M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


M. 13. İDRAK. Elmi idrak, onun forma və metodları



Yüklə 0,71 Mb.
səhifə170/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   166   167   168   169   170   171   172   173   ...   184
muhazire FELSEFEyeni

M. 13. İDRAK. Elmi idrak, onun forma və metodları
İnsanın ətraf aləmdə düzgün istiqamət götürməsi gerçəkliyin şüurda yenidən hasil edilməsini, cisim və hadisələrin beyində adekvat inikasını tələb edir. Öz mahiyyəti etibarilə dünyagörüşü problemi olan bu problem idrak nəzəriyyəsi və ya qnoseologiya adlanır.

İdrak nəzəriyyəsi fəlsəfə ilə birlikdə meydana gəlmiş və hər bir fəlsəfi sistemin ayrılmaz tərkib hissəsi olmuşdur. Qədim yunan fəlsəfəsində idrakı və onun təbiətini təhlil etməyin əsasını Demokrit, Platon, Aristotel, Epikür, skeptiklər və stoiklər qoymuşlar. Yeni dövrdə Avropada idrak nəzəriyyəsi F.Bekon, R.Dekart, C.Lokk, B.Spinoza, Q.Leybnits, İ.Kant, D.Didro, G.Hegel, L.Feyerbax tərəfindən inkişaf etdirilmişdir. Müsəlman Şərq ölkələrində isə bir sıra mütəfəkkirlər, o cümlədən Ə.Bəhmənyar, Ə.Sührəvərdi, E. Miyanəci, Ş. Sührəvərdi, S. Urməvi, N.Tusi, M.F.Axundov və başqaları idrak nəzəriyyəsinin zənginləşməsinə öz töhfələrini vermişlər.

İdrak problemi müasir fəlsəfədə də əsas yerlərdən birini tutur.

İdrak nəzəriyyəsi idrakın mənşəyi və mahiyyəti, biliyin strukturu və inkişaf qanunları, onun əsası və meyarı, idrakın pillələri və əsas formaları, elmi tədqiqatın prinsipləri, metod və üsulları haqqında bütöv bir fəlsəfi təlimdir. Bu tə'lim iki hissədən - inikas nəzəriyyəsindən və elmi tədqiqatın metodologiyasından ibarətdir.

Dünyanın prinsip etibarilə dərk edilib-edilməməsi məsələsi insan fikrini əsrlər boyu özünə cəlb edən ən vacib fəlsəfi məsələlərdən olmuşdur.

Fəlsəfə tarixində bu suala cavab vermək cəhdi üç əsas istiqamətin yaranması ilə nəticələnmişdir: fəlsəfi optimizm, skeptisizm və aqnostisizm. Optimistlər dünyanın prinsipcə dərk edilənliyini təsdiq edir, aqnostiklər əksinə, onu inkar edirlər. Skeptiklər isə prinsip etibarilə dünyanın dərk olunanlığını inkar etməsələr də, biliklərin səhihliyinə, həqiqiliyinə şübhə ilə yanaşırlar.

Dialektik idrak nəzəriyyəsinin əsasını dünyanın obyektiv surətdə mövcud olmasını və onun insan şüurunda əks olunmasını qəbul etmək təşkil edir. Bu o deməkdir ki, gerçəklik predmetləri və hadisələri, bunların xassələri və münasibətləri insanların hiss üzvlərinə təsir göstərərək onlarda müvafiq duyğular və qavrayışlar doğurur. Bunların əsasında insanlarda anlayışlar və məntiqi təfəkkürün digər formaları yaranır.

Xarici aləm, onun predmet və hadisələri, əlaqə və münasibətləri bütün biliklərimizin mənbəyidir. Buradan aydın olur ki, idrak obyektiv gerçəkliyin cisim və hadisələrinin, əlaqə və münasibətlərinin insan beynindəki inikasıdır.

İdrak hər şeydən əvvəl subyektlə obyektin qarşılıqlı təsiri prosesi olduğundan onun praktiki təbiətini və dialektik xarakterini açmazdan əvvəl "idrak obyekti" və "idrak subyekti" anlayışlarının izahını verək. Obyekt idrakın mənbəyi olub, biliklərimizin məzmununu təşkil edir. Subyektin fəallığı, onun praktikası gerçəkliyin idrakı inikasının inkişafının əsasıdır. Obyekt öz-özünə deyil, yalnız praktiki fəaliyyət vasitəsilə idrak sahəsinə daxil olub, onun real məzmununu müəyyən edir.

Sözün geniş mə'nasında idrakın subyekti konkret cəmiyyət, onun obyekti isə cəmiyyətin və insanın mövcudluğunun və inkişafının zəruri şərti olan təbiətdir. Sözün geniş mə'nasında idrakın subyekti cəmiyyət olsa da, idrak prosesi ayrı-ayrı fərdlər tərəfindən həyata keçirilir. Odur ki, idrak prosesində cəmiyyətin aparıcı rolunu qeyd etməklə yanaşı, fərdin, şəxsiyyətin rolunu da unutmaq olmaz. Cəmiyyət dünyanı son nəticədə ayrı-ayrı adamlar, fərdlər vasitəsilə dərk edir. Cəmiyyət insanları təcrübə və biliklərlə silahlandırır. Müasir cəmiyyətdə, xüsusilə müasir elmi-texniki tərəqqi dövründə elmi fəaliyyətin təşkilinin kollektiv formaları getdikcə daha böyük əhəmiyyət qazanırlar.

Yuxarıda deyilənləri yekunlaşdıraraq belə nəticəyə gəlmək olar ki, idrakın subyekti maddi və mənəvi istehsalın müxtəlif sahələrində fəaliyyət göstərən insan qruplarını, ayrı-ayrı fərdləri ehtiva edən mürəkkəb dinamik sistemdir.

Dünyanın dərk edilməsi subyektin ona fəal təsiri formasında həyata keçirilir. İdrak prosesində gerçəkliyin müxtəlif konkret formalarını özünün fəaliyyət sahəsinə daxil edən subyekt onlara əmək predmeti və idrak obyekti statusu qazandırır. Bu baxımdan idrak obyekti ancaq xarici aləmlə tükənməyib, ümumiyyətlə, üzərinə insanın maddi və mənəvi fəaliyyətinin yönəldiyi bütün maddi və mənəvi hadisələrdir.

Təbiət insan və cəmiyyətin mövcudluğunun və inkişafının zəruri şərti və əsasıdır. Təbiətin dərk edilməsi obyektiv reallığın az-çox adekvat inikasıdır. Təbiətdən fərqli olaraq cəmiyyət insan fəaliyyətinin nəinki obyekti, həm də subyektidir.

Praktiki fəaliyyətdə insanın qarşısında obyektiv dünya durur, insan ondan asılıdır və özünün bütün fəaliyyət formalarını onun əsasında qurur. Lakin subyekt dünyadan asılı olsa da, o bu dünyaya sadəcə olaraq uyğunlaşmır, həm də özünün əməyi sayəsində onu öz tələblərinə, məqsədlərinə, vəzifələrinə müvafiq şəkildə dəyişdirir. Buna görə də dünyaya fəal maddi-praktiki münasibət sosial-tarixi səciyyə daşıyan subyekt-obyekt münasibətlərinin əsasını təşkil edir. İnsanın dünyaya münasibəti həmişə onun insanlara, cəmiyyətə münasibətilə şərtlənir. İnsanların sosial münasibətləri isə obyekt və subyektin qarşılıqlı tə'sirini şərtləndirərək bütövlükdə bu prosesin konkret-tarixi mənasını müəyyən edir.

"İdrak obyekti" anlayışını ona yaxın olan "idrak predmeti" anlayışından fərqləndirmək lazımdır. Yuxarıda qeyd edildiyi kimi, idrak obyekti, üzərinə subyektin idrakı fəaliyyəti yönələn maddi və mənəvi aləmin predmet və hadisələridir. Gerçəkliyin yalnız subyektin idrakı fəaliyyətinə daxil olan sahəsi idrak prosesində istifadə olunan idrak obyektləri içərisindən seçilib götürülən gerçəklik fraqmentidir. Eyni bir idrak obyekti müxtəlif elmlər tərəfindən öyrənilə bilər. Məsələn, idrak obyekti olmaq etibarilə təfəkkür müxtəlif elmlərin, o cümlədən məntiqin, psixologiyanın, ali əsəb fəaliyyəti fiziologiyasının predmeti ola bilər. Struktur baxımından idrak predmeti idrak obyektindən bununla fərqlənir ki, elmi tədqiqatın məqsəd və vəzifələrindən asılı olaraq idrak predmetinə idrak obyektinin yalnız başlıca, mühüm əlamətləri daxil olur.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə