M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə13/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   9   10   11   12   13   14   15   16   ...   184
muhazire FELSEFEyeni

Tomas Hobbsu yeni dövrün sosiologiyasının banisi, semiotikanın atası hesab etmək olar. Bekonun ardınca Hobbs təkrar edirdi ki, bilik qüvvədir və ona fəlsəfə başda olmaqla elmlərin köməyi ilə nail olmaq olar. Fəlsəfi nəzəriyyə adamların praktiki marağına və ehtiyacına xidmət etməlidir. Buna o vaxt nail olmaq olar ki, nəzəriyyə, biliyə şeylərin yaranmasının üsullarını və səbəblərini gətirsin ki, sonra da bunu praktikada tətbiq etmək olsun. Ümumi nəzəri bilik məhz fəlsəfədir.

Hobbsun təliminə görə, dünya cisimlərin məcmusudur, heç bir qeyri-maddi şey mövcud deyildir. Bütün cisimlər və həmçinin onlarda baş verən dəyişikliklər maddi elementlərin hərəkətindən yaranır; bu da mexanikanın qanunları əsasında baç verir (yəni cimdən cismə hər bir hərəkət yalnız təkan vasitəsilə verilə bilər).

Duyğulardan təşəkkül tapmış insan və heyvanın mənəvi həyatı da hərəkətlə bağlıdır. İnsanların və heyvanların hərəkətləri bütövlükdə kənardan müəyyən olunan mürəkkəb mexanizlərdir. Bununla belə, canlılar və cansızlar arsında fərq vardır. Belə ki, canlı mexanizlərin əvvəlki təssuratları saxlamağa kömək edən orqanları var. Eyni zamanda onların yeni təssüratları köhnə təssüratlarla müqayisə etmək qabiliyyətləri vardır.

Hobbsun marağının başlıca predmeti cəmiyyət və dövlət nəzəriyyələri məsələsi idi. Dövlətin mənşəyi və mahiyyəti məsələlərinə həsr olunmuş “Leviafan” əsərində Hobbs dövləti hüquqi kilsə doqmatizmindən deyil, təbiət aləminin bir hissəsi kimi baxılan insanın təbiətindən çıxış edərək izah etməyə çalışan Yeni dövrün alimlərindən idi. O, dövləti onun əsas elementlərinə bölməyə çalışırdı, bu elementləri isə sadə təbiət qanunları ilə izah edirdi. Nəticədi o, insan cəmiyyətinin iki vəziyyətini: təbii və ictimaini fərqləndirirdi. Birincidə insanlar özünü qoruma təbii qanununu rəhbər tutaraq fəaliyyət göstərirlər. Insanlar dövlətin və mülkiyyətin olmadığı təbii bir vəziyyətdə yaşayırdılar. Burada hüquq güc ilə üst-üstə düşür, bunun da nəticəsində “hamının hamıya müharibə vəziyyəti” təbii vəziyyətdir. Lakin bu müharibə özünü qorumağa cəhdə ziddir. Ona görə də hamı sülh axtarmalıdır, bunun üçün isə hər bir adam hər şeyə olan hüququndan əl çəkməlidir və bununla öz hüququnun bir hissəsini başqalarına verməlidir. Bu, müqavilə vasitəsi ilə baş verir; müqavilənin bağlanması isə cəmiyyətin ictimai (vətəndaş) vəziyyətinin yaranması demək idi. Belə ki, ən yetkin iradə formasına malik olan dövlət yaranır ki, Hobbs da bunu mütləq monarxiya adlandırırdı. Dövlətin qeyri-məhdud hakimiyyətini o yanız adamların davranışına deyil, həm də onun baxışlarına - dini, əxlaqi və hətta elmi-şamil edir. Kilsə hakimyyəti dünyəvi hakimiyyətə tabe olunurdu.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə