M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


İctimai psixologiya və ideologiya



Yüklə 0,71 Mb.
səhifə149/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   145   146   147   148   149   150   151   152   ...   184
muhazire FELSEFEyeni

İctimai psixologiya və ideologiya məsələsinə də diqqət yetirmək lazımdır. Şüurun adi və nəzəri səviy­yələrinin qarşılıqlı münasibəti ictimai psixologiya və ideologiyanın qarşılıqlı münasibətində özünəməxsus şəkildə dəyişir. İctimai psixologiya şüurun adi səviy­yəsinin qismən oxşarıdır, burada müxtəlif elmi və qeyri-elmi baxışlar və dəyərlər, estetik zövq və ideya, əxlaq və ənənə, meyl və maraq, fantaziyanın qəribə surətləri və sağlam fikrin məntiqi ifadə olunur.

İdeologiya-şüurun nəzəri səviyyəsinin qismən oxşarıdiır ki, burada müəyyən sinif, partiya mövqeyindən ictimai gerçəkliyin sistemləşdirilmiş qiyməti verilir. İdeologiyanın XVIII əsr siyasi hərəkat dövründə yaran­ması ilə bağlı geniş yayılmış fikrə baxmayaraq, belə düşünürük ki, o dövlət və siyasi partiyalarla eyni vaxtda meydana gəlmişdir. Öz maraqlarını müdafiə edərək onlar özlərinə uyğun gələn ideyaları generasiya edirlər. Məgər Platon və Aristotelin bir az sonra Seneka, Siseron və başqalarının fəlsəfi baxışlarında dünyagörüşünün bir aspekti kimi müəyyən ideologiya öz yerini tutma­mışdırmı? İdeologiyada ictimai qrupların siniflərin təcrübəsi yığılır, onların ictimai-siyasi vəziyyətləri və məqsədləri qısa və dürüst ifadə edilir, nüfuzlu ideyalar sistemi qurulur. Şüurun spesifik nəzəri forması kimi ideologiyanın mühüm xassəsi ondan ibarətdir ki, ictimai psixologiya kimi gerçəkliyi məqsədin bilavasitə deyil, dolayısı, bilvasitə əks etdirir, özünün kateqoriyalar instrumentarisini işləyib hazırlayır ki, özünə xas olan mücərrədliklə sanki gerçəklikdən uzaqlaşır, bunun da nəticəsində ideologiyanın öz-özünə yaranması sxolostik nəzəriyyəyə yuvarlanmaq qorxusu yaranır. İdeologiya xəyali və yalan, mütərəqqi və mürtəce, humanist və insanlara nifrət ruhunda ola bilər. Hər şey onun məz­munundan və onu doğuran, qidalandıran və xalq kütləsinin şüuruna yeridən ictimai-tarixi kontestdən asılıdır. Məsələn, ictimai ədalətin yüksək prinsiplərini təsdiq edən kommunist ideologiyası son anda cəmiyyət və şəxsiyyət üçün məhvedici mifologiya formasına çevrildi ki, bu da ictimai şüurun bütün formalarına ilk növbədə ictimai elmlərə, ədəbiyyat və incəsənətə, fəlsəfəyə mənfi təsir göstərdi. Onları pis günə düşmüş ictimai varlığın məddahlarına çevirdi. Əlbəttə məsələ yalnız ideologiyanın yalanında və onun təbliğində deyil. Gerçəkliyin özü yalan idi: biz utopiyanı reallaşdırmaq istəyirik, ancaq həyatın özünü utopiyaya çeviririk.

”İdeologiya” termini mahiyyətcə iki fərqli mənalarda işlədilir. Birinci məna “ideologiya” sözünün etimologiyası ilə müəyyən olunur. Onun kökü “ideya”dır ki, artıq Platonun vaxtında bu söz ilk surət, yəni nə isə öz-özünə mövcud olan mənasını verirdi. Elə buradan da “ideo­logiya” termini aparıcı, rəhbər ideya, bir növ bizim həyata keçirmək istədiyimiz fikirlər mənasında işlədilmişdir. Bu mənada ideologiya tənzimləyici gücə malik olan nəzəri və ya praktiki vəzifələrin bu və ya digər həlli yollarını axtaran və dünyagörüşlə, xüsusən, dəyərli oriyenta­siyalarla, əqidələrlə, başlıcası isə biliklərlə, etibarlılıqla bağlı əqidələrlə sıx baglı olan metodoloji prinsip kimi çıxış edir.

Siyasətə tətbiq edərək “ideologiya” hakimiyyəti ələ keçirməyin müəyyən yoluna istiqamətlənmiş siyasi inam və əqidə sistemi mənasını verir. Burada həm qabaqcadan hasil olunmuş yanlış qənaətə əsaslanan fikirlər, həm də yalan ideyalar ola bilir; məsələn, faşist və hər cür ekstremist partiya və hərəkatların ideologiyası. Bu mənada ideologiya hər hansı məqsədə çatmaq üçün bütün qəbul olunmuş vasitələrin məcmusu kimi çıxış edir. Siyasi ideologiya öz təsbit olunmuş ifadəsini ilk növbədə siyasi partiyaların proqram və nizamnaməsində, dövlət kons­titusiyasında, siyasi və dövlət xadimlərinin nəzəri əsər­lərində tapır. Burada ideologiya siyasi şüur kimi feno­menlə sıx bağlıdır.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə