M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


İdrak prosesində praktikanın rolu



Yüklə 0,71 Mb.
səhifə171/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   167   168   169   170   171   172   173   174   ...   184
muhazire FELSEFEyeni

İdrak prosesində praktikanın rolu
İdrak nəzəriyyəsi üçün müstəsna əhəmiyyət kəsb məsələlərdən biri praktika problemidir.

Praktika insanların təbiət və cəmiyyəti dəyişdirməyə yönəldilən maddi, hissi-predmetli, məqsədyönlü fəaliyyətidir. Praktikanın məzmununu təbii və sosial obyektlərin dərk edilməsi, mənimsənilməsi və dəyişdirilməsi təşkil edir. Praktika insan cəmiyyətinin və idrakın inkişafının hərəkətverici qüvvəsini, əsasını təşkil edir. İstər öz məzmununa, istərsə də həyata keçirilməsi üsullarına görə praktika ictimai xarakter daşıyır. Müasir praktika öz strukturu etibarilə mürəkkəb sistem olub, insanların real tələbatlarını, məqsədlərini, ayrı-ayrı fəaliyyət formalarını, hərəkətlərini, onların motivlərini, məqsədə çatmağın üsul və vasitələrini və nəhayət, fəaliyyətin nəticələrini ehtiva edir.

İnsanların məqsədyönlü maddi fəaliyyət formaları müxtəlifdir. Onlar həm ictimai istehsal prosesində, həm elmi idrakda, həm də siyasi sahədə fəaliyyət göstərirlər. Bu baxımdan praktikanın aşağıdakı formalarını fərqləndirmək olar:


  1. Praktikanın əsas və müəyyənedici forması olan maddi istehsal fəaliyyəti;

  2. İstehsal münasibətləri, əməyin təşkili, sosial fəaliyyət - siyasi mübarizə, milli-azadlıq hərəkatları, sosial inqilablar, müharibələr;

  3. Obyektin dərk edilməsi məqsədilə həyata keçirilən eksperimental fəaliyyət, o cümlədən kosmik texnika, cihaz və elektron hesablayıcı maşınların tətbiqi ilə aparılan elmi müşahidələr;

4) İnsanların ailə-məişət sahəsindəki fəaliyyəti.

İdraka münasibətdə praktika üç qat rol oynayır.

Əvvəla, praktika idrakın mənbəyi, əsası və hərəkətverici qüvvəsi olub, ona ümumiləşdirmək və nəzəri cəhətdən işləmək üçün zəruri olan faktiki materiallar verir.

İkincisi, praktika biliyin tətbiq üsulu olub, bu mə'nada idrakın məqsədidir. Biliklər yalnız o halda praktiki məna kəsb edirlər ki, onlar bilavasitə həyata keçmiş olsunlar. Praktika sanki biliyin gücünü nümayiş etdirən sınaq meydanıdır. Öz-özlüyündə idrakın son məqsədi bilik əldə edilməsi deyil, cəmiyyətin maddi və mə'nəvi tələbatını ödəmək məqsədilə gerçəkliyin praktiki dəyişdirilməsidir.

Üçüncusü, praktika idrakın nəticələrinin, bu prosesdə qazanılmış biliklərin həqiqiliyinin meyarı, ölçüsüdür. Ancaq praktikanın sınağından keçən bilik obyektivlik, səhihlik, həqiqilik statusu qazana bilir.

Beləliklə, praktika bütün mərhələlərdə idrakın formalaşmasının və inkişafının əsası, biliyin mənbəyi, idrak prosesinin nəticələrinin həqiqiliyi meyarıdır. İnsan dünyanın ona təsir etdiyi və onun təsirinə məruz qaldığı dərəcədə dərk edə bilir. Elmi nəzəriyyə və praktika insan fəaliyyətinin vəhdətdə olan elə tərəfləridir ki, burada həlledici rol həmişə praktikaya məxsusdur. İstər empirik, istərsə də nəzəri səviyyədə idrakın xüsusiyyətləri praktika ilə determinə olunur. İdrak bəşəriyyətin spesifik, mənəvi fəaliyyət forması olsa da, öz təbiəti etibarilə praktikidir, belə ki, maddi - praktiki fəaliyyət idrakın yalnız başlanğıc nöqtəsi, əsası və məqsədi olmayıb, həm də onun nəticəsinin göstəricisidir.



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə