M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə18/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   14   15   16   17   18   19   20   21   ...   184
muhazire FELSEFEyeni

Blez Paskalın idrakın sərhədləri haqqında, əqlin imkanları haqqında və bu prosesdə hisslərin əhəmiyyəti haqqında məsələləri yeni şəkildə, tənqidi planda vermişdir. Əgər qnoseologiyada Bekon duyğulara, Dekart isə əqlə əsaslanırdısa, Paskal isə, əql və hissələrin əməkdaşlığını tapmağa cəhd göstərirdi. O belə hesab edirdi ki, idrakda insanın əqli tək deyildir, onun müttəfiqləri hisslər, intuisiya, həyəcandır. Hisslərin köməyilə biliklər əldə olunur; bu da mühakimələr zamanı əldə olunan biliklərdən möhkəmdir.

XVII əsrdə Fransada fəlsəfi fikrin inkişafı maarifçiliyin himayəsi altında həyata keçmişdir. Bu yüzilliyin praktiki olaraq bütün fransız mütəfəkkirləri maarifçilər idi. Maarifçilik ictimai fikrin geniş mədəni-ideoloji hərəkatı kimi ilk dəfə məhz Fransada formalaşmışdır. Fransız maarifçiliyinin baniləri Şarl Lui Monteskye (və Fransua Mari Arue Volter olmuşdurlar. Maarifçilərin ilk nəslinə Jan Melyeni də aid etmək olar. Onların, ilk növbədə Volterin yaradıcılığı 40-cı illərin ortalarından başlayaraq yaradıcılıqları genişlənən çoxsaylı ikinci nəslin formalaşmasına kömək etmişdir. Bu nəslin görkəmli nümayəndələri Jyülyen Ofre de Lametri, Deni Didro, Etyen Bonno de Kondilyak, Jan Jak Russo, Pol Anri Holbax, Klod Anrian Helvetsi, Jan Antuan Konderse olmuşdurlar. Yalnız sırf fəlsəfi əsərlərlər deyil, eyni zamanda bədii ədəbiyyat və və teatr vasitəsilə (Volter, Monteskiye, Didro, Russo dövrlərinin görkəmli yazıçıları idilər) geniş yayılan Maarifçilik ideyaları Fransanın bütün qabaqcıl mənəvi mədəniyyətinə daxil olmuş və geniş ictimai sərvətə çevrilmiºdir. Onlar fəlsəfənin nüfuzunu əvvəllər görünməmiş səviyyəyə qaldırdılar və bəşəriyyəti narahat edən bütün məsələlərin həllində fəlsəfi əqlə ali instansiya kimi baxışı təsdiq etdilər. Onların işləyib hazır­ladıqları yeni fəlsəfi mövqedən adamların sosial həyatının dünyagörüşü problematikasını və prinsiplərini yenidən nəzərdən keçirmişlər. XVII əsr novatorlarının irslərinə əsas­lanaraq maarifçilər fəlsəfi problemlərin işlənməsində bu gör­kəmli mütəfəkkirlərdən xeyli irəli getməyə qadir olmuşdurlar.

XVII əsr fransız materializminin başlanğıc nöqtəsi insana dualist baxışın dəf edilməsi idi. İnsana materialist- monist anlayışın işlənib hazırlanmasını Lametri “Ruhun təbii tarixi” əsəri ilə başlamışdır. O burada müəyyən mənada insana xas olan şüur haqqında müddəada xülasə halında verilir. Bu müddəanın əsaslandırılması vəzifəsi Didro, Helvetsi və Holbaxın fəlsəfi yaradıcılıqlarını əsaslarından biri oldu. Onlar insanların maddi vəhdəti probleminin dünyanın maddi vəhdətinin qlobal problemləri ilə üzvi əlaqədə həll edilməsinin zəruriliyinə əmin idilər. Bu da təbiət haqqında ardıcıl materialist təlimin yaradılmasında öz ifadəsini tapdı; belə ki, adları çəkilən filosoflar üçün insanın maddiliyi o demək idi ki, insan təbiətin bir hissəsidir, ondan əmələ gəlmişdir, onu Allah yaratmamışdır.

Holbax tərəfindən bütöv fəlsəfi konsepsiya işlənib hazırlanmışdır və burada fransız materialistlərinin əsas ide­yaları özünün tam inkişafını tapmış və bir-biri ilə maksimal razılaşma vəziyyətinə gətirilib çıxarılmışdır. Bunu da qeyd etmək lazımdır ki, Lametri istisna olmaqla fransız materialistləri öz fəlsəfələrini işləyib hazırlayarkən substansiya anlayışından praktiki olaraq istifadə etməmişdirlər. Ancaq bu problem həmişə onlarda ön planda dayanırdı və onlar bu problemin izahını xeyli zənginləşdirmişlər. Holbaxa substansiyanın müəyyən olunmasının tam daşıyıcısı təbiət və Kainatın mahiyyəti kimi çıxış edən materiyadır.

Fransız materialistlərinin nöqteyi-nəzərincə, materiya real mövcuddur və xırda hissəciklərdən təşkil olunmuş sonsuz çoxsaylı maddi cisimlər şəklində dərk olunur. Burada Kainatın maddi cisimlərin sonsuz məcmusu kimi Hobbs anlaşılması ilə oxşarlıq görünür. Lakin əgər Hobbs materiya ümumi anlayışının qanuna uyğunluğunu inkar edirdisə də, fransız materialistlər bu anlayışı yüksək səviyədə məzmunlu və Kainatın adekvat fəlsəfi dərk olunması üçün birinci dərəcəli əhəmiyyətə malik olan anlayış hesab edirdilər.

Fransız materialistləri nəinki dünyanın izahını onun özündən çıxış edərək dərinləşdirmiş, həm də eyni zamanda dünyanın dəyişilməsi baxışını əsaslı şəkildə işləmişlər. Bütün mövcud olanların dəyişkənliyi haqqında tezis olanların təbiət konsepsiyalarının əsas müddəalarından biridir.

Fransız materistləri təfəkkürdə yalnız beynin duyguları müqaisə etmək, birləşdirmək və nəticə çıxartmaq bacarığını görürdülər.

Fransız materialistləri həm də kosmoqonik və teoloji ideyalar, eyni zamanda biogenez və antropogenez formalarında çox mühüm konkretləşdirmələr irəli sürmüşlər. Fransız materialistləri təbiəti onun özündən ardıcıl olaraq izah etməklə və insanın materialist- monist anlayışının əsaslandırılması ilə məhdudlaşmışdırlar. Artıq XVIII əsr fransız materializminin Fransız materialistləri cəmiyyətdə insan varlığı problemini işləyib hazırlayarkən İntibah və Yeni dövrün qabaqcıl sosial- fəlsəfi fikirlərinin mühüm ənənələrinə əsaslanmışdırlar. Bu ənənələrdə ən əsas insanın davranışı, ictimai təsisatların yaranmasını və fəaliyyətini, teologiyanın əksinə olaraq, sırf təbii, “dünyəvı” səbəblərlə izah etməyə cəhd idi. Əvvəlki dövr mütəfəkkirləri üçün xarakterik olan “insan təbiəti”, “ictimai müqavilə” anlayışları materialistlərinin antropososial baxışlarında əhəmiyyətli rol oynamaqda davam edirdi və onlar bi sıra mühüm müddəalarla onların məzmununu daha da zənginləşdirdilər.



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə