M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə33/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   29   30   31   32   33   34   35   36   ...   184
muhazire FELSEFEyeni

Rəbiyyət Nurullah qızı Aslanova  “İslam mədəniyyət sistemində” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, yeddi kitabın, 200-ə yaxın elmi məqalənin müəllifidir. O, fəlsəfə tarixi və mədəniyyətşünaslığın müvafiq istiqamətləri sahəsində tanınmış alimlərdəndir. R.Aslanovanın elmi yaradıcılığının ana xəttini Qərb və Şərq mədəni ənənələrinin sintezi təşkil edir.

Yeni və müasir dövr Azərbaycan fəlsəfi fikir tarixinin ən zəngin və ziddiyyətli dövrüdür-bu dövr XIX əsrdən başlayaraq bu günümüzə qədər davam edən tarixi mərhələdir. XIX əsr siyasi baxımdan Azərbaycan tarixinin faciəli dövrü kimi qəbul edilsə də, elmi-fəlsəfi və mədəni inkişaf baxımından ən uğurlu mərhələ olmuşdur-Rusiyanın elmi-fəlsəfi mühitinin təsiri altında dövrün yeni elitası formalaşmağa başlamış, maarifçilik fəlsəfi məktəbinin əsası qoyulmuşdur. İslamın yayılması ilə öz intibahını yaşayan Azərbaycan fəlsəfi fikri XIX əsrdə yeni bir dirçəliş dövrünə qədəm qoymuşdur. Ərəb istilası siyasi buxovla yanaşı Azərbaycana islam dinini, islam mədəniyyətini, müsəlman fəlsəfi düşüncəsini gətirdiyi kimi, ruslar da müstəmləkə rejimi ilə yanaşı elmin, maarifçiliyin inkişafını gətirmiş, bəşər mədəniyyətinə çıxışın əsasını qoymuşlar. Məhz XIX əsri Azərbaycan elminin, fəlsəfi fikrinin dirçəlişi dövrü kimi xarakterizə etmək olar. Əgər XIX əsrin birinci yarısında Tiflis Qafqazın siyasi mədəni mərkəzi idisə, artıq XIX əsrin ikinci yarısından neft bumu ilə əlaqədar olaraq bu missiyanı Bakı yerinə yetirməyə başladı. Yeni dövr Avropa maarifçilik fəlsəfəsinin təsiri altında formalaşmış rus demokratik fikri, maarifçilik ənənələri bu dövr Azərbaycan fəlsəfi fikrinin əsasını təşkil etmişdir. Neft sənayesinin inkişafı, xarici kapitalın ölkəyə gəlməsinə yaradılan şərait, milli burjuaziyanın təşəkkül tapması, Bakının sənaye şəhərinə çevrilməsi, mütləqiyyətin mərkəzdə narahatlıq yaradan demokratik düşüncəli mütəfəkkirləri “uzaqlara” sürgün etməsi ölkənin ictimai-siyasi və mədəni həyatında böyük canlanma yaratmışdır. İlk məktəblərin açılması, əhali arasında savadsızlığın aradan qaldırılması istiqamətində ararılan işlər, rus demokratları vasitəsi ilə Avropa mədəniyyətinin yayılması maarifçiliyin inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Milli burjuaziyanın təşəbbüsü ilə açılan məktəblər, azərbaycanlı gənclərin xaricdə təhsil almasına göstərilən dəstək, milli mənlik şüurunun formalaşması istiqamətində ziyalıların fəaliyyəti Azərbaycan maarifçiliyinin inkişafında mühüm rol oynamışdır.

Sovet dövründə fəlsəfənin ziddiyyətli inkişafı ilə müşaiət olunur və onun tarixi taleyi Sovet hakimiyyətinin ilk illərində, proletkultçuluğun təsiri altında fəlsəfi irsdən, fəlsəfi ənənələrdən uzaqlaşma meylləri özünü göstərməyə başlayır. N.S.Buxarin, A.V.Lunacarski və digər marksist-mütəfəkkirlər tədricən arxa plana keçdilər. N.A.Berdyayev, N.O.Losskiy, S.Z.Frank, S.N.Bulqanov və digər alimlər ölkədən sürgün edildilər. P.Akselrod, A.K.Timiryazyev, A.Varyaş, İ.İ.Skortsov- Stepanov və digər “mexanistlər” və A.M.Deborin, Y.Sten, N. Karyev və başqa “dialektiklər” arasında diskussiyalar gedirdi. “Mexanistlər” iddiasına görə, fəlsəfə müstəqil ola bilməz, fəlsəfə öz nəticələri üçün təbiətşünüaslığın naliyyətlərinə əsaslanmalıdır. “Dialektiklər” fəlsəfəni idrak nəzəriyyəsi və metodologiya kimi qəbul edir və qeyd edirdilər ki, o, sərbəst və müstəqil olmalıdır. Həm “mexanistlər”, həm də “dialektiklər” fəlsəfənin inkişafına mənfi təsir etmişdir. Klassik mexanikanı əsas tutan “mexanistlər” XX əsr fizikasının ən yeni naliyyətlərini rədd edir, onu idealizmdə təqsirləndirirdilər-A.K.Timiryazyev A.Eynşteynin nisbilik nəzəriyyəsini marksizm fəlsəfəsinə tam zidd, idealist fəlsəfə adlandırır, onu “elmdə mürtəce hal” hesab edirdilər.

XX əsrin 60-80-ci illərində xarici ölkələrdə qeyri-marksist və marksist təmayüllü fəlsəfədə həmin ölkələrin tarixi, milli, inqilabi hərəkət və mənəvi inkişaf xüsusiyyətlərinə uyğun müəyyən fəlsəfi konsepsiyalar meydana çıxmışdır:

1. Sosioloji-texnokratik materializm: bu konsepsiyanın tərəfdarları K.Vitfoqel, Q.Qorter, A.Rappekik və başqaları cəmiyyətin inkişafında texnikanın rolunu mütləqləşdirirlər.

2. Tarixilik konsepsiyası tərəfdarları A.Qramşi, Q.Della- Volpe və digərləri iddia edirlər ki, dəyişkən tarixi prosesdə dəyişməz sosial struktur, sosial qaydalar ancaq fikirdə mövcud ola bilər.

3. Strukturalizm konsepsiyası tərəfdarları D.Lukas, K.Korşe, L.Altyuser və başqaları iddia edirlər ki, cəmiyyətin sosial strukturunda uzun müddətə müəyyən özünəməxsus qanunların məcmusundan ibarət bütöv sosial həyat mövcud ola bilər.

4. Humanist antropologiya konsepsiyası tərəfdarları iddia edirlər ki, insanın özgələşməsi təlimindən ibarət olan marksist fəlsəfi antropologiyası proqramının işlənib hazırlanması zəruridir. Bu zaman filosoflar arasında əsas diqqət marksizm fəlsəfəsinin hümanistləşməsi məsələsinə (insanın özgələşməsi, mənəvi istehsal şəxsiyyət və cəmiyyət və s.) verilmişdir.



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə