M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə122/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   118   119   120   121   122   123   124   125   ...   184
muhazire FELSEFEyeni

Xüsusi mülkiyyətin və varislik institutunun yaranması ilə iqtisadi səbəblər üzündən qadınlardan möhkəm sadiqlik tələb olunmağa basladı. Həm dövlətin qanunları, həm əxlaq normaları, həm də din qadını ailədə kişiyə tabe etdi. Ailənin möhkəmliyi qadının nigahı dağıtması huququndan məhrum etməklə həyata keçirildi. Əgər əvvəllər qız özünə ər seçə bilərdisə və nigah qarşılıqlı meyl əsasında olurdusa indi artıq nigah münasibətləri çox vaxt alqı-satqı əsasında həyata keçirilirdi. Bununla yanaşı, uşaqların tərbiyəsi və taleyi ilə bağlı valideynlərin məsuliyyəti artmışdır, ər-arvadın qarşılıqlı öhdəlikləri, ailə ləyaqəti kimi əxlaqi keyfiyyətlər formalaşırdı. Quldarlıq quruluşunda qullar ailə qurmurdular, quldarlar arasında vahid nigah bəzən kişi üçün çoxarvadlığa gətirib çıxarırdı, qadınları isə fahişəliyə sövq edirdi. Feodalizm şəraitinə ailə münasibəti, nigah cəmiyyətin zümrə ierarxiyasının təsiri altında idi. Ailədə kişinin hakimiyyəti güclənmişdir. Qadın təsərüffat işlərinə aparmaqda, uşaqları tərbiyə etməkdə azadlıq əldə etsələr də onların taleyi ağır idi. Feodalizm dövründə kəndli ailəsində kişi və qadın arasındakı münasibət ziddiyyətli xarakter daşıyırdı: iqtisadi maraq əmək əxlaqı, zəhmətkeş qadına, evdar qadına olan hörmətlə uyğunlaşdırılırdı. Kapitalizm ailənin inkişafını elə bir istiqamətə yönəltdi ki, ər-arvad cütlüyünün birgə həyatı dövründə qadınların iqtisadi müstəqilliyi təmin olunurdu: bəzi ölkələrdə qadınların özlərinə məxsus olan kapital üzərində hüquqları qorunur.

Adamların həyatının xeyli hissəsi məişət adlanan şəraitdə keçir. Məişət – adamların yaşadığı, adətən istehsal və ictimai fəaliyyətlə məşğul olmadığı sosial mühitdir. Məişət adamların ictimai həyatının tərkib hissəsidir və bütövlükdə cəmiyyətin digər tərəfləri ilə çoxlu tellərlə bağlıdır. Məişətdə insanın bir çox şəxsi keyfiyyətləri formalaşır, yaxşı məişətdən əhval-ruhiyyə, iş bacarığı və sağlamlıq asılıdır. Məişətdə insanlar yalnız iustirahət etmir, həm də öz maddi və mədəni tələbatlarını yerinə yetirirlər. Məişət şəraitində və tələbatın ödənilməsi vasitələrində coğrafi mühitin, adətlərin əxlaqın, xalqların ənənələrinin, milli və ictimai fərqlərin, mədəniyyətin və s. izləri olur. Sivilizasiyanın səviyyəsi nə qədər yuxarı olarsa adamların ehtiyac duyduqları tələbat şeylərinin və xidmətlərinin assortimentləri də bir o qədər müxtəlif olacaqdır. Tarixi inkişaf gedişində adamlarda istehsal fəaliyyətinin, vərdişlərinin və üsullarının məcmusu forma­laşdığı kimi, maddi və mənəvi dəyərlərin istehlakında da adətlər, zövq, vərdiş formalaşır, bu da adamların, millətlərin ictimai və peşə qruplarının həyat tərzini yaradır. Bəşəriyyət mağaradan yaxşı evlərə universitetlərə uzun yol keçmişlər. Gələcəkdə yüksək inkişaf etmiş cəmiyyətdə yetkin səhiyyə xidməti, ağıllı həyat tərzi yaranacaq, bu da adamların sağlam, uzun ömür, fiziki yetkinliyi təmin edəcəkdir.



Demoqrafiya məsələsinə də diqqət yetirmək vacib­dir. Əgər cəmiyyəti bütövlükdə götürsək, demoqrafik sistemi təhlil etsək, ailə həyatına adamların istehsalı kimi baxsaq - bu demoqrafiyanın predmeti kimi qəbul oluna bilər. Demoqrafiya əhali artımını, onun dinamikasını, miqrasiyasını, demoqrafik vahid kimi ailəni öyrənir. Demoqrafik sistem - demoqrafik münasibətdə birləşən nəsilləri artıran adamların məcmusudur, o daxili tarazlığı, nisbi sabitliyi qoruyur. Əhali artımına bir sıra ictimai-iqtisadi amillər təsir edir: iqtisadiyyatın, elmin, səhiyyənin, sosial təminatın, ictimai münasibətlər, mədəniyyət tipləri, xalqların psixologiyası, tərbiyəsi və adətlərin xarakteri - Yerdə əhalinin artım dinamikası maraqlıdır: eramızın başlanğıcında Yerdə əhali 275 milyon nəfər olmuşdur, 1850-ci ildə 1 milyard, 1900-ci ildə 1.6 milyard, 1930-cu ildə artıq 2 milyard, 1976-ci ildə 4 milyard, 1987-ci ildə 5 milyard, 2000-ci ildə 6 milyarddan çox adam yaşamışdır. Lakin məhdud təbii ehtiyatlar şəraitində əhalinin sürətli artımı, Maltusun müasir tərəfdarlarının fikirincə, cəmiyyət üçün fəakətli ola bilər; artıq indi o iki ölçü balaca ayaqqabı geyinmiş adama bənzəyir. İngilis iqtisadçısı Maltusa görə, əhali artımı həndəsi silsilə ilə, istehsalın artımı isə ədədi silsilə ilə gedir - bu da ərzaq çatışmazlığına gətirib çıxaracaqdır. Bu vahid prosesdir, heç bir xeyriyyə tədbirləri bəşəriyyət üçün bəla olacaq bu prosesi dayandıra bilməz. P.Erlizin hesablamaları da kədərlidir - yaxın gələcəkdə həm bir adama bir kvadrat metr torpaq düşəcəkdir. Bu ona gətirib çıxaracaq ki, Yer kürəsinin əhalisi başqa planetə köçməyə başlayacaqdır - yaxın gələcəkdə yalnız Günəş sistemində deyil, bütün Qalaktikada adamlar yaşayacaqdır. Adamlar Yerdə yalnız kosmik gəmi quraşdırmaqla məşğul olacaqlar. Görünür, Yer əhalisinin və onun ehtiyatlarının həddi var: planetimizin imkanları sonsuz deyildir. Doğrudur bəzi alimlər güman edirlər ki, bizim planet 60 milyon adamı təmin edə bilər - axı hələ Dünya okeanlarının ehtiyatları da var. Çox vaxt uşaq ölümünün yüksək olmasına, müharibələrə əhalinin sürətli artımı və məhdud təbii ehtiyatlar arasındakı ziddiyəti həll etmək vasifəsi kimi baxırlar. Etiraf edək ki, Maltus əhali artımı ilə onun ərzaqla təmin olunması arasındakı ziddiyətli problemi düzgün qeyd etmişdir - ola bilsin ki, məhdud ərazidə yaşayan əhalinin artımı ehtiyatların tükənməsinə gətirib çıxarsın. Demoqrafik fəlakətin olmasından danışan Maltus demoqrafik sistemin fəaliyyətindəki bəzi amilləri nəzərə almamışdır: o, əhali artımı və onun təmin olun­masına birbaşa diqqət yetirmiş, çoxsaylı sosial-iqtisadi, mədəni, dəyər normalarına və cəmiyyətdə olan meyllərə, demoqrafik proseslərin idarə olunmasına diqqət yetir­məmişdir. Bundan başqa, əhali sayındakı dəyişiklik istər-istəməz iqtisadiyyatın vəziyyətinə, cəmiyyətin məhsuldar qüvvələrinin inkişafına, ictimai inkişafın sürətinə təsir edir. Əhali artımı problemi planetdə adamların sayının artması ilə məhdudlaşmır. Cəmiyyət təbiətlə qarşılıqlı təsirdə olduğundan demoqrafik problem də qlobal ekoloji problem kimi qəbul olunmalı və bu baxımdan araş­dırmalıdır. Şübhəsiz ki, cəmiyyətin taleyi, onun təbiətlə qarşılıqlı münasibətləri üçün əhalinin sayı faktı ilə yanaşı onun optimal səviyyədə saxlanılması da mühüm əhə­miyyət kəsb edir.

Beləliklə, cəmiyyətin tərkib hissəsi olan millət və ailə, eyni zamanda bəşəriyyət tarxinin müasir mərhə­ləsində kəskin problem olan demoqrafiya probleminə nəzər saldıq. Bu qlobal problemlərlə yanaşı ailə həyatında kişi və qadınların birgə yaşayışına, eyni zamanda məhəbbət məsələsinə də diqqət yetirdik. Cəmiyyət, bəşəriyyət, millət və ailə məsələləri bir-bir ilə sıx bağlı olan problemlərdir.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə