M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə128/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   124   125   126   127   128   129   130   131   ...   184
muhazire FELSEFEyeni

Dövlət quruluşu haqqında məsələ ilk növbədə mərkəz və periferiya arasındakı qanunverici hakimiyyətin bölgüsü ilə bağlıdır. Əgər qanunverici funksiyalar bütöv­lükdə mərkəzə aiddirsə, belə dövlət unitar dövlət hesab olunur; əgər ərazi vahidlərinin öz qanunlarını qəbul etmək hüququ varsa onda bu cür dövlət federativ dövlətdir. Federasiya mərkəzin hökmranlığa, ərazi vahidlərinin isə separatizmə cəhdləri arasındakı ziddiyyətləri dəf etməyə imkan verir.

İdarə forması dövlət hakimiyyətinin həyata keçiril­məsi xarakterindən asılı olaraq monarxiya və ya res­publika idarə üsulu ola bilər. Monarxiya bütün hakimiy­yətin bir adamın əlində cəmləşməsini nəzərdə tutur; bu adam hakim sülaləni təmsil edir və hakimiyyət varislik yolu ilə həyata keçirilir.

Monarxiya özünü mütləq monarxiya və konsti­tusiyalı monarxiya formasında göstərir. Mütləq monarxiya – dövlətin elə idarə formasıdır ki, burada siyasi haki­miyyət tamamilə və şəriksiz olaraq bir şəxsin – impe­ratorun (kralın, şahın) əlində olur. Məsələn, Nepal, Məra­keş, Səudiyyə Ərəbistanı və s.

Konstitusiyalı monarxiya dövləti isə elə şərikli ida­rəetmə formasıdır ki, burada hakimiyyət başında imperator ilə yanaşı parlament də dayanır. Konstitusiyalı monarxiya iri burjaziya ilə mülkədarların kompromis dövlətidir. Məsələn, İran, İordaniya, İngiltərə, Belçika, Hollandiya, Danimarka, Norveç, Yaponiya və s.

Respublika idirə üsulunda isə xalqın hakimiyyətə olan suveren hüquqları tanınır və xalq nümayəndəli or­qanlarda təmsil olunur.

Respublikanın ali dövlət hakimiyyət orqanları mövcud konstitusiyaya əsasən müəyyən müddətə seçilən nümayəndələrdən ibarət olur. Bir sıra ölkələrdə dövləti idarəetmə forması respublika və parlamentli respublika formasına əsasən təşkil olunur.

Birinci halda prezident əhali tərəfindən seçilir. O, özü hökuməti təşkil edir. Hökumət prezident qarşısında məsuldur. Burada prezidentin səlahiyyətləri genişdir. Döv­lətin belə idarəetmə formasına ABŞ, Braziliya, Venesuela, MDB məkanında olan ölkələr və s. misal göstərmək olar.

Parlamentli respublikada prezident parlament tərə­findən seçilir, o parlament qarşısında məsuldur. Hökumət də parlament tərəfindən yaradılır.

Parlamentli respublikaya Avstriya, Türkiyə, İtaliya və b. dövlətləri misal göstərmək olar.

Azərbaycan - unitar dövlətdir. Azərbaycan Respub­li­kasında dövlət hakimiyyəti hakimiyyət bölgüsü prinsipləri əsasında həyata keçirilir: qanunverici hakimiyyəti Milli Məclis həyata keçirir; icraedici hakimiyyət Azərbaycan Respublikasının Prezidentinə məxsusdur; məhkəmə haki­miyyətini Azərbaycan Respublikasının məhkəmələri həya­ta keçirir.

Hüquqi dövlət vətəndaşların və dövlətin qarşılıqlı münasibət normalarını müəyyən edir, dövlətin əsas qanu­nu - konstitusiya əsasında fəaliyyət göstərir.

Hansı idarə formasının - respublika və ya monarxiya - yaxşı olması haqqqında sual ritorik xarakter daşıyır. Müasir Avropanın təcrübəsi göstərir ki, bir çox inkişaf etmiş və sabit ölkələrdə monarxiya üsul idarəsidir. Amerika tədqiqatçısı S.Lipset monarxiyanın müasir cəmiyyətin bütün təbəqələrinə münasibətdə mediativ, yəni barışdırıcı roluna diqqqət yetirmişdir. O, qeyd edir ki, inqilab nəticəsində monarxiyanın devrildiyi və haki­miyyətin varislik yolu ilə keçməsi qaydası pozulduğu ölkələrdə hakimiyyətə gələn respublika rejimi əhalinin mühüm təbəqələri arasında qanunçuluğu bərpa etməyə qadir olmamışdır. Başqa sözlə desək, monarx əxlaqi atribut rolunu yerinə yetirir, xalqın gözündə milli mənafelərin təminatçısı kimi çıxış edir. Bununla belə, bir çox ölkələrdə dövlət idarəçiliyinin respublika forması kifayət qədər uğurla fəaliyyət göstərir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə