M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə15/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   11   12   13   14   15   16   17   18   ...   184
muhazire FELSEFEyeni
1
Con Berklinin konsepsiyasının başlanğıc nöqtəsi Lokkun birinci və ikinci keyfiyykəti fərqləndirməsi oldu. Əgər Lokk birinci keyfiyyətin obyektiv mövcudluğunu qəbul edirdisə də, Berkli bütün keyfiyyətləri ikinci hesab edirdi. Berkli belə qənaətə gəlir ki, ideya yalnız insanın hisslərində mövcuddur. Onlar heç vaxt bizdən kənarda olan və adətən, haqqında düşünülən şeyərin əsli ola bilməz. İdeya yalnız ideyaya oxşayır, o başqa heç nəyə oxşaya bilməz. O, materiyanın mövcudluğunu inkar edir və yalnız “ideya” və “hissi” fərqləndirən insan şüurunun mövcudluğunu qəbul edir. Ideya- bizim subyektiv qavrayışımıza verilən keyfiyyətdir, hiss isə- mənəvi fəaliyyətinin qeyri-maddi subyektinin fəaliyyətini qavrayandır. Berklinin fikrincə, ideya passivdir, hiss isə, əksinə, fəaldır. O qeyd edir ki, “ideya” anlayışına “şey” an­layışına nisbətən üstünlük vermək lazımdır.

Berkliyə görə, bütün şeylər yalnız “bizim duyğularımızın kompleksidir”. Onların mövcudluğu bizim şüurumuzun birmənalı şəkildə verdiyi şeylərdir.

Berklinin fəlsəfi konsepsiyasına onun təbii-elmi təfəkkürə münasibəti tam uyğun gəlir. İlk növbədə, o, həmin dövrün mexaniki təbiətşünaslarının istinad etdikləri səbəbiyyət konsepsiyasını inkar edir. Berklinin qəbul etdiyi yeganə səbəb- mənəvi səbəbdir. Onun məkana və zamana baxışları Nyutonun fizikasına tam əksdir. O, məkanı yalnız müəyyən hissi qavrayışın spesifik qaydaya salınması hesab edir; zaman isə onların qarşılıqlı ardıcıllığının ifadəsidir. Ümumdünya cazibə qüvvəsinə gəldikdə isə o, Berkli tərəfindən teoloji mövqedən şərh olunur.

Berkli möhkəm əqidəli mühafizəkar idi. O, dövlətin ilahi mənşəyə və mahiyyətə malik olduğu konsepsiyasından çıxış edir. Berkliyə görə, hakimiyyət şəxsi məafeyə və hər adamın hüququna toxunsa belə, ona itaət edilməlidir. O, qeyd edirdi ki, qanun ona görə belədir ki, o, ilahinin iradəsindən irəli gəlir.

Berklinin bütün əsərlərindən göründüyü kimi, hər bir insan cəmiyyətini birləşdirən din haqqında fikirlər var.

Berklinin müasiri, onun təsirini öz üzərində hiss edən, Berklidən fərqli olaraq skeptik, aqnostik David Yum fi biliyin vəzifəsini varlığın adekvat dərk olunmasında deyil, praktiki fəaliyyəti müəyyən istiqamətə yönəltmək üçün rəhbərlik etməyə qadir olmaqda görürdü. O, dəqiq biliyin yeganə predmetini riyaziyyatın obyektlərini - kəmiyyət və rəqəm- hesab edirdi. Tədqiqatın bütün digər obyektləri yalnız əlaqə faktlarına aiddirlər, bunlar məntiqi sübut oluna bilməzlər, sırf təcrübədən çıxarılırlar.

Yum skeptisizmin prinsiplərinin şərhinə uyğun olaraq özünün varlıq, kosmologiya, psixologiya, idrak nəzəriyyəsi, etika haqqında təlimini qurur. O, ontologiyada substansiya kateqoriyasının mövcudluğunu inkar edir. Substansiya ideyasını ayrı-ayrı keyfiyyətlərin məcmusu ideyasına gətirib çıxarır. Yum kosmologiyada fəlsəfənin ikişafı ilə irəli sürülən bütün kosmoloji sistemləri tənqid edir. Etikada o, utilitarizm nəzəriyyəsini inkişaf etdirir, faydalılıqda bizim mənəvi işlərimizin meyarını görür. Din fəlsəfəsində o hər cür müsbət din adlanan dini, Allah haqqında fəlsəfi təlimi rədd edir. Yuma görə, din əxlaqın əsası ola bilməz. O, mövhumatın xüsusi təzahürləri üzərində xususilə dayanır.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə