

Sosial həyat sahəsinin spesifikliyinə və funksi­yalarına da diqqət yetirmək lazımdır. Maddi istehsalın özünəməxsusluğu ondan ibarətdir ki, o adamların baza təlabatlarını ödəmək üçün zəruri olan bəzi maddi şeyləri, malları yaradır, istənilən fəaliyyət formasında onların fizioloji fəallığını müdafiə edir. Burada əsas fəaliyyət subyekti fiziki əməklə məşğul olan adamlardır, doğrudur maddi istehsalla həm də əqli əmək işçiləri də məşğul­durlar-son illər onların payı xeyli artmışdır. Bu sahədə əkinçilər, şaxtaçılar, maşınqayırma sahəsində çalışanlar, fəhlələr və mühəndislər, aqronomlar, müəssisə rəhbərləri də məşğul olurlar.

Cəmiyyət üçün bu sahənin əhəmiyyətini hamı qəbul edir. Bu sahənin işçilərinin zəhməti ilə xammal əldə olunur, maşın və mexanizmlər yaradılır, həm şəxsi ehtiyatların ödənilməsi üçün zəruri olanlar, həm də təhsil, elm, tibb və idarə sistemlərinin maddi təminatı həyata keçirilir. Məhz bu sahədə adamların gündəlik həyatı üçün zəruri olanlar - mənzil, ərzaq, geyim və s. – yaradılır. Lakin bu vəziyyət həm bu sahənin rolunu şişirtməyə, mütləqləşdirməyə, həm də onu insan fəaliyyətinin digər sahələrinə qarşı qoymağa əsas vermir. Onun cəmiyyət həyatının digər sahələrindən köklü fərqi insan fəaliyyətinin bütün mürəkkəbliyini, müxtəlif keyfiyyət­li­li­yini ona şamil etməyə əsas vermir. D.Bell, C.Qelbreyt, Z.Bjezinski və digər müasir tədqiqatçılar inkişaf etmiş ölkələrin malların iqtisadiyyatından xidmətin iqtisa­diyyatına keçməsini nəzərə alaraq qeyd edirlər ki, postindistrial cəmiyyətdə maddi istehsalı rolunun enməsi baş verəcəkdir.

İctimai həyatda mənəvi istehsal mühüm və artmaqda olan rol oynayır – bu prosesdə şeylər, əşyalar yox, ideyalar, sürətlər, elmi və bədii dəyərlər istehsal olunur. Doğrudur bu dəyərlər istər-istəməz mənəvi dəyərlərin daşıyıcısı olan kitablarda, şəkillərdə, heykəl­lərdə və ya məlumatların müasir elektorn daşıyıcılarında, fiziki şeylərdə maddiləşir. Ancaq bu predmetlərdə ən əsası onların mənəvi tərəfi yox, onların məzmunlarıdır, onlarda olan ideyalar, surətlər, hisslərdir. Mənəvi fəaliyyət prosesində insan ətraf aləmi, onun rəngarəngliyini və mahiyyətini dərk edir: dəyər şüuru sistemi yaradır, onun üçün bu və ya digər təbii və ictimai hadisələrin əhə­miyyətini müəyyən edir. Əldə olunan biliklər hesabına fəaliyyətin bütün formaları təkmilləşir, insan daha dərindən özünü, öz mənəvi dünyasını dərk edir. Doğrudur bəzi müasir fəlsəfənin istiqamətləri insan idrakının məhdud imkanlarını sübut edir, ancaq etiraf etmək lazımdır ki, müasir sivilizasiyanın bütün bu nailiyyətləri əhəmiyyətli dərəcədə elmin, incəsənətin, dinin, bütöv­lükdə mənəvi istehsalın nəticəsidir. Məhz buna görə də alimin, rəssamın, bəstəkarın, konstruktorun, arxitektorun, din xadimlərinin fəaliyyəti cəmiyyət tərəfindən hörmətlə qəbul olunur, hətta cəmiyyətin inkişafının böhranlı anında belə yüksək sosial statusu vardır. Mənəvi istehsalın rolu yalnız böyük yaradıcılıqda deyil, həm də təəssüf ki, müəyyən neqativ, dağıdıcı imkanlarda təzahür edir. Bu fikri əsaslandıran XX əsrin əvvəllərinin rus filosofu L. Şestov yazırdı: “Materiya əslində insana tabe olan ən itaətkar mahiyyətdir. Bəşə­riyyətn bütün bəlaları, faciəsi onda yox, ideya­lardadır. Bütün canlıların ən qorxulu düşməni materiya yox, ideyalardır. Dünyanın yalanlarını dəf edən hər kəs yalnız və yalnız ideyalarla mübarizə aparmalıdır.

Bu və ya bir sıra digər vəzifələri yerinə yetirmək üçün sosial həyatın daha bir sahəsi – idarəedici və ya nizamlayıcı – yaranır. Fəaliyyətin bu sahəsi ilə müdirlər, idarə rəhbərləri, siyasətçilər məşğul olurlar. Bu sahənin spesifik xüsusiyyəti bütün mümkün vasitələrdən istifadə edərək ictimai inkişafın bütün sahələrində, həm maddi, həm də mənəvi sahələrdə quruculuq meyllərini qorumaq, dağıdıcı meyllərin qarşısını almaqdır. Adamların həyatı üçün əlverişli şərait yaratmaq, onların həyat şəraitini yaxşılaşdırmaq, buna uyğun olaraq ictimai münasibətləri nizamlamaq bu sahə ilə məşğul olanların fəaliyyətinin mənasıdır. Adamlar arasında əlaqə və münasibətlərin yarandığı ilk dövrlərdə insan cəmiyyətinin inkişafının ilkin mərhələsində bu əlaqə və münasibəti nizamlamaq üçün xüsusi fəaliyyətə ehtiyac olmamışdır. Lakin zaman keçdikcə ən zəruri və mühüm əlaqələri qoruyub saxlamaq üçün xüsusi nizamlayıcı fəaliyyət növləri, onlara müvafiq olan təşkilatlar formalaşdı – bu təşkilatların fəaliyyətinə ictimai həyatın müxtəlif sahələri arasında razılaşma, qayda qanun yaratmaq, adamların müxtəlif təlabatlarını ödəmək üçün istiqamətləri müəyyənləşdirmək daxil idi. Maddi və mənəvi istehsalsız kimi, bunsuz da ictimai həyat qeyri mümkündür.

Nizamlayıcı, idarəedici fəaliyyətin başqa fəaliyyət tipi kimi öz strukturu, sahələri, çoxsaylı müxtəlif əmək növləri var. Bu ilk növbədə müxtəlif üsul və vasitələrdən – həm tərbiyəvi, həm də güc – istifadə edərək adamları idarə etməkdir. Bu həm də şeylərin idarə olunmasıdır. Şəxsi və ictimai mülkiyyət, yerdən və onun təkindən istifadə olun­ması, təbiətin qorunması və s. haqqında qanun­vericiliyin funksiyaları belədir. Adamların və şeylərin idarə olunması müxtəlif səviyyələrdə - ailədən, müəssisələrdən, təşkilatlardan tutmuş dövlət səviyyəsinə qədər – həyata keçirilir. İdarəedici fəaliyyət cəmiyyətin inkişafında, onun taleyində böyük rol oynayır, lakin onun ictimai məqsədlərin məmur kastasının korporativ maraqlarına dəyişdirilməsi kimi, məmur aparatının xeyli şişirdilməsi, kağız yığını, xəzinənin dağıdılması və s. kimi ağır xəstəlikləri vardır. Müasir filosofların birinin fikrincə “məmurlar da dovşanlar kimi çoxalmağa təbii meylləri var” və buna görə də “bir növ ictimai xərçəng şişinə çevrilmək meyli vardır, o sağlam orqanizm hesabına böyüyür, vaxtında aradan götürülməsə orqanizmi məhv edə bilər”. Bəlkə də polşalı filosof Y.Boxenskinin bu fikrində şişirtmə var, lakin etiraf edək ki, insan cəmiyyətinin tarixi yalnız idarəçilik fəaliyyətinin gətirdiyi fayda ilə zəngin olmayıb, həm də idarəçilik strukturundan doğan ziyanla bağlı da nümunələrlə zəngindir. Dövlətin təbiəti haqqında baxışların müxtəlifliyi də buradan irəli gəlir: dövləti “Allahın yerdə təcəssümü” səviyyəsinə qal­dır­maqdan (Hegel) onu adamları yeyən Bibliya bədheybəti Leviafan kimi (T.Hobbs) təqdim olunmasına qədər. Siyasi və digər sosial fəaliyyət növlərinin vacibliyi ilə yanaşı qeyd etmək lazımdır ki, onların hamısı yalnız ictimai həyatın birinci, əsas şəraitinin – sosial fəal adamları olması ilə mümkündür. İnsan həyatı üçün ilkin şərtlərin yaranması, onun qorunması, adamların yüksək fəallıq səviyyəsi üçün təkrar istehsalın genişdirilməsi sosial fəaliyyətin dördüncü növünün – adamlara xidmət və ya humanitar sahə - məzmununu təşkil edir.

Cəmiyyətin strukturunu nəzərdən keçirməyi yekun­laşdıraraq qeyd etmək lazımdır ki, təhlil gedişində ayırdığımız sosial fəaliyyətin tipləri, qruplar, institutlar, reallıqda olan onların qarşılıqlı münasibəti həmişə bir yerdə mövcuddur, qarşılıqlı əlaqədədir, tez-tez toqqu­şurlar, bir-birinə sirayət edirlər. Ona görə də cəmiyyətin tərkib hissələrinin göstərilən xassələri hələ onun ümumi vəziyyətini, onun ümumi fəaliyyətini tam izah etmir. Yalnız onun ayrı-ayrı hissələrinə xas olan xassələrə yox, həm də onu təşkil edən hissələrin heç birində olmayan xassələrə malik olan xüsusi orqanizm kimi, vahid sistem kimi cəmiyyəti yaradır. Aristotel dediyi kimi tam sadəcə olaraq onu təşkil edən hissələrin məcmusunu təşkil etmir, onu daha çox, başqa cür başa düşmək lazımdır. Ona görə də cəmiyyəti tam kimi başa düşmək üçün yalnız onun hissələrini öyrənmək yox, həm də bütövlükdə cəmiyyətin xassələrini aydınlaşdırmaq lazımdır. Bu aşağıdakı xas­sələrdir: özfəaliyyət, özünü təşkil, özünü inkişaf etdirmək, öz-özünə kifayət etmə. Qeyd etmək lazımdır ki, birinci üç xassə yalnız bütövlükdə cəmiyyətə xas deyil, o az və ya çox dərəcədə onu təşkil edən sahələrə də aiddir: ancaq öz-özünə kifayət etmə xassəsi sırf bütövlükdə cəmiyyətə xasdır.



Öz-özünə kifayət etmə - sistemin öz şəxsi fəaliy­yətini yaratmaq və öz mövcudluğu üçün zəruri şəraiti qurmaq, kollektiv həyat üçün tələb olunan hər şeyi istehsal etmək bacarığıdır. Öz-özünə kifayət etmə – cəmiyyətin onu təşkil edən hissələrindən əsas fərqidir. Yuxarıda göstərilən sosial fəaliyyətin heç bir tipi sərbəst fəaliyyət göstərə bilməz, heç bir ayrıca sosial qrup təklikdə yaşaya, lazım olanlarla özünü təmin edə bilməz. Bu cür bacarığa bütövlükdə yalnız cəmiyyət qadirdir. Yalnız fəaliyyətin bütün növlərinin məcmusu bütün bir yerdə götürülmüş və qarşılıqlı əlaqədə olan qruplar və onların institutları, bütövlükdə öz-özünə kifayət etmə sosial sistem kimi cəmiyyəti yaradır – öz mövcudluqları üçün zəruri olan şəraiti öz şəxsi cəhdləri hesabına yaratmağa qadir olan adamların birgə fəaliyyətinin məhsulu olan cəmiyyəti yaradır.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə