M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


XVII-XVIII ƏSLƏRDƏ FRANSIZ FƏLSƏFƏSi



Yüklə 0,71 Mb.
səhifə16/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   12   13   14   15   16   17   18   19   ...   184
muhazire FELSEFEyeni

XVII-XVIII ƏSLƏRDƏ FRANSIZ FƏLSƏFƏSi
Rene Dekard sistematik olaraq qeyd edirdi ki, yeni tipli fəlsəfə zəruridir, özü də elə fəlsəfə ki, o, insanlara praktiki işlərində kömək etsin, onlar təbiətin ağasına çevrilə bilsinlər. Dekartın bu fikrinin Bekonun ideyaları ilə nə qədər həmahəng olduğunu qeyd etməklə göstərmək lazımdır ki, Dekartın fikrincə, yeni fəlsəfəni onun özündə və yaxud “dünyanın dahi kitabında” axtarmaq lazımdır. Əsl fəlsəfə həm özünün nəzəri hissəsi, həm də metoduna görə vahid olmalıdır.

Dekart əqli dünyanı tam dərk etmək bacarığına malik olmayan hisslərə nisbətən daha yetkin və mühüm vasitə hesab edirdi. Dekart üçün yetkin adam- ideyaları naminə öz hisslərinə qalib gəlməyi bacaran ağıllı məxluqdur.

Dekart idrak prosesində deduk­siyaya müstəsna rol ayırır, aksiomanı isə bütün elmlərin başlanğıc vəziyyəti hesab edir. “Fikirləşirəm, deməli möv­cudam” - həqiqi biliyin yüksələn quruluşunun əsası budur. Dekart belə hesab edirdi və onun təliminin bu hissəsini xüsusilə qeyd etmək vacibdir.

Dekart hisslərin bədənlə əlaqəsi prinsipinə əsaslanaraq, Yeni dövrün filosoflarının öncülləri sırsında, gözəlliyi - insanın xarici aləmlə birbaşa hissi əlaqəsinin nəticəsi kimi şərh etmişdir.

Dekartın fəlsəfi dünyagörüşünün əsas xüsusiyyəti- ruh və bədənin düalizmidir. O, bir-biridən asılı olmayan iki başlanğıcı: qeyri-maddi və maddi substansiyanı qəbul edirdi. Qeyri-maddi substansiyanın əsas xassəsi- təfəkkür, maddinin isə - uzunluqdur (məsafədir). Filosof planetlər sisteminin təbii inkişafı haqqında və hətta təbiət qanunlarına uyğun olaraq Yerdə həyatın inkişafı haqqında fərziyyə irəli sürür. O, heyvanın və insanın bədəninə mexaniki hərəkət qanununa tabe olan mürəkkəb maşın kimi baxırdı.

Dekart fəlsəfə tarixində düalizmin banisi və xarakterik nümayəndəsi kimi tanınmışdır. O, bir tərəfdən materiyanın obyektiv reallığını qəbul edir və onun yeganə atributunu cismanilikdə, məkanda yer tutmaq qabiliyyətində görür, digər tərəfdən isə ruhi substansiyanın (ruhun) əzəliliyini qəbul edir və təfəkkürü onun yeganə atributu hesab edirdi. Belə ki, Dekarta görə insan hər iki substansiyanın mexaniki birləşməsindən ibarətdir.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə