M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Şüurun ictimai təbiəti və mənbələri



Yüklə 0,71 Mb.
səhifə137/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   133   134   135   136   137   138   139   140   ...   184
muhazire FELSEFEyeni

Şüurun ictimai təbiəti və mənbələri

Şüurun mahiyyətindən danışmazdan əvvəl qeyd edək ki, insanın şüuru fəaliyyətinə onun fikirləri, duyğuları, təsəvvürləri, hissləri, iradəsi, xarakteri və s. daxildir.

İnsanın şüuru onun psixikasının bir hissəsidir, çünki psixika şüurdan əlavə şüuraltı və qeyri-şüuri prosesləri də ehtiva edir. Psixika - orqanizmin xarici gerçəkliyin hissi və ümumiləşdirilmiş obrazlarını yaratmaq və onların tələblərinə uyğun şəkildə cavab vermək qabiliyyətidir. İnsan psixikası dedikdə onun daxili, subyektiv aləminə mənsub olan hadisələr sistemi, şüuri proseslər dedikdə insanların təfəkkür və iradəsindən keçən psixi hadisələr və fəaliyyət növləri nəzərdə tutulur. Şüuraltı hadisələr isə insan təfəkkürünün nəzarətindən kənarda qalan və buna görə də kifayət qədər nəzarət oluna bilməyən mənəvi hadisələrdir.

Şüurun nə olduğunu izah etmək üçün onun materiyaya, obyektiv reallığa münasibətini aydınlaşdırmaq lazımdır. Aləmin rəngarəng hadisələrini maddi və ideal hadisələrə ayırmaq olar. Maddi hadisələr obyektiv surətdə, insandan kənarda və ondan asılı olmadan mövcud olub "materiya" anlayışında ümumiləşdirilmişdir. Maddi hadisələrdən fərqli olaraq ideal, mə"nəvi hadisələr ikinci, maddi hadisələrdən törəmə olub "şüur" anlayışında ifadə olunurlar. Şüur anlayışı prinsip e"tibarilə maddi komponentləri ehtiva etmir. Bununla yanaşı, bu anlayışı tə"yin etmək, şüurun nə olmasını aydınlaşdırmaq yalnız ona görə mümkün olur ki, materiya və şüurun ümumi cəhətləri vardır. Bunsuz materiya və şüur heç bir münasibətdə ola bilməzdi.

Materiya və şüurun münasibətində iki məsələni - şüurun beynə münasibəti ilə, şüurun maddi aləmə münasibətini bir-birindən fərqləndirmək lazımdır. Şüurun beynə münasibəti məsələsi şüurun ontoloji aspekti adlanıb bundan ibarətdir ki, şüur yüksək təşəkküllü materiyanın - insan beyninin xarici aləmi özündə əks etdirmək kimi ayrıca bir xassəsidir. Bu mə"nada şüur beyindən ayrılmazdır. Müasir fiziologiya müəyyən etmişdir ki, bütün psixi fəaliyyətin əsasını beyində və xüsusilə onun böyük yarımgürəciklərinin qabığında baş verən müəyyən maddi proseslər, o cümlədən fizioloji, biofiziki, neyrodinaraik proseslər təşkil edir. Predmet və hadisələr insana tə"sir edərək onun beynində müəyyən maddi proseslər yaradır və bu zaman şüur həmin maddi proseslərin daxili halı kimi, ideal proses kimi meydana gəlir.

Elm və praktika inandırıcı şəkildə sübut edir ki, insan beyni onun psixi fəaliyyətinin orqanıdır. Beyin inikas funksiyasını həyata keçirən və daima təkmilləşən mürəkkəb sistem, incə və həssas aparatdır. İnsan beyninin böyük yarımgürəcikləri təxminən 20 milyard əsəb hüceyrəsindən təşkil olunmuşdur. Məlum olduğu kimi, sistemin mürəkkəblik dərəcəsi təkcə onun elementlərinin zəngiliyi ilə deyil, həm də əlaqələrinin sayı ilə müəyyən olunur. Bu baxımdan insan beyni nəhəng, praktiki olaraq saysız-hesabsız funksional əlaqələri nümayiş etdirir. Beynin fəaliyyətindən xaricdə şüur mövcud deyil. Şüur beynin daxili halı, onun funksiyasıdır, lakin bununla belə şüur idealdır və ona fıziki xarakteristikalar isnad verilə bilməz.

Psixofiziologiya, fiziologiya, ali əsəb fəaliyyəti fiziologiyası və başqa elmlərin eksperimental mə"lumatları təkzibedilməz faktlarla sübut edir ki, şüur beyindən ayrılmazdır, şüuru materiyadan ayırmaq mümkün deyil. Ozünün mürəkkəb biokimyəvi, fizioloji, neyrodinamik əsəb prosesləri ilə birlikdə götürülən beyin öz xassəsi olan şüurun daşıyıcısı, onun maddi substratıdır.

Qeyd etmək lazımdır ki, şüurun beynə münasibəti onun mürəkkəb təbiətini açmaq üçün də kifayət deyil. Şüurun spesifik xüsusiyyəti onun qnoseoloji aspektində, insan beynindən kənarda mövcud olan maddi aləmə münasibətində daha qabarıq meydana çıxır. Maddi aləmə münasibətdə şüur onun insan beynində ali, məqsədəuyğun, funksional, sosial inikasıdır. Subyektiv reallıq olan şüur obyektiv reallığın insan beynində ideal in"ikasıdır. Gerçəkliyi adekvat, doğru, düzgün əks etdirən şüur maddi aləm ilə, əks etdirdiyi predmet və hadisələr ilə eynilik təşkil etmir. Fikrimizdə, təsəvvürümüzdə mövcud olan, qavradığımız dünya ilə gerçək dünya heç də eyni şey deyildir. Şüur maddi dünyanın obrazı, şəkli, inikası olub, mahiyyəti etibarilə idealdır. Onda cisim dəyişdirilmiş şəkildə, ideal formada əks olunur. Obraz, inikas həqiqidirsə, maddi olanı doğru əks etdirirsə, deməli, məzmunu etibarilə obyektivdir. Lakin bununla belə o, maddi ilə eyni olmayıb, ona nəzərən ikinci və ondan törəmədir. Şüurun bütün formaları ideal olub, insanın mə"nəvi dünyasını təşkil edir.

Şüur anlayışına obyektiv aləmin müxtəlif inikas formaları daxildir. Buraya insanı gerçək aləmlə bilavasitə əlaqələndirən elementar inikas formalarından (duyğu, qavrayış, təsəvvür) tutmuş beynin yüksək məhsulu olub, cisim və hadisələrin dərin mahiyyətini, onların qanunauyğun əlaqələrini əks etdirən abstrakt təfəkkürə qədər hər şey (anlayış, mühakimə, əqli nəticə) daxildir. Bundan belə bir nəticə çıxır ki, şüur və abstrakt təfəkkür eyni mə"nalı deyil. Abstrakt təfəkkür şüurun təzahür formalarından yalnız biri, onun yüksək dərəcəsidir. Lakin şüurun bütün elementləri bir-birilə əlaqədardır. Duyğu, qavrayış, təsəvvür fikrin mənbəyidir. Bunlarsız fikir yoxdur. Bununla belə duyğu da, qavrayış da fikri xarakter daşıyır. Beləliklə, özünün bütün aspektlərində - istər beynin xassəsi kimi, istərsə də obyektiv reallığın beyində inikası kimi şüur öz təbiəti etibarilə idealdır.

Şüurun meydana gəlməsini və inkisafını təmin edən xarici və daxili amillər determinatorlar adlanır. Şüurun xarici determinatorları təbiət və cəmiyyətdir. Buna görə də şüurun məzmununa təbiət və cəmiyyət haqqında fikirlər daxildir. Bu mə"nada şüur obyektiv aləmin subyektiv obrazıdır.

Şüur yalnız insana məxsus hadisə olub, müəyyən ictimai həyat şəraitində meydana gəlmişdir. Məhz əməyə əsaslanan ictimai həyat insanı və onun şüurunu yaratmışdır. Buna görə də insan şüurunun məzmununun bir hissəsini ictimai hadisələrin inikası təşkil edir. Beləliklə, insan beyninin funksiyası olan şüur, həm də ictimai praktikanın məhsuludur. Bu o deməkdir ki, cəmiyyətdən həmişəlik təcrid olunmuş adamda şüur ola bilməz.

Şüurun başlıca funksiyalarından biri insanın davranış və hərəkətlərini tənzimləməkdir.

Deyilənlər göstərir ki, yüksək dərəcədə təşəkkül tapmış materiyanın, yəni insan beyninin xarici aləmi psixi əks etdirmək xassəsi kimi yaranan şüur materiyanın uzun sürən təkamülünün nəticəsi, ictimai inkişafın məhsuludur.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə