M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Millət ideyasını, millətin mahiyyətinə



Yüklə 0,71 Mb.
səhifə118/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   114   115   116   117   118   119   120   121   ...   184
muhazire FELSEFEyeni

Millət ideyasını, millətin mahiyyətinə xüsusi yer ayırmaq məqsədə uyğundur. Millət - tarixən formalaşan insanların birlik formasıdır, adətən ərazi və iqtsiadi həyat dil və mənəvi xüsusiyyət, ümumiliyinə, hansısa səviyyədə bioloji özünəməxsusluğa, eyni zamanda xarakter, temperament və adətlərin özünəməx­suslu­ğu­na malikdir. Bütün insanlar mədəniyyətin özünəməx­susluğunda təzahür edir. Dil birliyi bu dildə danışanları bağlayır, onların eyni qəlbli, eyni fikirli olmasını təmin edir, bu da millətin bütün nümayəndələri bir-birini yaxşı başa düşürlər, bu da insanın daxili dünyasını yaxınlaşdırır, bunun əsasında da millətin real əlaqə və vəhdəti yaranır. Məsələ ondadır ki, dil şüurla xüsusi münasibətdədir, yalnız ünsiyyət vasitəsi olmayıb, həm də idrak, dərketmə vasitəsidir: dil millətin ruhu, qəlbidir. Dil bir növ “ənənə arabasıdır”, hissləri, simvolları, emosional assosasiyaları, mifləri qoruyur və onları nəsildən-nəslə ötürür. Dil xarakterin özünəməxsusluğunun ən dərin və əsas ifadəsidir. Millətə daxil olan adamların xarakterlərinin müxtəlifliyi onların birləşməsinə mane olduğu kimi həm də millətlərin xarakterlərinin müxtəlifliyi bəşəriyyətdə bütün xalqların real vəhdətinə mane ola bilmir. Bu birlikdə millətin mənəvi həyatı, onun mədəniyyəti millətin subyektlərinin şəxsi gücləri hesabına möhkəmlənir, onun hər bir subyekti isə yaradıcılıq enerjisinin mənbəyini ümummilli mənəvi yüksəlişdən alır. Bu yolda öz millətinə olan məhəbbət ona olan inamla, onun üstünlüyünə olan inamla, onun ruhunun yaradıcılıq gücü, onun çiçəklənməsi ilə birləşir. Dindar, mömin adam inanır ki, Allah onun millətindən üz döndərməyib, bütün çətinliklər keçicidir, nailiyyətlər, uğurlar isə əbədidir. Öz millətini sevib ona inanmamaq olmaz: çünki vətən canlı mənəvi gücdür, orada yaşamaq adamda elə hiss yaradır ki, o insanların yaxşı olmasını istəyir, hər şeyi düz edir, gələcək nəslin yaxşı yaşamasını istəyir.

Sosial fenomen olan millətin mənbəyi hansılardır? İbtidai sürünün əvəzinə gələn ilk spesifik insanların birlik olması qəbilədir - adamların qan qohumluğuna əsaslanan birliyidir. Qəbilə qan qohumluğu tellərilə birləşən, kollektiv əməklə məşğul olan, ümumi mənafeləri birgə mühafizə edən, eyni zamanda dil, əxlaq, ənənə ümumiliyilə birləşən adamlar qrupudur. Bir neçə qəbilənin birləşməsi tayfanı - etnik birlik və adamların sosial təşkilini yaradır. Onun xarakterik xüsusiyyətləri: ümumi ərazi, qonşu tayfalarla təbii sərhədlərinin olması, iqtisadi ümumilik, tayfa üzvlərinin bir-birinə qarşılıqlı köməyi - bu adətən özünü kollektiv ovda göstərir, dil, şüur birliyi, mənşə ümumiliyi və qan qohumluğu əlaqələri. Sonradan tayfa ittifaqlarının yaranması, tayfalararası təsərrüfat və mədəni əlaqələrin güclənməsi, hərbi toqquşmalar, əhalinin miqrasiyası, adamların sayının artması, xüsusi mülkiy­yətin yaranması - bütün bunlar tədricən tayfaların qarışmasına, əvvəlki qan qohumluğu əlaqələrinin ərazi əlaqələri ilə əvəz olunmasına və insanların yeni tarixi birlik formasının – xalqın yaranmasına gətirib çıxarmışdır. Xalq adətən öz mənşəyi və dili ilə yaxın olan bir neçə tayfanın birləşməsindən yaranır. Xalq həm də bir tayfanın digərinin ərazisini işğal etməsi nəticəsində müxtəlif dilli tayfaların birləşməsindən yaranmışdır. Xalqın forma­laşması prosesində onun ayrı-ayrı hissələri arasında əlaqələrin güclənməsi ilə bu etnik komponentlərdən birinin dili xalqın ümumi dilinə çevrilmiş, qalan tayfa dilləri isə ya dialekt rolu oynamaq səviyyəsinə düşmüş, ya da tamam yox olmuşdur. Ərazi, mədəni, müəyyən mənada iqtisadi ümumilik formalaşdı - çox vaxt bunlar sabit xarek­ter daşımırdılar. Xalq - insanların dil, ərazi, iqtisadi və mədəni birliyidir. Yəni birliyin göstərici­lərindən biri onların yığcam adlarının siması idi. Dövlətin yaranması xalqın möhkəmlənməsinə kömək etmişdir. Lakin tarixi inkişaf prosesində xalq nə ərazi, nə də dil baxımından dövlətə uyğun gəlməyə bilər.

Kapitalist münasibətlərinin inkişafı ilə iqtisadi və mədəni əlaqələr güclənir, milli bazarlar yaranır, təsərrüfat dağınıqlığı ləğv edilir, xalqın ayrı-ayrı hissələri bir milli bütövlükdə birləşir, xalq millətə çevrilir. Xalqdan fərqli olaraq, millət - insanların daha sabit birliyidir. Millət həm bir-birilə qohum olan tayfa və xalqlardan, həm də müxtəlif tayfa, irq və xalqlardan yaranmışdır. Millətin tarixi keçmişinin, yaranmasının və inkişafının xüsusiy­yətləri, onun iqtisadi quruluşunun, mədəniyyətinin, coğrafi və iqtisadi mühitinin məişətinin, ənənəsinin özunə­məxsusluğu – bütün bunlar millətin mənəvi sima­sında öz izini qoyur, xüsüsi milli xarakter formalaşdırır. Tarix sanki özunəməxsus milli “çalarlar”, “tikir”, onun nadirliyi qiymətsizdir. Kim bilir, bəlkə də, xalqlar, millətlər və nəsillər çox vaxt tarixi əql adlandırılan hansısa sirrli tarixi harimoniyanı saxlamaq üçün nadirdirlər. Millətlər bir-birindən əsasən ümumdünya tarixi rollarına görə fərqlənirlər: hər bir millət dünya sivilizasiyası və mədəniyyəti xəzinəsinə öz töhvəsini verir. Millətin yalnız xüsusi – onu başqa millətlərdən fərqləndirən – yox, həm də ümumi - onların bəzilərini birləşdirən - xüsusiyyətləri var: bir dildə danışan, ümumi ərazidə yaşayan və ya öz tarixlərində, mədəniyyətlərində, məişətlərində, psixolo­giyalarında ümumi çox şeyləri olan müxtəlif millətlər vardır. Tarixin əqli millətlərin böyük rəngarəngliyini yaratmışdır, onların hamısı bir yerdə sosial varlıq bağında olan xüsusi gül dəstəsidir, burada hər bir millətin öz xüsusi ətri var, sanki öz aurası ilə ətrafa nur saçır. Bu mənada milləti şəxsiyyətlə müqayisə etmək olar. Əgər adamlar və xalqlar başqa milli xüsusiyyətləri özlərinki kimi dəyərləndirsələr bundan bəşəriyyət xeyli udardı.

Milli özünüdərk və millətçilik məsələlərinə də toxunmaq yerinə düşərdi. Milli münasibətlərin ümumi iqlimi daha çox hər bir adamın vətəndaş yetkinliyindən və öz xalqının bütövlükdə cəmiyyətin köklü maraqlarını dərindən başa düşməsindən aslıdır. Bu sivil özünu­dərketmənin əsasıdır. Milli özünüdüşünmə öz xalqının, həm də onun mədəni özünəməxsusluğunu - onun adətini, ənənəsini, inamının mənəvi vəhdətinin dərk olunması hissidir. Kim öz milləti haqqında danışırsa, o ilk növbədə öz xalqının mənəvi vəhdətini nəzərdə tutur. O ayrı-ayrı subyektlərin həyatdan getməsinə və nəsillərin dəyişməsinə baxmayaraq qalanları nəzərdə tutur.



Millət çoxları üçün olan nə isə birləşmədir. Millət öz oğullarını və qızlarını, babalarını və nənələrini, ata və anaları birləşdirən böyük ailədir, hər bir ruh canlı əlaqə ilə onunla bağlıdır. Heç kəs başqa millətin nümayəndəsi ola bilməz (doğrudur, bunu formal edirlər: ancaq bu nəyə görəsə, kimin üçünsə edilən görüntüdür). Milli özünü dərk düşünmənin böyük nizamlayıcı və özünü təsdiq eden gücü var: o millətə daxil olan adamları birləşdirir, bir növ müdafiə mexanizmi kimi çıxış edir, onun bütövlüyünü qoruyur, başqa xalqlar və millətlərlə əlaqə qurur, milli dəyərlərə zidd olan baxışlara müqavimət göstərir. Milli özünü düşünmə millətin ümümi mədəni yüksəlişinə kömək edir, başqa millətlərlə münasibətini tənzimləyir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə