M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə151/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   147   148   149   150   151   152   153   154   ...   184
muhazire FELSEFEyeni

Siyasi şüur. Qədim dövrdə dövlət və dövlət hakimiyyəti yeni hadisələrin dərk edilməsində olan ictimai tələbat kimi meydana gəlmişdir. Şüurun siyasi forması və ya siyasi ideologiya – siniflərin, millət və dövlətin köklü maraqlarını ifadə edən ideyaların məcmusudur. Vətən­daşların siyasi əhval – ruhiyyəsi həmin cəmiyyətin iqtisadi və dövlət quruluşu ilə müəyyən olunur. Siyasi ideologiya siyasi partiyaların və dövlətin fəaliyyəti ilə yetişir və reallaşır. Siyasət, siyasi mübarizə amiranə surətdə varlığın bütün sahələrinə zorla daxil olub, şüurun bütün formalarına nüfuz edir. Bu siyasətçi – peşəkarın qapalı fəaliyyət sahəsi deyildir. Əslində, ibtidai-icma quruluşu istisna olmaqla, istənilən cəmiyyətin həyatına siyasi maraqlar, siyasi mübarizələr hopmuşdur. Siyasət özündə ictimai ziddiyyətlərin gərginliyini cəmləşdir­mişdir. O, bütün birləşmə və ayırmaların, əməkdaşlıq və toqquş­maların əsasıdır.

Cəmiyyətin siyasi şüurunda, bir tərəfdən adamların bilavasitə praktiki fəaliyyətləri arasında qurulan qarşılıqlı münasibətlərin, digər tərəfdən isə, bu fəaliyyətlərin məcburən getdiyi ictimai – nizama salınmış şəraitin onun tərəfindən başa düşülməsi əks olunur. Adamların praktiki fəaliyyətinin bilavasitə maraqlarının təzahürü olmaqla siyasi şüur cəmiyyəti həyatının ictimai – iqtisadi əsasını daha qabarıq və aydın formada əks etdirir. İqtisadi maraqlara bilavasitə yaxınlığı siyasi şüurun spesifikliyidir.



Siyasi maraqlar obyektivdir və ona görə də hər bir adama toxunur, həм açıq ifadə olunmuş və şüurlu, həm də gizli, üstüörtülü formada olur. Siyasi laqeydliyə çağırış adətən, nisbətən виrəvan olan ictimai təbəqələr tərəfindən həyata keçirilir və buna görə də konservatizmin (mühafizəkarlığın) açıq formasıdır. Bütün cəmiyyətin həyatı (ibtidai icma quruluşu istisna olmaqla) özündə ən kəskin ictimai ziddiyyətləri cəmləşdirən siyasi maraqlarла mayalanmışdır. Məhz siyasi maraqlar bütün fəal ictimai biliklərin, xüsusən də ictimai toqquşmaların əsası olmuşdur. Bu mübarizədə hər şey – həm elm, həm din, həm də fəlsəfə - siyasi şüurun obyekti ola bilər. Onların hamısı ideoloji diskussiya sahəsinə cəlb oluna bilərlər. Yalnız cəmiyyətin ictimai - iqtisadi deyil, həm də mənəvi həyatı müəyyən dərəcədə siyasi maraqlardan asılıdır.

Siyasi şüurun güclü təsiredici qüvvəsi ondan ibarət deyil ki, guya yalnız o və məhz o insanın bütün mənəvi cəhdi ilə hərəkət edir – insan bu sadələşdirilmiş təqdi­matda eqoist maşına çevrilir – hər bir mədəniyyət hadisəsi ictimai həyata daxil olarkən başqa adamlar tərəfindən siyasi məqsədlər üçün mütləq istifadə olunur.

Fəlsəfi fikrin bütün inkişaf tarixi özünü müxtəlif növlərin arasındakı mübarizə kimi təqdim etmişdir. Çox vaxt bu mübarizə o qədər kəskin xarakter kəsb edir ki, adamları tonqalda yandırır, türməyə salır, katorqaya, sürgünə göndərirlər. Ona görə belə bir baxış kökündən səhvdir ki, guya filosoflar bizi əhatə edən işlərdən, insanların, siniflərin, partiyaların praktiki, siyasi maraq­larından – uzaq dayanır və biliyi yalnız bilik xatirinə müdafiə edir. Diogen boçkaya girən kimi onlar da öz otaqlarına çəkilirlər.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə