M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


XVII–XVIII ƏSRLƏR İNGİLİS FƏLSƏFƏSİ



Yüklə 0,71 Mb.
səhifə12/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   8   9   10   11   12   13   14   15   ...   184
muhazire FELSEFEyeni

XVII–XVIII ƏSRLƏR İNGİLİS FƏLSƏFƏSİ (F.Bekon, T.Hobbs, C.Lokk, C.Berkli, D.Yum)

Məşhur orta əsrlər monaxı Rocers Bekonla eyni familiya daşıyan, XVII əsrin ilk filosoflarından biri, induktiv elmlərin carcısı Frensis Bekon yarıpoetik ressenas baxışları Yeni dövr üçün xarakterik olan metod axtarışı ilə birləşdirirdi. Onu intibah dövrünün sonuncu mütəfəkkiri və Yeni dövr fəlsəfəsini başlayanalardan biri adlandırmaq olar.

F.Bekon XVII əsr ingilis materializminin banisidir. XIX əsrin ortalarından başlayaraq Bekon və Şekspirin eyni adam olduğunu ciddi şəkildə sübut edən çoxlu kitablar meydana gəlməyə başladı. Bu günə qədər də sakitləşməyən bu mübahisələr haqqında mühazirədə məlumat vermək məqsədə uyğundur.

Təbiətdə materialist baxışı və induktiv idrak metodunu əsaslandıran Bekonun fikrincə elmin və fəlsəfənin öyrənməli olduğu əsas obyekt təbiətdir, başlıca tədqiqat metodu isə induksiya - təcrübə, müşahidə, təhlil və müqayisədir.

Bekona görə dünya öz əsasında materiyadan ibarətdir. Materiya keyfiyyətcə müxtəlifdir, hərəkət materiyanın əbədi vəziyyətidir, daxili xassəsidir. Məkan materiyanın daimi tutduğu yer, zaman isə cisimlərin hərəkət sürətinin ölçüsüdür.

Bekona görə, bilik - gücdür, biliyə yiyələn adam qüdrətlidir. “Biz nə qədər biliriksə, o qədər də bacarırıq”. Bekon təbiətə iki başlıca anlayışın - mahiyət və hadisə - prizmasından baxır. Onlardan birincisi “forma” kateqoriyası, ikincisi isə “təbiət” kateqoriyası ilə təcəssüm olunur. Bekonun fəlsəfəsi cəmiyyətin obyektiv təlabatından çıxış edir və o dövrün mütərəqqi ictimai qüvvələrinin marağını ifadə edirdi. O, fəlsəfəni seyr etmə kimi inkar edir və onu təcrübəli idraka əsaslanan real aləm haqqında elm kimi təsəvvür edirdi.

Bekon insanın özlərindən kənar etməli olduqları dörd növ nöqsanı - dörd növ “bütü” və ya kabusu fərqləndirir: cins bütü, mağara bütü, bazar bütü, və teatr bütü.

O, cins və mağara bütünü əqlin təbii xassəsinə əsaslanan “anadangəlmə” hesab edir; bazar və teatr bütü isə fərdi inkişafda qazanılır. Cins bütü - təbiətlə şərtlənən bütün adamlar üçün ümumi olan maneədir. İnsan təbiət haqqında öz şəxsi xassələrinə oxşar fikir söyləyir. Təbiət haqqında teoloji baxışlar, müxtəlif arzuların təsiri altında insan hissinin yetkin olmadığından yaranan səhvlər buradan irəli gəlir. Mağara bütü heç də bütün insanlara deyil, ayrı-ayrı adamların subyektiv simpatiyalarının, antipatiyalarının, nəyəsə üstünlük vermə­lərinin nəticəsindən irəli gələn, həm də yalnız bir qrup adamlara xas olan səhvlərdir. Bazar bütü vasitəsilə adamalar arsındakı ünsiyyətin nəticəsində yaranmış maneədir. Çox hallarda sözün mənası predmetin mahiyyətinin dərk olunması əsasında deyil, bu predmet haqqında tamamilə təsadüfü təəssuratlar əsasında müəyyən olunurdu. Nəhayət, teatr bütü - elmdə yanlış fikirlərin qeyri-tənqidi mənimsənilməsindən irəli gələn maneələrdir. Onlar əqlin yanlış baxışlara tabe olması nəticəsində yaranır.

Bekon bütləri nəzərdən keçirdikdən sonra öz metodunun pozitiv şərhinə başlayır. Bu problemə filosofun “Yeni Orqanon” adlı başlıca fəlsəfi əsəri həsr olunmuşdur. Bekonun şəxsi metodu, xüsusilə formanı dərk etmək üçün vasitə kimi çıxış edən, yeni induksiya konsepsiyasına əsaslanlr.

Bekon elmin tarixini öyrənərək belə nəticəyə gəlmişdir ki, onda iki yol və ya metod - doqmatik və ya emprik - ayrılır. Birincini o, elm yolu, ikincini isə qarışqa yolu adlandırmışdır. Birinci yolla gedən alim öz işini ümumi abstrak müddəalardan başlayır və onlardan bütün ayrı-ayrı təsadüfləri çıxarmağa cəhd edir. O, özündən tor hörən hörümçəyə bənzəyir. İkinci yolla gedən alim daha çox faktlar toplamağa cəhd edir. O isə yolunun ağzında gördüyü bütün şeyləri nizamsız şəkildə öz yuvasına daşıyan qarışqaya bənzəyir. Bekona görə isə, həqiqi metod təcrübənin verdiyi materialın ağılla işlənməsidir.

Bekon poeziyanı tarix və fəlsəfənin arasına yerləşdirməklə sadəcə olaraq Aristoteli davam etdirmişdir. O, yalnız idrak nəzəriyyəsində Aristotelə qarşı "Yeni Orqanon" əsərini qoymuşdur.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə