M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə21/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   17   18   19   20   21   22   23   24   ...   184
muhazire FELSEFEyeni

Marksizm fəlsəfəsinin formalaşması XIX əsrin 40-cı illə­ri­nə təsadüf edir. Keçən əsrin ortalarında ictimai-tarixi təc­rü­bənin, elmin, fəlsəfənin inkişafı dərin fəlsəfi ümumiləşdirmələr aparılmasını tələb edirdi. Məhz bu səbəbdən də həmin dövrdə fəlsəfənin pozitivizm və marksizm kimi istiqamətləri meydana çıxmışdır. Bu fəlsəfi cərəyanlar gerçəkliyin tədqiqi, təbiət qa­nun­larının aşkarlanması, cəmiyyət hadisələrinin anlaşılması və iza­hı məsələlərini bir vəzifə kimi qarşıya qoydular. Bu fəl­sə­fənin təşəkkülü sosial-iqtisadi, təbii-elmi və siyasi səbəblərlə şərtlənmişdir. Marksizm fəlsəfəsinin bilavasitə mənbəyi XIX əsr alman klassik fəlsəfəsi, ilk növbədə, Hegel və Feyerbax fəlsəfəsi olmuşdur. Onun yaradıcıları Karl Marks və Fridrix Engels fəlsəfi və ictimai-siyasi fikir tarixində elmi kommunizm nəzəriyyəsinin, dialektik materializm fəlsəfəsinin baniləri kimi tanınmışlar. Marksizm fəlsəfəsinin yaradıcıları Marks və Engels ilkin idealist baxışlardan təbiət və tarixin materialist anlayışına, inqilabi demokratizmdən kommunizm nəzəriyyəsinə qədər ziddiyyətli bir ideya və siyasi inkişaf yolu keçmişlər. Onlar fəaliyyətlərinin ilk dövründə, 1843-cü ilin ikinci yarısına qədər fəlsəfədə idealism mövqelərindən çıxış etmiş, ictimai-siyasi baxışlarında isə inqilabi demokratizm ideyalarının tərəfdarı ol­muş­lar.

Marks əvvəlki fəlsəfi ənənələrlə, yəni fəlsəfi antropologiya ilə əlaqəni kəsir. Əvvəlki sələflərindən fərqli olaraq Marks başlanğıc nəzəri mühakimə kimi cəmiyyəti götürür. Təbiətin bir hissəsi olan insan yalnız cəmiyyətdə insan olur, ona görə də insanın mahiyyəti bütün ictimai münasibətlərin məcmusudur. İnsan yox, cəmiyyət, ictimai münasibətlər başlanğıc kateqoriya kimi çıxış edir.

Marks dəfələrlə qeyd etmişdir ki, dünyanı, yəni cəmiyyəti şərh etmək kifayət deyil, onu inkişaf etdirmək zəruridir. Onu dəyişdirmək üçün isə, ilk növbədə onun elmi izahını vermək lazımdır. Bunu nəzərdə tutan Marks tarixin materialist anlamını kəşf etmişdir.

Marks cəmiyyət haqqında yaradılan nə varsa hamsını dərindən öyrənmişdir; bu onun ilk nəzəri işlərindən görünür. Marks cəmiyyəti öyrənməyə başlayarkən əvvəlki mütəfəkkirlərin işlətdikləri kateqoriyalardan imtina edərək yeni kateqoriyalardan istifadə etməyə başlayır: “istehsal üsulu”, “hakim sinfin fikirləri”, “maddi qüvvə”, “mənəvi qüvvə”, “ictimai quruluş” kateqoriyalarına əvvəlki fəlsəfədə rast gəlinmir. “İstehsal münasibətləri” kateqoriyası əvəzinə “ünsiyyət formaları”, “ictimai – iqtisadi formasiya” əvəzinə “mülkiyyət forması” kateqoriyaları işlədilir. “İctimai münasibətlər”, “ictimai istehsal”, “istehsal münasibətləri”, “istehsal vasitələri”, “iqtisadi bazis”, “üstqurum”, “ictimai varlıq”, “ictimai şüur”, “cəmiyyətin iqtisadi strukturu” və s. kateqoriyalar fəlsəfəyə gətirildi.

Marksa görə maddi istehsal hər bir tarixin əsas şərtidir və fasiləsiz olaraq yerinə yetirilir. Bununla Marks hər cür ictimai həyatın köklü rolunda çıxış edən, maddi dəyərlər yaradan iqtisadi sahələri kəşf etdi.

Marks tarixi prosesin immanet məntiqindən çıxış edərək göstərmişdir ki, hər bir növbəti mərhələ əvvəlkinə nisbətən mütərəqqidir. Məhz burjua istehsal münasibətləri sosializmin əsasını hazırlayır, proletariat isə sosialist inqilabını həyata keçirən sosial qrup kimi hazırlaşır. Xüsusi mülkiyyət cəmiyyəti parçalayır, ağalıq – tabelik yaradır. Marks mülkiyyət formasını məhsuldur qüvvələrin inkişaf səviyyəsi ilə müqayisə edir. Hakim siyahı sinfin fikri də hakimdir, yəni maddi cəhətdən hökmranlıq edən sinif, mənəvi cəhətdən də hökmranlıq edir. Hökmranlığa can atan istənilən sinif öz maraqlarını cəmiyyətin marağı kimi təqdim edir, ən ümumi maraqların müdaxiləsi illuziyası yaradır, güya bütün vətəndaşların hüququnu müdafiə edəcəklərini bəyan etsə də öz şəxsi mənafeyini müdafiə edir.

Marks və Engels haqlı olaraq qeyd etmişlər ki, siniflər yaranandan onlar arasında bəzən gizli, bəzən isə açıq mübarizə getmişdir. Hər bir hakim sinif özündən əvvəlki quruluşa qarşı qəddar münasibətdə olmuş, ondan miras qalanları dağıtmışdır. Fedolizmi devirən burjuaziya bəşəriyyətin inkişafında böyük rol oynasa da zaman keçdikcə məhsuldar qüvvələrin sonrakı təkmilləşməsində maneəyə çevrilmişdir.

Marks fəlsəfəni daha da inkişaf etdirmişdir. Təsadüfü deyil ki, Bi – bi – si – nin məlumatına görə, XXI əsr ərəfəsində keçirilən sorğuya əsasən, Marks ikinci minilliyin ən böyük mütəfəkkiri hesab olunmuşdur. Müasir dövrdə bir çox ictimaiyyətçilər məhz marksizmə söykənərək, öz ideyalarını inkişaf etdirmişlər.



Marks və Engels marksizm fəlsəfəsinin yaradılmasını bir­gə yazdıqları “Müqəddəs ailə” və “Alman ideologiyası” əsərlərində, həmçinin Marksın hazırladığı “Fəlsəfənin yoxsulluğu” nda həyata keçirdilər. Bu araşdırmalar Marksla Engelsin öz dialekt materializm dünyagörüşlərini formalaşdırdıqları ilk birgə əsərləri idi. Tarixə idealist baxışları tənqid edən Marks və Engels tarixin materialist anlayışının əsas müddəasını – cəmiyyətin inkişafında maddi nemətlərin istehsal üsulunun müəyyənedici rolu haqqında müddəanı for­ma­laş­dır­ma­ğa başladılar. Marksistlər tarixin materialist anlayışını Mark­sın birinci böyük kəşfi adlandırırlar. Marks və Engels sübut etməyə çalışırdılar ki, tarixi hadisələrin inkişafında həlledici rol şəxsiyyətə deyil, xalq kütlələrinə, ideyalara deyil, xalqın maddi maraqlarına məxsusdur. “Müqəddəs ailə” də Marks və Engels materializmi sosial hadisələrə tətbiq etməklə siniflər və sinfi mübarizə haqqında tarixə materialist baxışın əsaslarını işləyib hazırladılar. Marks və Engels bu əsərdə cə­miyyət həyatında şüurun, yəni subyektiv amilin rolu məsələsini də araşdırmağa başladılar. Marks və Engels bir elm kimi ma­terialist fəlsəfə tarixinin də əsaslarını qoydular. Onlar dialektik materializm mövqeyindən çıxış edərək, fəlsəfə tarixini ma­te­ria­lizm­lə idealizmin mübarizəsi tarixi kimi nəzərdən keçirdilər. Fəlsəfədəki bu iki əsas istiqamətin sinfi və qnoseoloji köklərini açıqladılar. Marksizm fəlsəfəsində idrak prosesinin dialektikası və ilk növ­bədə idrakın mütləq və nisbi, hissi və rasional mə­qam­la­rı­nın dialektikası əsaslandırıldı. Bütün bunlar Marks və Engels tə­rəfindən təbiət və cəmiyyətin dialektik materializm an­la­yı­şı­nın işlənib hazırlanması üçün zəmin yaratdı.“Alman ideo­lo­gi­ya­sı” adlı birgə əsərlərində Marks və Engels dialektik ma­te­rializm fəlsəfəsinin dünyanın dərk edilməsi və inqilabi surətdə dəyişdirilməsi üçün yeganə silah olması fikrini irəli sürdülər. Onlar bu əsərdə insan problemini də araşdırır, insanı bioloji bir varlıq kimi nəzərdən keçirənləri tənqid edərək deyirdilər ki, insan ictimai varlıqdır. Marks yazırdı ki, insanın mahiyyəti ic­ti­mai münasibətlərin məcmusudur. Sosial həyatın maddi şəraiti, insanın ictimai varlığı necədirsə, onun mahiyyəti də elədir. Onlar təsdiq edirdilər ki, insanların fəaliyyətinin əsas forması onların maddi fəaliyyətidir və hər hansı bir digər fəaliyyət – əqli, siyasi, dini və i. a. ondan asılıdır. Marks və Engels “Al­man ideologiyası”nda ictimai varlığın ictimai şüura münasibəti məsələsinə də diqqət yetirərək bildirmişdilər ki, ictimai varlıq ictimai şüuru müəyyən edir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə