M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə113/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   109   110   111   112   113   114   115   116   ...   184
muhazire FELSEFEyeni

Dəyişiklik deyərkən cəmiyyət, və ya onun ayrı-ayrı hissələrində və onların xassələrində kəmiyyət xarakteri kəsb edən daxili yenidən yaranmanın başlanğıc mərhələsi başa düşülür.

İnkişaf – tez-tez baş verən dəyişiklik hadisəsidir, tədrici kəmiyyət dəyişikliyi dərin, geridönməz keyfiyyət sıçrayışına gətirib çıxarır, strukturun elementlərində və onların arasındakı münasibətin zənginləşməsində və ayrılmasında təzahür edir.

Tərəqqi – inkişaf prosesinin rəngarəngliyindən biridir. O sistemin mövcudluğunun dəyişkən şəraiti və sistemli quruluşun mürəkkəbləşməsi prosesi ilə bağlı sistemin həyat qabiliyyəti və uyğunlaşmasının yüksələn səviyyəsində təzahür edir. Tərəqqiyə əks olan tənəz­züldür – sistemin özünü inkişaf etdirməsinin və ətraf mühitin şəraitini mənimsəməsi imkanlarının daralması, sistemin sadələşməsi və dağılmasıdır.

Cəmiyyətə dəyişmə və inkişaf baxımından yanaşma aşağıdakı əsas problemləri yaradır: cəmiyyətdə baş verən dəyişikliyin istiqaməti; inkişafın mənbəyi və ya amilləri; istənilən inkişafın baş verdiyi formalar göstərilən problemlərdən birincini nəzərdən keçirərkən nəzərə almaq lazımdır ki, təbiətdə və cəmiyyətdə mövcud olan daimi, istiqamətləndirici dəyişikliyi heç də bütün filosoflar qəbul etmirlər. İnkişafın sadədən mürəkkəbə, ibtidaidən aliyə doğru getməsini yalnız determinist – filosoflar (Spinoza, Hegel, Marks) qəbul edirlər. Digərləri, indeterministlər və ya volyuntaristlər (Şopenhauer, Nitşe və b.) inkişafın istiqamətləndiyini inkar edirlər, insan psixikasındakı kor, şüursuz başlanğıcın rolunu mütləqləşdirilər və sosial inkişafın qabaqcadan bilinməyən, qaydasız xarakterini onunla bağlayırlar. Yalnız tarixi inkişafın istiqamətliliyi deyil, həm də onun üstün mütərəqqi xarakterini qəbul edən determinist variant da vardır – onlar optimist gümanlara əsaslanırlar, qeyd edirlər ki, ictimai inkişafın yeni səviyyəsi lazım gələndə daha yetkin olur; başqa sözlə desək, inkişaf sosial həyatın daim yaxşılaşmasına aparır.

Tərəqqi problemi ətrafında çoxsaylı diskussiyalar aparılmış və bu gün də aparılmaqdadır. Filosofların müəyyən hissəsi həyatın iqtisadi, siyasi, elmi sahələrində tərəqqini qəbul edirlər, lakin mənəviyyat, əxlaq sahələrində olan tədrici inkişafa ehtiyyatla yanaşırlar – yalnız dünya müharibələri, inqilablar, digər sosial sarsıntılar dövründə əxlaqi tənəzzül müşahidə olunmur, həm də əxlaqi təkmilləşmənin dəqiq meyarının olmaması da bu cür yanaşmaya əsas olmuşdur. Bununla belə cəmiyyətdə baş verən dəyişikliyin istiqamətliyinin, qanunauyğunluğunun və mütərəqqiliyinin qəbul olunma­sından asılı olmayaraq cəmiyyətdə və insanlar arasındakı münasibətdə daim yenilik yaradan bu dəyişiklik faktının özü əksər filosoflar tərəfindən qəbul olunur, belə ki, adamların mənəvi həyatının zənginləşməsini, elmi bilik­lərin inkişafını, texniki tərəqqini, müxtəlif insan təla­batlarının təmin olunması imkanlarının artmasını inkar etmək çətindir.

Cəmiyyətdə baş verən dəyişikliyin mənbəyi, amilləri və ya səbəbləri haqqında məsələlər də olduqca vacibdir.

Bu səbəblərdən biri cəmiyyətin fəaliyyət göstər­məsinin gündəlik prosesi ilə, adamların yeməyə, geyimə, mənzilə və s. olan təlabatlarını ödəmək üçün göstərdikləri fəaliyyətlə bağlıdır. Doğrudur bu gündəlik fəaliyyət zahirən eyni cür, yeknəsək görünür, bununla belə onun gedişində adamların vərdiş və bacarıqları tədricən təkmilləşir, onların fəaliyyət növləri daha da rəngarəng olur. Cəmiyyətin, sosial qrupların tərkibləri dəyişir. Onilliklər və yüzilliklər ilə ölçülən bu təbii və uzun prosesin gedişində adamlar yaşa görə dəyişir, doğulur və ölürlər, nəsillər bir - birini əvəz edir, cəmiyyətin struktu­runda və quruluşunda kifayət qədər dərin dəyişiklər baş verir.

Gündəlik fəaliyyət prosesindən başqa ictimai həyatda cəmiyyət həyatının əsasına toxunan daha ciddi, köklü dəyişiklik aşkar olunur. Onlar güclü reformasiya və inqilabi hərəkatın təsiri altında baş verir.

Sosial fəlsəfədə cəmiyyətdə olan keyfiyyət dəyişik­liyinin səbəbləri haqqında müxtəlif fikirlər söylənilir. Bəziləri onu ictimai həyatın təbii əsaslarında olan dəyişikliklə, iqlim, bioloji və hətta kosmik amillərlə bağlayırlar (Monteskyö, Vernadski, Qumilyev, Çijevski). Qumilyevə görə, “canlı maddələrin enerjisi bizim, bizim nəslin bədəninə keçmiş, gələcək nəslə də keçəcəkdir: rəngarəng entogenezə təkan verəcəkdir.

Digərləri bu səbəbləri iqtisadiyyatda, əmək alətlə­rində, istehsalın təşkili metodlarındakı dəyişiklikdə axtarırlar (Marks, Roston). Amerikalı sosioloq Roston bəşəriyyətin beş yüksəliş mərhələsinin bir-birini əvəz etməsinin bilavasitə mənbələrini sənayenin, texnikanın, bütövlükdə təsərrüfatın inkişaf səviyyələri ilə bağlamışlar.

Nəhayət, üçüncülər sosial dinamikanın mənbəyini mənəvi sahədə, cəmiyyətin mədəni həyatındakı dəyişik­likdə görürdülər (Hegel, Kont, Sorokiz). Kant belə hesab edirdi ki, “ideyalar dünyanı idarə edir, dəyişir və ya başqa sözlə desək... bütün sosial mexanizm həqiqətən də əqidəyə, inama əsaslanır.”

Şübhəsiz ki, texniki ixtiraların və elmi kəşflərin rolu da olduqca böyükdür. İxtiralar və buxar maşınının və digər texniki yeniliklərin geniş tətbiqi XVII-XIX əsrlərdə sənaye inqilabına gətirib çıxarmışdır, sonra bu sənayenin burjuaziyanın, proletariatın inkişaf etdiyi yeni tip sənaye cəmiyyətinin yaranmasına səbəb oldu. XX əsrin tarixi təcrübəsi göstərir ki, əmək alətlərinin inkişafı, texnikanın tərəqqisi, avtomatlaşmanın və yüksək texno­logiyanın sənaye istehsalına tətbiqi ictimai həyatın bütün sahələrini, müxtəlif insan birliklərini – böyük və kiçik – strukturunu, mədəniyyətini, təlabatlarının ödənilməsi üsullarını dəyişir.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə