M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə4/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   2   3   4   5   6   7   8   9   ...   184
muhazire FELSEFEyeni

Fəlsəfə və digər elmlər.
Fəlsəfə elmlər sistemində mühüm yer tutur. Fəlsəfə və digər elmlər bir kök üzərində yüklənmiş, sonralar şaxələnmişdir. 17-18-ci əsrlər də elmin ayrı-ayrı sahələrinin formalaşması və onların fəlsəfə adlanan ümumi bilikdən ayrılması kimi formalaşması prosesi bəşər mədəniyyəti tarixində mühüm hadisə idi. Həmin vaxtdan etibarən fəlsəfə nəzəri-elmi biliyin xüsusi forması kimi inkişaf etməyə başlayır. Fəlsəfənin bir elm kimi qərarlaşması İ. Kantın adı ilə bağlıdır. Elmləri adətən beş böyük qrupa bölürlər: fəlsəfi elmlərə, hümanitar elmlər, təbiətşunaslıq, dəqiq və texniki elmlər. Elmlərin belə təsnifatında fəlsəfə mərkəzdə durur. Bu o deməkdirki, fəlsəfə bütün elmləri bir-biri ilə əlaqələndirən vəsilə rolunu oynayır.

Elmlər sistemində fəlsəfənin başlıca vəzifəsi ondan ibarətdir ki, o, bir çox elm sahələrinin nailiyətlərini ümumiləşdirərək, təbiəti, cəmiyyəti, insanı öyrənən elmlərin bir növ inteqrasiya vasitəsi kimi çıxış edir.

Fəlsəfənin tədqiq etdiyi problemlər müəyyən mənada digər elmləri də maraqlandırır. Fizika, riyaziyyat, kimya, biologiya, pisxologiya, etnoqrafiya, sosiologiya, tarix, təbiət, hüquq, ədəbiyyatşunaslıq, siyasətşşunaslıq, iqtisadiyyat və s. elmlərin öyrəndiyi proses və hadisələrin tənqidi mahiyyətcə fəlsəfi problemlərin qoyuluşuna gətirib çıxarır. Fəlsəfə onun tarixi və etika, estetika kimi sahələri nəinki, elmi –nəzəri, həm də praktik əhəmiyyətə malikdir. Elm dəyərli nəzəri əsaslara malik olduqda fayda verə bilər. Məlumdur ki, müasir elmi-texniki tərəqi şəraitində insan kibernetik qurğulardan, atom enerjisindən istifadə etməklə, kosmosu fəth etməklə və i. a. böyük xaruqələr yaradır. Lakin elə anlarda olur ki, insanın elm və texnikanın gücü ilə yaratdığı silahlar onun öz əleyhinə çevrilir. Bunun üçün faciəvi Cernobil hadisəsini yada salmaq kifayətdir. Bir cəhətidə unutmaq olmaz ki, elm-texniki tərəqqi sayəsində insanın fiziki qüdrəti, onun təbiətə təsiri nə qədər artsada mənəviyyatı bir o qədər cılızlaşır. Əxlaqi nöqteyi-nəzərindən müasir televiziya, nəqliyyat, informasiya və s. vasitələrə geniş sürətdə əhatə olunan insanla orta əsirlərin sadəli insanı müqayisə edilməzdir. Deməli, elmin unversal dəyərli mənəvi yönümü olmalıdır. Elmin belə qiymətli dünyagörüşü əsaslarını müəyyən etmək fəlsəfi xarakter daşıyır.

Elmlər öyrənilən hadisələrin mahiyyətinə nüfuz etmək imkanı verən anlayışlarla əməliyyat aparır. Xüsusi elmlərin anlayışları onların tədqiqat obyeki ilə məhdudlaşır. Riyaziyyatda “diferansial”, “inteqral”, fizikada “kütlə”, “enerji”, biologiyada “assimilasiya”, “dissimilasiya”, və i. a. kimi əsas anlayışları buna misal göstərmək olar. Lakin onlardan fərqli olaraq “varlıq”, “ziddiyyət”, “məzmun”, “inkar”, “forma”, “mahiyyət”, təzahür”, “səbəb”, “nəticə”, və s. kimi ən mühüm fəlsəfi anlayışlardan bütün elmlərdə istifadə olunur. Bu bir faktdır ki, fəlsəfi təfəkkür məktəbini keçməyən alim çox vaxt dünyagörüşü baxımından səhvlərə yol verir. Təbiətşunas alim M. Born elmi tədqiqatda fəlsəfi dünyagörüşün mühüm istiqamətverici əhəmiyyətindən danışarkən etiraf etmişdir ki, fizika öz nəticələrinin fəlsəfi dəyərini anladıqda yaşayır.

Öz növbəsində fəlsəfə digər elmlərə çox borcludur. Fəlsəfə məhz elmə arxalandıqda subut üçün tutarlı dəlillər tapır. Lakin insan həyatının əsas pirinsiplərini izah etmək üçün fəlsəfənin təkcə elmə müraciət etməsi kifayət deyildir. Burada inamı, əqidəni, paxıllığı, saflıqı və vicdanı hər şeydən üstün tutan dinin, gözəlliyi, eşqi və məhəbbəti vəsf edən, zövqü oxşayan incəsənətin nailiyyətlərindən bəhrələnmək də olduqca faydalıdır. Tarixin təcrübəsi göstərirki, fəlsəfə bəşər biliklərinin dəyərli məcmusuna arxalandığı zaman əhəmiyyətli olur. Fəlsəfə və elm tarix boyu bir-birindən faydalanıblar. Müasir elmi ideyaların əksər qismi vaxtı ilə fəlsəfə tərəfindən irəli sürülmüşdür. Antik yunan filosofları Levkipp və Demokritin maddənin atom qurluşuna dair fikirlərini, P. Dekartin refleks anlayışını, hərəkətin saxlanması pirinsipini, fransız filosofu P. Qassendinin və məşhur M.V. Lomonosovun molekulların atomlardan ibarət mürəkkəb hissəciklər şəkilində mövcüd olmasına dair nəzəriyələrin və s. buna misal göstərmək olar. Eyni zamanda elm tərəqqi etdikcə fəlsəfəni əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Fəlsəfənin müstəqil elm sahəsi kimi formalaşması da humanitar, texniki, təbiətşunaslıq elmlərlə biləvasitə bağlıdır. Məhz həmin elmlərin inkişaf prosesində fəlsəfənin yeni-yeni problemləri əmələ gəlmişdir.

Müasir dövürdə fəlsəfənin digər elmlərlə qarşılıqlı əlaqə dairəsi daha da genişlənmişdir. Fəlsəfə varlıqla şüurun unversal münasibətini, onların ən ümumi inkişaf qanunlarını öyrənərkən “insan-dünya” problemini tədqiq edən bütün başqa elmlərin nailiyyətlərindən bu və ya digər dərəcədə istifadə edir. Bunsuz o, inkişaf edə bilməz. Onun tədqiqat metodları da məhz həmin prosesdə formalaşmışdır. Fəlsəfənin başqa elmlərlə, biliyin digər sahələri ilə qarşılıqlı əlaqəsi onun inkişafının zəruri şərtidir.



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə