M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə152/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   148   149   150   151   152   153   154   155   ...   184
muhazire FELSEFEyeni

Elm, incəsənət, fəlsəfə, din – hamısı siyasi müba­rizə tufanına elmi kəşflərin və ya texniki nailiyyətlərin sülh və ya mübarizə işinə kömək etməsi – bu siyasi məsələdir. İncəsənətin bu və ya digər məhsullarının hamısı məqsəd və işlərə xidmət etməsi, onların hansı hisslər oyatması – bu da siyasi məsələdir. Fəlsəfə xalqların elmi dünyagörüşünü formalaşdırırmı, onları parlaq ideala və əqlə, ədalətli dövlət quruculuğuna istiqamətləndirirmi, yoxsa yox – bu da siyasi məsələdir. Məgər filosof humanizminə, ictimai ədalətə və təcavüzkarlığa, millətlərarası düşmənçiliyə biganə qala bilərmi? Fəlsəfə öz mahiyyətinə, tarixi missiyasına görə siyasətdir: fəlsəfə müəyyən ictimai – siyasi funksiya yerinə yetirir. Əgər tarixə nəzər salsaq görərik ki, filosoflara ictimai hadi­sələrin nəbzini öz əllərində saxlamağa cəhd, yüksək vətəndaşlıq hissi xasdır. Bir çox görkəmli mütəfəkkirlər siyasi təlimlərin müəllifi olmuş, digərlərinin fəlsəfi sistemləri üçün siyasi fəlsəfə ayrılmaz tərkib hissəsi olmuşdur.

Siyasi təlimi və onun refleksi kimi siyasi fəlsəfəni fərqləndirmək lazımdır. Siyasi fəlsəfə, siyasi təlimləri fəlsəfi cəhətdən əsaslandırır və bununla fəlsəfə və siyasətin qarşılıqlı əlaqəsinin bir tərəfi əks olunur. Bu qarşılıqlı əlaqənin ikinci tərəfi – siyasət və siyasi təlimlərin fəlsəfəyə təsirindədir.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə