M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə139/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   135   136   137   138   139   140   141   142   ...   184
muhazire FELSEFEyeni

8.9. Şüur və kibernetika

Şüurla materiyanın münasibətini nəzərdən keçirərək şüurun materiyanı əks etdirdiyini gördük. Lakin şüur materiyanı sadəcə əks etdirməyib, həm də ona əks tə"sir göstərir, hətta onu "yaratmaqla" yaradıcı xarakter daşıyır. Şüurun yaradıcı xarakterinə ən bariz misal bu ola bilər ki, şüuran köməyi ilə insanlar onun özünün yaranması və fəaliyyət mexanizmini öyrənmək əsasında insan beyninin fəaliyyatini modelləşdirir, onun bəzi funksiyalarını yerinə yetirən, insanın yalnız fiziki fəaliyyətini deyil, həm də intellektual faliyyətini həyata keçirən kibernetik maşınlar yaradır. Öz-özünü tənzimləyən mürəkkəb dinamik sistemlər haqqında elm olan kibernetikanın nailiyyətləri əsasında yaradılan həmin maşınların köməyi ilə mürəkkəb və sürətli riyazi hesablamalar aparılır, bir dildən başqasına tərcümələr edilir, gələcək hadisələr proqnozlaşdırılır və s. Bununla əlaqədar olaraq belə bir sual meydana çrxır: düşünən maşın yaratmaq mümkündürmü? Bu suala cavab verməzdən əvvəl "maşın" anlayışının özünü dəqiqləşdirmək lazımdır. Maşın dedikdə, adətən müəyyən məqsədə doğru aparan hər hansı bir əməliyyatı icra etməyə qabil olan mexaniki sistem nəzərdə tutulur. Bu mənada həm insan, həm də canlı varlıqlar maşındır. Müəyyən məqsədə doğru aparan fəaliyyəti maşınlar deyil, onları icad edən insanlar həyata keçirir. Düzdür, maşınla insanın ümümi cəhətləri də çoxdur. Hələ XVIII əsrdə fransız filosofu Lametri insanı mürəkkəb, öz-özünə qurulan saat mexanizminə oxşadırdı. Buxar maşını ixtira olundaqdan sonra insanı buxar maşını ilə, bizim zəmanədə isə insanı elektron - hesablayıcı maşınlarla eyniləşdirənlər də tapılır. Lakin maşınla insanın oxşarlığına mütləq məna vermək olmaz. İnsan yalnız sosial qanunlar əsasında yaşayır, o hətta ən yüksək təşəkküllü heyvanlardan fərqlənən sosial varlıqdır. İnsan orqanizmi maşına xas olan bir sıra funksiyalara malikdir. İnsan beyninin apardığı əməliyyatlar ilə kibernetik maşınların icra etdiyi əməliyyatlar arasında da az oxşarlıq yoxdur. Lakin hər iki halda maşın maşın olaraq qalır, onun insanla oxşarlığı heç də onların eyniyyəti demək deyil. Maşın insan fəaliyyətinə xidmət edən, onun məqsəd və iradəsini reallaşdıran təbii materialdır. Bu və ya digər sistemlər yalnız insan əlində, həm də cəmiyyətlə əlaqədar olaraq maşın rolunda çıxış edə bilərlər. Bəs onda kibernetik maşınlar necə olsun? Axı kibernetik sistemlər nisbi müstəqil fəaliyyətə, hətta özlərini proqramlaşdırma qabiliyyətinə malikdir. Lakin bu heç də o demək deyil ki, kibernetik maşınlarm yaradılması ilə insanla maşın arasındakı fərq aradan qalxmışdır. Kibernetik maşın idarə olunan, daha dəqiq desək, qavrayışların və informasiyaların işlənməsi əsasında fəaliyyət göstərən, özünü idarə edən sistemdir. Belə maşınların fəaliyyətinin başlanğıc mərhələsini xarici obyektlər haqqında maşına nıüxtəlif yollarla ötürülən informasiyaların toplanması təşkil edir. İkinci mərhələni sistemin idarə olunması proqramının yaradılması, sonuncu mərhələni isə qəbul olunmuş idarəetmə proqramının reallaşdırılması təşkil edir. Maşın nə qədər sərbəst işləsə də, o, müstəqil və ya dolayı yolla insanla bağlıdır. İnsan burada da qəti qərar qəbul edən komandir vəzifəsini yerinə yelirir. Maşın üçün proqramı məhz insan tutur. Maşın elə bir sistemdir ki, apardığı əməliyyatlar onun özü üçün heç bir bioloji və ya sosial məna kesb etmir. Buna əsaslanaraq demək olar ki, idarəetmə funksiyalarını özü-özlüyündə maşın deyil, onu yaradan və proqramlaşdıran insan həyata keçirir. Kibernetik maşına emosiya, intuisiya, təxəyyül, fantaziya yaddır. Onda məhəbbət, nifrət və digər bu kimi hisslər yoxdur və ola da bilməz. Maşın əslində insan təfəkkürünün yalnız məntiqi aspektini yenidən hasil edir. Halbuki real insan təfəkkürü məntiqi elementlə yanaşı, emosional, intuitiv, hissi-obrazlı, iradə və digər elementlərə də malikdir. Bütün bunlar mürəkkəb idrak məsələlərinin həllində kibernetik qurğuların imkanlarının məhdudluğuna dəlalət edir. Doğrudur, maşın bu və ya başqa sahədə müəyyən proqram üzrə məsələnin daha optimal həllini tapa bilər. Lakin bunu o, şüurlu surətdə deyil, "sınaqlar və səhvlər" metodu ilə edir. Lakin elə məsələlər vardır ki, onlar çoxlu sayda həlləri fərz edir və optimal həllə çatanadək nə qədər vaxt tələb olunduğu mə"lum olmur. Məsələn, şahmat üzrə keçmiş dünya çempionu M. Botvinnik aydınlaşdırmışdır ki, şahmat oynayan kibernetik maşına o qədər variantları yoxlamaq lazım gəlir ki, o artıq ikinci gedişdən sonra seytnot vəziyyətinə düşür. Ağ fiqurların şah və topu ilə qara fiqurların şah və topuna qarşı on gedişi fərz edən məsələnin həlli üçün üç kvadrilyon əməliyyat tələb olunur. Bu hətta ən mükəmməl maşınlar üçün mümkün deyildir. Təcrübəli şahmatçı isə bu məsələni xeyli sürətlə həll edir, zira o, bütün variantları deyil, ancaq onlardan məqsədə sürətlə aparan bəzilərini sınaqdan keçirir. Bu, onu da göstərir ki, heç bir kibernetik maşın insan beynini bütünlüklə əvəz edə bilməz və belə maşın yaratmaq qeyri-mümkündür, çünki insan beyninin fəaliyyəti uzun təkamülün nəticəsi, ictimai inkişafın, mədəniyyətin məhsulu olub, sosial həyatla bağlıdır. Maşında isə ancaq mexaniki və fiziki, qismən də kimyəvi hərəkət baş verir, sosial hərəkətə keçmək üçün bioloji hərəkətdən keçmək lazımdır. Maşın isə cansızdır, onda bioloji və sosial hərəkət yoxdur.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə