M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə124/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   120   121   122   123   124   125   126   127   ...   184
muhazire FELSEFEyeni

Qanunvericilərin fəaliyyətinin başlıca məqsədi öz xalqının normal, sakit və imkan daxilində ədalətli həyat şəraitini təmin etməkdir. Əgər qanunverici hakimiyyət dövlətin ümumi irdəsinin ifadəsidirsə, icraedici haki­miyyət - bu iradəni həyata keçirən mexanizmdir.

Azad dövlətdə qanunverici orqan verdiyi qanunlara necə əməl olunmasını izləyir. İcraedici orqan isə öz fəaliyyətinə görə onun qarşısında hesabat verməlidir.



Məhkəmə hakimiyyəti heç bir partiya ilə əlaqələn­dirilməməlidir, o xalq üçün görünməz olmalıdır. Siserona görə, hakim - danışan qanun, qanun isə - lal hakimdir.

Hakimiyyətin bu üç qanadı arasında ideal bir harmoniya olmalıdır: tarixi təcrübə göstərir ki, haki­miyyətin bu qanadları arasında bölgü prinsipini düzgün həyata keçirmək çox çətindir. Bəzən bu və ya digər tərəf üstünlük əldə etməyə çalışır və nəticədə ziddiyyət yaranır. Bu isə ən çox keçid dövrlərində müşahidə olunan haldır. Hakimiyyətin bu üç qanadının harmonik əməkdaşlığı – dövlətin möhkəmliyinin təminatıdır.

Hakimiyyət, o cümlədən siyasi hakimiyyət bir sıra xüsusiyyətlərə malikdir: 1) o hakimiyyətin subyekti və obyektinin varlığını nəzərdə tutur; 2) hakimiyyət o mə­nada ümumiliyə malikdir ki, ayrı-ayrı adamların, qrupların və ictimai institutların fəaliyətlərinin bütün növlərində iştirak edir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə