M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Cəmiyyətin siyasi sisteminin mühüm ünsürü - dövlətdir. Dövlət nədir?



Yüklə 0,71 Mb.
səhifə127/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   123   124   125   126   127   128   129   130   ...   184
muhazire FELSEFEyeni

Cəmiyyətin siyasi sisteminin mühüm ünsürü - dövlətdir. Dövlət nədir? Aristotelə görə, dövlət ümumi mənafe şüurundan yaranır və əsasən xöşbəxt yaşamaq üçün qurulur. T.Hobbs isə əksinə, dövlətin əsasında qorxu intizamını görmüş və dövləti çoxsaylı adamların razılaşma əsasında yaratdıqları fərdi və ya kollektiv sima ad­landırmışdır, məhz bu sima onlara sülhü və ən ümumi müdafiəni təmin edir. B.Spinoza da buna yaxın fikirləri müdafiə edir. Hegel dövlətin başlanğıcını zorakılıqda görür. F.Engels və V.İ.Lenin isə dövlətə bir sinfin başqasını əzməsi və istismar etməsi maşını, aləti kimi baxmışlar. M.Veber dövləti bir qrup adamların digərləri üzərində legitim (qanuni sayılan) zorakılığa əsaslanan münasibəti hesab edir. N.Tusiyə görə, dövlət adamların öz mənafeləri naminə könüllü surətdə birləşmək istədikləri anda yaranmışdır və əqlin gücünün nəticəsidir.

Problemə müasir yanaşma çərçivəsində dövlət – cəmiyyətin siyasi sisteminin əsas institutudur, adamların, ictimai qrupların, siniflərin və cəmiyyətlərin birgə fəaliyyətini və münasibətlərini təşkil edir, istiqamətləndirir və nəzarət edir.

Dövlət cəmiyyətdə mərkəzi hakimiyyət institutudur və bu hakimiyyət vasitəsi ilə yığcam siyasət həyata keçirir.

Dövlətin ən ümumi vəzifəsi ümumi yaşayışın əsasını qorumaqdır, çünki belə olmasa bəşəriyyət mövcud ola bilməz və insanın bütün gücünün inkişafına kömək etmək olmazdır. Ona görə də bəziləri belə hesab edir ki, dövlət - «qayda-qanunu müdafıə edən» bir təşkilatdır, öz vətən­daşlarının rahatlığını qoruyur. «Dövlət» anlayışını elmi ədəbiyyata N.Makiavelli gətirmişdir. Beləliklə, dövlət - cəmiyyət orqanlarının sistemidir, xalqın bir bütöv tam kimi mütəşəkkil daxili hüquqi həyatını təmin edir, öz vətəndaşlarının hüquqlarını müdafıə edir, hakimiyyət institutlarının - qanunverici, icraedici və məhkəmə - normal işləməsini həyata keçirir, öz ərazisinə nəzarət edir, xarici təhlükədən öz xalqını qoruyur, başqa dövlətlər qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə təminat verir, təbii mühiti və mədəni dəyərləri qoruyur, cəmiyyətin yaşamasına və onun tərəqqisinə kömək edir. Dövlətçilik xalqın bütün münasibətlərinə, onun vətən­daşlarının əxlaq və şüuruna nüfuz edir. Eyni zamanda dövlət quruluşu xalqın özünü düşünməsinin xarakterindən və inkişafından asılıdır: hər bir xalq onun ruhuna «müvafiq olan» və «uyğun gələn» dövlət quruluşuna malik olur. Dövlət müəyyən struktura malik ictimai orqanizmdir.

Dövlətin meydana gəlməsi ilə bağlı bu müxtəlif fikirləri təhlil edərək müasir tələblərə uyğun ümumi­ləşdirmələr aparmaq məqsədəuyğundur.

Dövlətin mənşəyi və cəmiyyətin həyatında onun rolu haqqında məsələ böyük nəzəri və elmi-praktiki əhəmiyyət kəsb edir. Tarixin materialist anlaşılması ənənəvi olaraq dövləti iqtisadi bazis üzərindəki üstqurum kimi qəbul edir və onun meydana gölməsini əməyin ictimai bölgüsünün, xüsusi mülkiyyətin yaranmasının və cəmiyyətin siniflərə parçalanmasının nəticələri ilə əlaqələndirir. Bu məsələni tədqiq edən F.Engels yazırdı ki, xüsusi mülkiyyətin yaran­ması, var-dövlətin fasiləsiz olaraq toplanması şəraitində yalnız cəmiyyətin siniflərə bölünməsini deyil, həm də varlı sinfin əzilən sinif üzərində hökmranlığını əbədi­ləşdirən bir təşkilat çatışmırdı. Və belə bir təşkilat yara­dıldı. Dövlət kəşf olundu.

Şərqdə dövlətin xüsusi rolu ayrıca fərdin zəifliyinə, onun kollektiv tərəfindən boğulmasına və eyni zamanda həm varlıların, həm də kasıbların daxil olduğu klan (qəbilə), silk, təbəqə, həmyerlilər birliyi, sektalar, kənd icmaları və s. tipli korporasiyaların rolunun artmasına səbəb olmuşdur. Onların başlıca məqsədi öz üzvlərini dövlət istibdadından qorumaq idi. Ənənələrlə möhkəm­lən­dirilən korporasiya əlaqələri ictimai antoqonizmi yum­şaldır, zəiflədir, paternalizm münasibətlərini yaradır və əmələ gəlmiş ictimai strukturu daha da möhkəmləndirirdi. Korporasiya əlaqələrinin mühafızəkarlığı hətta sülalə dəyişikliyi dövründə belə (məsələn, orta əsrlər Hindis­tanında) siyasi sabitliyə kömək edirdi.

Müasir dövlət bir sıra müxtəlif funksiyalar yerinə yetirir:

– mövcud dövlət quruluşunun müdafiəsi;

– cəmiyyətdə sabitlik və qayda-qanunun saxlanması;

– iqtisadiyyatın nizama salınması;

– daxili siyasətin bütün sahələrini – ictimai, mədəni, elmi, təhsil, milli, iqtisadi və s. - əhatə edən siyasətin həya­ta keçirilməsi;

– beynəlxalq aləmdə dövlətin maraqlarının müda­fiəsi;

– «həyat məkanının» genişləndirilməsinə aparan geo­si­yasətin həyata keçirilməsi;

– strateji mövqelərin və coğrafı vəziyyətin yaxşı­laşdırılması, xammal və enerji mənbələrinə daxil olmanı təmin ‘etmək;

– ölkənin müdafiəsini, onun başqa dövlətlərlə qarşı­lıqlı münasibətini qurmaq və s.

Belə bir cəhəti xüsusi ilə qeyd etmək vacibdir ki, bu gün iqtisadi münasibətlərin nizama salınmasında dövlətin rolu haqqında məsələ xüsusi maraq doğurur. Xüsusi mülkiyyətin olmadığı şəraitdə (Asiya istehsal üsulu, inzibati-komanda sistemində) bu rol sadə və aydındır - birbaşa direktiv rəhbərlik; inkişaf etmiş formada isə - hərtərəfli planlar əsasında həyata keçirilir.

Cəmiyyətin siyasi həyatının dövlət quruluşu, idarə formaları və siyasi rejim kimi problemlərinin həllinin mühüm əhəmiyyəti vardır.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə