M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə153/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   149   150   151   152   153   154   155   156   ...   184
muhazire FELSEFEyeni

Hüquqi şüur-adamların qüvvədə olan hüquqa münasibətini, hüquq, vəzifə, qanunilik və qeyri qanunilik nöqteyi-nəzərdən adamların davranış həddini bilməyi ifadə edən baxış və anlayışdır; bu hüquqi nəzəriyyə, hüquqi ideologiyadır. Hüquqi şüur obyektiv ictimai münasibətlərin ideya ifadəsidir, öz növbəsində cəmiyyətdə hakim olan iqtisadi və ictimai münasibətləri əks etdirən hüquqi münasibətlər xarakterinə malikdir. Hüquq hüquqi şüurun formalaşmasına təsir edir: hüquqi şüur isə hüquqda və ədalət məhkəməsində reallaşır. Hüquq kimi hüquqi şüur da tarixən müəyyən iqtisadi əsasda yaranmış və inkişaf etmişdir və ictimai siniflər və dövlətlərin meydana gəlməsi ilə bağlıdır. Hüquqi şüur hüquq və qanuna hörmət etməyi bacarmaq, öz dövlət vəzifələrini və şəxsi vəzifələrini könüllü yerinə yetirmək, cinayət törətmədən öz həyatını qurmaqdır. Hüquqi şüurun əsasını şəxsi ləyaqət hissi, vicdan və iradənin daxili intizamı, vətəndaşların bir-birinə, hakimiyyətə, haki­miyyətin vətəndaşlara qarşılıqlı hörməti və inamı təşkil edir. Tarix cəmiyyətin yaxşı və mütərəqqi adamlarının hüquqi şüurunun hüququn qüvvədə olan normaları ilə kəskin ziddiyyətlərinin şahidi olmuşdur.

Hüquqi şüur sanki siyasi və əxlaqi şüur arasında aralıq vəziyyətdədir. Siyasi şüurdan asılı olaraq o dövlətə siyasi hakimiyyət uğrunda mübarizə kimi deyil, sözsüz tabeçiliyi tələb edən xarici nizama salma qüvvəsidir. Dövlətdən deyil insan özündən gələn və onun üçün mütləq əhəmiyyət xarakteri daşıyan, lakin qanun gücü olmayan əxlaq normalarından fərqli olaraq hüquqi şüurda haqq və ədalət anlayışları dövlət qanunu kimi düşünülür, onun pozulması üçün maddi təsirli sanksiya tələb olunmalıdır. Əgər hüquqda məcburetmə ünsürü yoxdursa, sözün əsl mənasında hüquq yox əxlaqi arzudur. Hüququn əxlaqın müdafiəsinя ehtiyacı var: əxlaqla daima qarşılıqlı fəaliy­yətdə olmayan hüquqi şüurun laxlayan, səbatsız əsası var. Lakin əxlaq hətta əla qanunlardan da yaxşı və inamlıdır- düşünənlər yanılmırlar. Gündəlik həyatda biz davranış qaydaları və normaları haqqında unuduruq, lakin onlar bizim üçün həmişə sarsılmazdır. Hüquqi şüur səviyyə­sində onlar parıldayır və dərk olunmuş nizamlayıcı kimi çıxış edirdilər.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə