M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə14/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   10   11   12   13   14   15   16   17   ...   184
muhazire FELSEFEyeni

Con Lokk təcrübəni bütün ideyaların yeganə mənbəyi hesab edirdi, xarici və daxili təcrübələri fərqləndirirdi. Buna uyğun olaraq o, bizim ideyaların iki emprik mənbəyini - duyğu və refleksiya - göstərirdi. Duyğu ideyası - bizim bütün ideyaların əsas fondudr. Onlar bizdən xaricdə olan şeylərin hiss orqanlarına təsirindən yaranır. Refleksiya ideyası isə, bizim əqlimizin, hisslərimizin daxili vəziyyətini və fəaliyyətini nəzərdən keçirərkən daxilimizdə yaranır.

Metafizik metodun yaradılmsında Lokkun böyük rolu olmuşdur, ancaq onu da qeyd edək ki, bu metodun elementləri fəlsəfənin bütün əvvəlki inkişafı gedişində özünü göstərirdi.

Lokka görə, təcrübədən əldə edilmiş ideya hələ biliyin özü deyil, yalnız bilik üçün materialdır. Bilik əldə etmək üçün bu materialın müəyyən dərəcədə təkmilləşməsi lazımdır və bu da müqayisə, uyğunlaşma və ayrılma (və ya abstraksiya) vasitəsilə həyata keçir. Bunların vasitəsilə daxilimizdə sadə ideyalar mürəkkəb şəklə düşür. Lokk bilik üçün əhəmiyyətlərinə görə ideyaları üç qrupa bölür:1) real (və ya fantastik); 2) adekvat (və ya qeyri-adekvat); 3) həqiqi (və ya yalan). Real ideyaların təbiətdə əsasları var, onlar şeylərin gerçək mahiyyətinə uyğundurlar. Adekva ideyalar ayrıldıqları nümunələri təmsil edirlər. Bütün sadə ideyalar adekvatdır. Lokka görə, həqiqi və yalan ideyalara deyil, təkliflərə (mühakimələrə) aiddirlər. Həqiqət həmişə təsdiq inkarı tələb edir.

Eyni zamanda qeyd etmək lazımdır ki, Lokk iki növ biliyi - şübhəsiz, dəqiq və doğru bilik və ehtimal və mülahizə olunan bilik - fərqləndirir. Filosof bütün mücərrəd biliyi şübhəsiz bilik hesab edir və dəqiqlik səviyyəsinə görə onu üç növə: seyr edən, əyani və hissi - bölür. Lokk emprik biliyi ehtimal bilik hesab edir; burada mühakimələr təcrübənin faktları ilə onların təsdiqinə əsaslanaraq sübut olunur.

Lokk eyni zamanda dövlət, dövlət hakimiyyəti və hüquq haqqında təlim işləyib hazırlamışdır. Onun bu təlimi XVII əsrin ən görkəmli nəzəriyyələrindən biri idi.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə