M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə157/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   153   154   155   156   157   158   159   160   ...   184
muhazire FELSEFEyeni

Estetik şüur – mənəvi mədəniyyət fenomenidir. Bir çox mütəfəkkirlərin qeyd etdiyi və Hegelin müfəssəl açıqlamasına görə, əql hissiz ölüdür və iradəsiz gücsüzdür. Həqiqət və Xeyir gözəllik olmadan tam ola bilməz, o da öz növbəsində əqlin həqiqətə yaxınlaşdığı, iradənin xeyirə istiqamətləndiyi yerdə təzahür edir. Hegel yazırdı: “Mən əminəm ki, bütün ideyaları əhatə edən əqlin yüksək aktı estetik aktdır və həqiqət və xeyirxahlıq yalnız gözəllikdə bir-birinə tellərlə birləşir”. Estetik hislərə sahib olmadan heç bir sahədə mənəvi cəhətdən inkişaf etmək olmaz.

Estetik şüurun ayrılmaz aspekti estetik hissdir. Estetik hiss dünyanın gözəlliyindən zövq almağın işıqlı hissidir. İnsanın həyata emosional-estetik münasibəti həmişə gerçəkliyin hər hansı əhəmiyyətli tərəfinin açılmasıdır. Estetik hiss mənəvi həyəcanların, təəs­süratların ali formasına aiddir. Onlar ətraf gerçəkliyin hadisələrinin, incəsənət əsərlərinin qavranılmasında ən gözəl anlayışı şüurlu və ya şüursuz əldə rəhbər tutmaq bacarığını güman edirlər. Estetik hiss əxlaqı və idrakı hisslərlə vəhdətdə yaranır və onlarla birlikdə zənginləşir. Estetik hiss əz predmet məzmununu ümumiləşdirmək səviyyəsinə görə konkret (məsələn, bu və ya başqa bədii əsərə olan hiss) və mücərrədə (faciəli, uca hisslər)bölünür. İnsan mülayim, mötədil zövq almaq hissindən estetik heyranlığa qədər bir sıra pillə keçə bilər.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə