M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Fəlsəfənin predmeti və funksiyaları



Yüklə 0,71 Mb.
səhifə3/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   2   3   4   5   6   7   8   9   ...   184
muhazire FELSEFEyeni
1
Fəlsəfənin predmeti və funksiyaları.
Qeyd etdiyimiz kimi, fəlsəfi dünyagörüşü sistemində «dünya-insan münasibətləri» aparıcıdır.Bu məsələ hər bir konkret fəlsəfi problemin ümumi əsasını təşkil edir. Fəlsəfənin predmetini aşağıdakı kimi ifadə etmək olar.

Fəlsəfə “dünya-insan” münasibətlərinin ən ümumi tərəfləri, prinsipləri və qanunauyğunluqları haqqında elmdir.

Maddi ilə mənəvinin, materiya ilə şüurun münasibəti məsələsi fəlsəfədə həmişə əsas yer tutur. Buna münasibətdə isə, fəlsəfə tarixində iki istiqamət(materializm və idealizm) mövcuddur.

Materiyanı müəyyənedici, ilkin hesab edənlər materializm cərəyanına və onun müxtəlif məktəblərinə (sadəlövh, mexaniki, metafiziki, maarifçi, klassik materializm və s.) - varlığı, materiyanı şüur əsasında izah edən, ideyaları ilkin əsas, başlanğıc kimi götürənlər isə idealizmə və onun müxtəlif növlərinə (obyektiv idealizm və subyektiv idealizm) mənsub olmuşlar. Bu cəhətdən obyektiv idealizm insandan, bəşəriyyətdən kənarda, ondan asılı olmayaraq obyektiv «mövcud olmuş» «dünya ruhu», «mütləq ideya»nı əsas götürməklə, subyektiv idealizm isə insan şüuruna istinad etməklə fərqlənmişlər. Materializm öz məzmunu və mahiyyəti etibarilə, həm də gerçəkliyi əks etdirməsi cəhətdən elmə yaxındır, onunla qovuşur. İdealizmin isə dinlə qovuşduğunu qeyd edən filosoflar idealizmi «incələşmiş din», «dinçiliyə yol» və s. adlandırmışlar. Düzdür, bu cür təhlil həqiqətə uyğundur və əsasən qəbul edilməlidir. Hər iki fəlsəfi cərəyan gerçəkliyin müxtəlif mövqelərdən izahıdır, insan idrakının məhsuludur; idrak isə düz xətt üzrə inkişaf etmir; idrakın inkarlı, spiralabənzər inkişafı müəyyən yenilmələrin dəqiqləşməni, fikir plüralizmini zəruri surətdə doğurur. Bu yolla mövqelər aydınlaşır, həqiqətə yaxınlaşır, fikir plüralizmindən fikir aydınlığına keçilir.

Dünyanın dərkedilənliyi prinsipi mövqeyindən çıxış edən filosoflar bu mövqedə dururlar ki, dünya və onun qanunauyğunluqları dərk ediləndir. Lakin fəlsəfə tarixində gerçəklik və onun qanunlarının dərk edilməsinə şübhə ilə baxan (onu müəyyən çərçivə ilə məhdudlaşdıran) skeptisizm (D.Yum və başqaları) və dünyanın «sirli özündəşeylər» hesab edərək onun dərk edilməsini qeyri-mümkün sayan aqnostisizm (İ.Kant və başqaları) cərəyanları («a» yunanca inkar şəkilçisi, «qnosis» - bilik deməkdir, yəni «biliyin inkarı») olmuşdur.

Fəlsəfənin cəmiyyətdə rolu onun funksiyalarında ifadə olunur. İdraki (qnoseoloji) funksiyanı yerinə yetirərək fəlsəfə təbiət, cəmiyyət və təfəkkürün mahiyyətınin və qanunauyğunluqlarının dərk edilməsinə kömək edir. Müasir təbiətşünaslıq və ictimai elmlərlə sıx əlaqədə fəlsəfi dünya-görüşnə yiyələnmiş insan, dünyanın təbiı-elmi mənzərəsini mənimsəyir, ətrafında baş verən çoxsaylı təbii və ictimai hadisələrin mahiyyəti və səbəbləri haqqında elmi-obyektiv nəticələrə gələ bilir, onların inkişaf qanunauyğunluqlarını dərk edir, cəmiyyətdə düzgün həyat proqramı tutur. Gerçəklik haqqında əldə etdiyi müxtəlif biliyi nəzəri sistem halında ümumiləşdirir, dünyagörüşü faktına çevirir.

Fəlsəfə mövcudatın əsası, varlıq, materiya, şüur və s. kimi ən ümumi anlayışlar haqqında nəzəri müddəalarını işləyib hazırlayarkən özünün ontolojı funksiyasını (ontologiya - yunanca «ontos» (mövcudluq) və "loqos" (təlim) mənası yerinə yetirir. İnsan fəaliyyəti haqqında təlim ilə fəlsəfə özünün praksioloji («praktikos» - yunanca fəaliyyət deməkdir), bəşəri sərvətlər (dəyərlər) haqqında ideyaları ilə isə aksioloji («aksios» - yunanca dəyər, sərvət deməkdir) fünksiyasını həyata keçirir. Məhz bunlar da göstərir ki, dünyagörüşün rasional-nəzəri forması olan fəlsəfənin qədim dövrdən indiyədək ən başlıca vəzifəsi ən ümumi ideya və təsəvvürləri, ən ümumi qanun və kateqoriyaları işləyib hazırlamaqdan ibarət olmuşdur.

Metodoloji funksiya cəhətdən fəlsəfə, dialektik metod prinsiplərinə (ziddiyyətlilik, inkarlıq, yeninin qarşısıalınmazlığı, özüinkişaf və s.) istinadən insana təbii və sosial gerçəkliyin dərk edilməsi və dəyişdirilməsi üçün ümumi yanaşma üsulu, qayda və metod verir, ümumi nəzəri-fəlsəfi metodoloji prinsiplərlə onu silahlandırır.

Dünyagörüşü sistemində fəlsəfə həm də şəxsiyyətlə təbiət və cəmiyyət hadisələri arasında əlaqə və münasibətləri, insan təcrübəsinin bütün formalarını tənzim edərək inteqrativ funksiyanı da ifadə edir. Ayrı-ayrı elmlərin nailiyyətlərini əlaqələndirib onlardan düzgün elmi-fəlsəfi dünyagörüşü nəticələri çıxarmağa imkan verir. Müxtəlif ictimai şüur formalarını əlaqələndirərək, qarşılıqlı zənginləşmə əsasında fəlsəfə şəxsiyyətin dünyagörüşünün mənəvi, siyasi, estetik, hüquqi və s. əsaslarını hazırlamaqla cəmiyyətdə maddi və mənəvinin qarşılıqlı münasibətinin rol və əhəmiyyətini müəyyən edir.

Fəlsəfə - bəşər tarixini nəzəri ümumiləşdirdiyindən, müasir və gələcək insan fəaliyyətini elmi cəhətdən əsaslandırdığından ümumbəşəri məzmun daşıyır. Fəlsəfə - bəşəri dəyərlərə istinad edir və özü də bu dəyərlərin başlıca nümunələrindən biridir. Fəlsəfə heç də təkcə keçmişə və indiyə deyil, həm də gələcək haqqında mükəmməl ideya və prinsiplər müəyyən etməyə - qabaqgörənliyə imkan verir. Qabaqgörənlik baxımından fəlsəfi dünyagörüşü şəxsiyyətə sosial-siyasi hadisələrin inkişaf ehtimalını düzgün qiymətləndirmək, inkişaf meylinin zəruri əlaqələrini tapmaq, aydın elmi mövqedən çıxış etmək, dərin intuisiya, zəngin təfəkkür və boyük həyati təcrübə əsasında hadisələri qabaqlamaq və gələcəyin modelini yaratmaq imkanı verir.

Fəlsəifənin tənqidi funksiyası da vardır. Belə ki, o bütün əvvəlki mədəni irsi, mifoloji, dini təsəvvürləri, tarixi-fəlsəfi təlimləri tənqidi təhlil edib, yaradıcı qiymətləndirməyə, mürəkkəb fəlsəfi problemlərin müasir həllini verməyə çalışmışdır.

Bu baxımdan, istər fəlsəfə tarixindən, istərsə də müasir elmi-tədqiqat ədəbiyyatlarında fəlsəfənin müxtəlif tərifləri verilir. Onların hamısında, xüsusilə XIX-XX əsrlər dövründə fəlsəfəyə varlıq və idrakın ən ümumi qanunauyğunluqları, insanın dünyaya münasibətlərinin ən ümumi prinsipləri haqqında elm kimi tərif verilmişdir.



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə