M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Varlıq probleminin həyatı kökləri və fəlsəfi mənası



Yüklə 0,71 Mb.
səhifə40/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   36   37   38   39   40   41   42   43   ...   184
muhazire FELSEFEyeni

Varlıq probleminin həyatı kökləri və fəlsəfi mənası-adamlar doğulur, yaşayır və ölürlər. Hələ heç kim bu qaydanı dəyişdirə və ya poza bilməmişdir. Kimlərinsə həyatı az və ya çox dərəcədə uğurlu olur.Onlar cəhd etdikləri hər şeyə nail olurlar, onların həyatı yaxşı keçir, soyuq, aclıq, xəstəliklər və digər bədbəxtliklər onlara toxunmur. Ancaq bu cür adam­ların sayı çox deyildir. Digər çoxluğun payına əzab, məhru­miyyətlər, xəstəliklər, asan olmayan gündəlik zəhmət, yaşamaq uğrunda daimi mübarizə düşür.Onlar asan olmayan maneələri dəf etməli olurlar.Bəlkə də məhz bu cür həyat adamların öz yaşamaqlarının mənası üzərində düşünməyə vadar edir, onlar hər hansı şəxsi məqsədlərinin olmasını, həyata bəraət qazan­dırmağın dərin mənasının olmasını məhrumiy­yətlərə dözməyin, çatışmazlıqlarla mübarizə aparmağın, yaxşı həyata can atma­ğın, ümumiyyətlə bu həyatın mümkünlüyünün olmasını başa düşməyə cəhd edirlər. Bu mübarizədə gündəlik zəhmət­lərində adamlar suallar, müəmmalar, şübhələr doğuran şəraitlə üzləş­məli olurlar – cəhd etdiklərinə nail olmaq, düzgün qərar qəbul etmək üçün bunları aradan qaldırmaq lazımdır.Ətraf mühitə, müxtəlif hadisələrə müraciət edən insan dünyanın daxilən ziddiyyətli olduğunu aşkar edir. Dünya eyni vaxtda dəyişkən və daimidir. Hətta minilliklər yaşanmış Misir piramidaları və silsilə dağlar belə dünən olduqları kimi deyillər və əksinə ayrı-ayrı adamların taleləri və şəxsi həyatlarının hadisələri nə qədər dəyişkən, hərəkətli, fərdi təkrarolunmaz olsa da, bir-birindən yüzilliklər ayrı olsalar da, müxtəlif ölkələrdə baş versə də və müxtəlif xalqların tarixi ilə bağlı olsa da onlarda ümumi olan nə isə tapmaq olar.Beləcə bütün bunların üzərində düşünən, özünü və ətraf aləmi dərk etməyə cəhd edən, çox vaxt bir – birindən uzaq olan müxtəlif hadisələr arasındakı gizli əlaqələri aşkar etməyə cəhd edən insan əmin olur ki, onun düşündüyü hər şey haqqında belə demək olar: bu olmuşdur, bu var və bu olacaqdır.

İnsanın qarşılaşdığı, bu və ya digər dərəcədə toqquşduğu hadisələrin və vəziyyətlərin, proseslərin və hadisələrin, daxili həyəcanların, niyyətlərin və fikirlərin bütün məcmusunu biz vəziyyət adlandıracağıq. Lakin şeylərin, şəraitlərin, əməllərin, proseslərin və s. çoxu keçmişdə, bizim onlarla toqquş­ma­ğımızdan illər, yüz illər və hətta milyon illər əvvəl olmuşlar və çox güman ki, bizdən min və milyon illər sonra da olacaqlar. Digərləri isə bu yaxınlarda yaranmışlar ani bir vaxtda mövcud ola və yaxın gələcəkdə yox ola bilərlər. İnsanın yaşadığı real dünyanın bu cür mürəkkəb quruluşunu anlamaq üçün biz daha bir çox vacib anlayışı ‒ gerçəklik”və ya “reallıq” ‒ tətbiq edəcəyik və bu terminlərə sinonim kimi baxacagıq.



Gerçəklik- keçmiş, indi və gələcəkdəki bütün vəziyyətlərin məcmusudur - o olduqca mürəkkəb və dəyişkəndir, belə ki, vəziyyət daim bir- birinə keçir. Təbiətdəki şeylər, hadisələr və proseslər, adamların hərəkətləri, dövlət sistemləri və şəxsi həyəcanlar yox olur və yaranır, bəzən uzun müddət qalır, bəzən ani olur və demək olar ki, hadisələrin gedişinə təsir etmir. Ona görə də gerçəkliyin özündə həmişə yaranma, təşəkkül tapma, mövcud olmaq, yox olmaq prosesləri vardır.

Şeylərin, hadisələrin, proseslərin müxtəlif cür olmaqlarını başa düşmək çox vacibdir.Şeylər, məsələn dağ süxurlarına səpələnmiş kristal almaz ilk insanın yaranmasından milyon illər əvvəl gerçəklikdə mövcud olmuşdur, bu gün də qalır, həm də biz onun haqqında məlumatsız ola bilərik. O bizdən, bizim qürurumuzdan asılı olmayaraq mövcuddur. İnsan şüurundan kənarda mövcud olan hər şeyi əhatə edən gerçəkliyi biz obyektiv reallıq adlandırırıq.

Başqa cür reallıq və ya gerçəklik də mövcuddur - məsələn, kristalloqraf ‒ alim və kimyaçı texnoloq almazın kristal struk­turunu, onların hansı atomlardan və ya ionlardan təşkil olun­duğunu, onlar arasında olan əlaqəni və hələ təbiətdə, gerçək­likdə mövcud olmayan süni almaz hazırlamağın fiziki – kim­yəvi və texnoloji proseslərini aydın təsəvvür edə bilərlər. Hələ yalnız düşüncələrdə olan, hələ yaradılmamış süni almaz və fikir mərhələsində olan texnoloji proseslər mövcuddur, vardır. Onlara bizim şüurumuzun xüsusi vəziyyəti kömək edir, ancaq onlar mövcuddur, obyektiv gerçəklikdə yox, bizim şüuru­muzda, təfəkkürümüzdə, xəyalımızda mövcuddurlar, yəni onlar subyektiv reallıqdırlar.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə