M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə43/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   39   40   41   42   43   44   45   46   ...   184
muhazire FELSEFEyeni

Dünya insanın iradə və şüurundan asılı olmayaraq və ondan kənarda keçici olmayan vəhdət kimi mövcuddur. Lakin problem ona görə yaranır ki, adamlar bizi əhatə edən dünyada praktiki fəaliyyət göstərməklə öz fəaliyyətləri ilə keçici olanı olmayanla əlaqələndirməklə, ilk növbədə özləri üçün müx­təlifliklərdə vəhdətin obyektiv münasibətini açmalıdırlar. Bun­dan başqa onlar yaratdıqları ayrı – ayrı predmetləri, konkret bütövlüyü, münasibəti vahid, bütöv dünyaya daim ˝düzməli˝, ˝yerləşdirməlidirlər˝.

İnsan gündəlik həyatında, praktik fəaliyyətində özünün təbiətlə, digər adamlarla, cəmiyyətlə vəhdətini axtarmağa meyllidir (hər birimiz bunu öz təcrübə-mizdən bilirik). Eyni zamanda hər kəsə maddi və mənəvi, təbiət və cəmiyyət ara-sında özü və digər adamlar arasındakı ümumini əsaslı fərq kifayət qədər aydındır. Bununla belə hər kəs üçün ətraf aləmin müxtəlif bütövlükləri arasındakı tapmaq və mənimsəmək çox vacibdir. Məhz burada bədən və ruh, təbii və ictimainin ayrılmaz vəhdəti bir – birinə qarışır.

Bütün bu səbəblərdən müxtəlifliyin – təbii-əşya və mənəvi, təbii və ictimai – vəhdəti kimi dünyaya yanaşma mütləq insan praktikasında yaranmalı, sonra isə həm də mədəniyyətin prob­leminə çevrilməli idi. Fəlsəfədə hər şey – ümumi hamı üçün ümumi sualı qoyulmuşdur. Bu suala cavab verən filosoflar çoxdan belə qənaətə gəlmişlər: təbiətin predmetləri və ideal məhsullar (fikir, ideya), təbiət və cəmiyyət, müxtəlif fərdlər onda oxşadırlar ki, onlar ˝var˝, mövcuddurlar, həm də ayrı-ayrı yox məcmu halında, dünyanın mövcudluğunun vəhdətində mövcuddurlar.

Varlıq probleminin fəlsəfi kəşfi – hələlik dünyanın vəh­dətinin nədən ibarət olmasının təhlili deyildir, bu zəruri ilkin şərtlərin axtarışıdır, bunlar olmasa dünya-nın vəhdətini açmaq olmaz. Dünyanın vəhdəti – onun varlığında deyil, doğrudur onun varlığı onun vəhdətinin ilkin şərtidir, belə ki, dünya vəhdət halında olmazdan əvvəl mövcud olmalıdır.

Beləliklə, varlığın fəlsəfi probleminin ikinci aspekti aşa­ğıdakılardan ibarətdir: təbiət, insan, fikir, ideya, cəmiyyət bərabər surətdə mövcuddurlar: müxtəlif cür mövcud olmaq­larına baxmayaraq onlar öz mövcudluqları hesabına sonsuz, keçici olmayan dünyanın bütöv vəhdətini yaradırlar. Başqa sözlə desək, dünyada olmuşların, olanların və olacaqların mövcudluğu – dünyanın vəhdətinin ilkin şərtidir.

İnsan üçün mühüm olan nədir: nə üçün ulduzlar parıldayır, yaxşı yaşamaq üçün vəsaiti necə əldə etmək olar? Çox güman ki, adi insana sonuncu məsələ daha yaxın-dır, bu gün o daha vacibdir. Kainat, onun quruluşu məsələsini öyrənmək gözləyə bilər, biz Yerdə olan problemləri özümüz üçün aydınlaşdırmalı və layiqli yaşamağı öyrənməliyik. (Hətta bu gün adamların əksəriyyəti üçün sadəcə olaraq yaşamaq böyük nailiyyət hesab olunur). Lakin inkişaf etmiş yetkin insan üçün sadəcə olaraq yaşamaq, öz təbii ehtiyaclarını ödəmək kifayət etmir.Onun üçün bu yaşamağın mənasının olması lazımdır.

Varlığın dərk olunmasına təlabat insanın fəaliyyətində daimi məqsədəuyğun-luğun olmasındadır. Biz nə etsək də bunu həmişə ˝nəyə görəsə˝, hansısa məqsədə görə edirik. Bizim işləməyimiz, oxumağımız, əylənməyimiz, texniki qurğu düzəlt-məyimiz və ya incəsənət əsəri yaratmağımız – bütün bunlar müəyyən məqsədlərə tabedir, bu da onlara məna verir, yəni bizim fəaliyyətimizi əsaslandırır, ona bəraət qazandırır. Hətta ölüm belə yüksək məqsədlər naminə (ailə, Vətəni qorumaq, borcu yerinə yetirmək və s.) qəbul olunanda o qorxulu olmur. Fəaliyyətin mənasızlığı isə - ən dəhşətli cəzadır.

Əgər insanın praktiki olaraq hər bir fəaliyyəti məqsə­dəuyğun olursa və dərk olunmurdursa, deməli onun bütün həyatı da bu xarakterdə olmalıdır. O dərk olunan olmalıdır. Onda hərtərəfli, güclü və layiqli məqsədlər olmalıdır. Bunun nədən ibarət olmasını, insanın həyatına nəyin qəbul olunan məna verməsini müəyyənləşdirmək- filosofluq etməyin, onun ˝əsas məsələsinin˝ başlıca vəzifəsidir.

İnsan həyatının mənasının nədən ibarət olmasını müəyyən etmək ciddi maneələrlə toqquşur. Məlum olur ki, insanın fərdi həyatının mənasını onun özündə tapmaq olmur. İnsanın yaratdığı istənilən şeyin mənası (kompüter, kitab) onun özündə yox, onun insana və digər şeylərə münasibətdə aşkar olunduğu kimi insan həyatı ilə də məsələ belədir. Ona görə də ayrıca adamın həyatının mənası yalnız o vaxt mövcud ola bilər ki, insan nəslinin həyatında, onun bütün tarixində nə isə məna olsun. Bəşəriyyət isə o vaxt məna kəsb edir ki, Kainatın, təbiətin mənası olsun – axı bəşəriyyət onların tərkib hissəsidir. Ola bilməz ki, ˝hissənin˝ mənası olsun, ˝tamın˝ isə yox.

Ona görə də fəlsəfə özündə yalnız insan haqqında deyil, bütövlükdə cəmiyyət, onun tarixi, eyni zamanda təbiət, Kainat və s. haqqında bilikləri cəmləşdirir. Həm də Kainat və ya biosfera fəlsəfəni olduqları kimi maraqlandırmır (bu təbiət­şünaslığın predmetidir), onları insanla, onun məqsədləri və dəyərləri ilə münasibətdə öyrənir.

Beləliklə, varlığın problemi – bütövlüdə dünyanın mövcud­luq üsulu, məqsəd-ləri və mənası problemidir, yalnız bunlar insanın fərdi həyatını mənalı edə bilər. Dünyada olan müxtəlif bütövlüyün – təbiət, insan, onun yaratdığı hər şey, onun fikri və ideyaları da daxil olmaqla, cəmiyyət – bərabər surətdə mövcudluğunu, olmasını və varlıq haqqında fikrin hərəkətinin daxili məntiqinən riayət etməyi müəyyən etməklə etiraf edək ki, bütöv universium kimi təbiət olmuşdur, var və olacaqdır; insan, cəmiyyət nə vaxtsa yaranmışdır, bu günə qədər var və ümid edək ki, olacaqdır. Buradan mühüm bir nəticə çıxır: bütövlükdə dünya (və orada mövcud olan hər şey) məhz mövcudluğun və inkişafın daxili və obyektiv məntiqinə əsasən mövcuddur, yəni real olaraq konkret fərdin və adamların konkret nəslinin şüuruna və hərəkətinə, fəaliyyətinə göndəril­mişdir.

Ayrıca adam öz praktikasında dünyanın mövcud olması faktı kimi bu real ilkin şərtləri də nəzərə alır.Sadəcə olaraq dünyanın olması, onun mövcudluğu fikri yox, həm də dünyanın bütövlüyünün fərqli və vəhdət halında hər bir adamın, hər bir nəslin şüuru və fəaliyyəti üçün real olması fikri varlığın fəlsəfi probleminin üçüncü məna aspektidir.

Şüur dərk olunmuş varlıqdır, adamların varlığı isə onların həyatının real prosesidir. Fəlsəfi ədəbiyyatlarda bu fikri təhlil edərkən qeyd olunur ki, şüur varlığın başa düşülməsidir (˝dərk olunmuş varlıq˝). Şüurun xüsusi, məhz varlıq olması fikri-ni qeyd edərkən onu da vurğulamaq lazımdır ki, varlıq sözün geniş mənasında - ˝həyatın real prosesi˝ kimi – ayrı-ayrı adam­ların və nəsillərin fəaliyyətinə obyektiv verilmiş şərait və ilkin şərt xarakteri daşıyan hər şeyi əhatə edir.

Ayrı-ayrı fərdlər və adamlar nəsli üçün olan reallığın məc­musuna aşağıdakılar daxildir: bəşəriyyətin hələ mənim­səmədiyi təbiətdə olan şeylər, proseslər (Yerdə bunlar getdikcə azalır, Kosmosda isə sonsuzdur, təsəvvür edilməz dərəcədə çoxdur); insanın təbiət materialından hazırladığı şeylər, proseslər (bunlar Yerdə, hətta kosmosda da çoxdur); ictimai həyat – adamların münasibəti, onların təşkilatları, idealları, prinsipləri və ideyaları; obyektiv gedən həyat fəaliyyətində fərdlər.

Beləliklə, insan reallığı bütövlüyün məcmusu, öz möv­cudluğunun və inkişafının məntiqi olan varlıq kimi qəbul etməli olur.Adamlar köklü, sözün həqiqi mənasında inqilabi dəyişikliklər etmək fikrinə düşdükdə belə başa düşməlidirlər ki, reallıq var, mövcuddur, onu dəyişməyin çərçivəsini, ideallığın inkişaf meylini anla-malıdırlar.Tarixdə və ayrı-ayrı adamların fəaliyyətində bəzən reallığın mövcud olması və inkişafının daxili məntiqi subyektivcəsinə inkar olunur. Lakin gec-tez real-lıq özünə qarşı olan bu ədalətsizliyə görə qisas alır, onunla hesablaşmağı tələb edir. İctimai həyatda dəyişikliklər baş verəndə isə bunu mütləq nəzərə almaq lazımdır. Xüsusi ilə iqtisadiyyat sahəsində olan dəyişikliklər vaxtı iqtisadi fəaliy­yətin obyek-tiv ilkin şərtləri, çərçivəsi, imkanları, meylləri hər tərəfli tədqiq olunmalıdır – bunu yığcam şəkildə təsərrüfatın təkamülünün obyektiv məntiqi kimi müəyyən etmək olar.

Hər bir ayrıca adamın həyat fəaliyyəti – başqa adamlar üçün və onun özü üçün reallıqdır. Razılaşın ki, bizim hər birimiz öz bədənimizə və ruhumuza (genetik rüşeymlərə, qabiliyyətimizə, vərdişlərə, bacarığa səriştəyə, arzulara, meyl­lərə, ümidlərə, ideyalara, fikirlərə), öz keçmişimizə, indimizə və gələcəyimizə, başqa adamlarla və cəmiyyətlə qarşılıqlı əlaqələrimizə xüsusi reallıq, xüsusi varlıq kimi yanaşmağa məcburuq. Reallıq həm bizim üçün, həm də başqa adamlar üçün olduqca vacibdir. Fərdin şüuru hətta bu reallığı da anlayır, əks etdirir. İnsanın şüuru həm də özünüdərketmə olduğundan onun fərdi varlığını da əks etdirir, bu varlıq vasitəsi ilə adamların fərdi varlığının ümumi xüsusiyyətlərini başa düşür.

Qeyd etmək lazımdır ki, yalnız təbii yox, həm də mənəvi, ideal olanlar prak-tikada mənimsənilir və olan, verilmiş, xüsusi reallıq xarakterinə malik kimi fəlsəfədə dərk olunur. Mövcud olan mənəvi proseslər və məhsullarla, həyatın əşya, predmet reallığı ilə hesablaşdığımız kimi hesablaşmalı oluruq. Deməli mənəvinin, idealın, varlığın reallığının məcmusuna daxil edilməsi – insan həyatında olan faktdır. Qeyd edək ki, yalnız maddi predmetlər, maddi dünya (materiya) deyil, həm də fikir ˝gerçəkdir˝, yəni mövcuddur. Bir sözlə, dünyada olan hər şey mövcuddur və filosoflar demişkən öz varlıqlarını, mövcud­luqlarını özlərinə məxsus şəkildə biruzə verirlər.

Ümumi nəticə: varlıq probleminin üçüncü fəlsəfi aspekti onunla bağlıdır ki, dünya və onda olan hər şey gerçəklikdir, öz mövcudluğunun, inkişafının daxili məntiqi var, real olaraq ayrı-ayrı fərdlərin və adamlar nəslinin şüuruna, fəaliyyəti-nə verilmişdir.

Dünyadan məna və məqsəd tələb etmək çox da diqqətsizlik deyilmi? Bununla biz Kainata öz insani xüsusiyyətlərimizi şamil etmirikmi? Vaxtilə yunanlar Olimpiya allahlarına öz ehtiraslarını və qüsurlarını şamil edirdilər. Belə təhlükə, şübhəsiz ki, vardır. Fəlsəfədə bu antropomorfizm (yunan sözü olub, antropos – insan, morfe – forma deməkdir) adlanır, yəni dünyanın quruluşu haqqında düşüncələr sosial həyatın təşkilinə oxşar şəkildə verilir. Varlığın mənası haqqında sualının qoyu­lu­şunun düzgünlüyünə inamağın daha ciddi əsasları vardır.

Hər hansı hadisənin mənası haqqında sual adətən ˝niyə˝, ˝nə üçün˝, ˝hansı məqsədə görə˝ sözləri ilə qoyulur. Təbiət elmlərində bu suallar praktiki olaraq qadağan olunmuş suallardır. Kütləyə malik olan müxtəlif adlı enerjinin və ya cis-min bir-birini nə üçün cəzb etməsini soruşmaq yersizdir. Axı həm də digər nümunə-lər vardır. Tutaq ki, bioloqlara ˝Nə üçün maralın buynuzu var?˝ və ya ˝Nə üçün pişiklərin ayaqları əyridir?˝ kimi suallar qəribə görünməyəcəkdir. Bu suallara qaneedici cavablar vardır: müəyyən növün təkamül prosesində yaranan müəyyən funksiyanı yerinə yetirmək üçün (həm də bu yalnız bədən formasına yox, canlı varlıqların davranış formalarına da aiddir). Bu canlının təkamülünün məqsəd və mənasının olması deməkdir? Hərfi mənada çox güman ki, yox. Metaforik, fiqura baxımından – birmənalı ˝hə˝ demək olar. Canlı sistemin təkamülü (son illər məlum olmuşdur ki, yalnız canlı yox) onların xassəsinin dəyişməsinə açıq şəkildə istiqa-mətlənmişdir. Qanunauyğunluq xarakterinə malik olan bu istiqamət bütövlükdə dünyanı ˝məna˝ və ˝məqsəd˝ terminləri ilə şərh etməyə imkan verir. Bu mənada sonuncular adamların subyektiv niyyətlərini və ümidlərini ifadə etmir, bu və ya digər hadisənin obyektiv zəminliyinin ifadəsidir.

Məsələn, insan ölümə məhkumdur. İnsan varlığının sonlu olması prinsipcə onun bütün cəhdlərini, işlərini mənasızlaş­dırmalıdır. Bir halda ki, öləcəyik, izsiz yox olacağıq, onda əziyyət çəkmə nəyə lazımdır? Bunun mənası nədir? Bununla belə məna vardır.Yalnız fərdi yox, nəsil, təkamül baxımından mənası vardır. Bütün canlıların ölümə məhkum olması uyğunlaşma mexanizmidir, onun köməyi ilə bio-sistem özünü təkmilləşdirir. Məhz nəsillərin sürətli dəyişməsi təbii seçimin fəaliy-yət məkanın genişləndirir. Yalnız o uğursuz mutasiyanı ˝kənara atmağa˝, uğurlunu möhkəmləndirməyə, yeni formaları ˝sınaqdan keçirməyə˝ imkan verir. Əgər bu mexanizm olma­saydı təkamül çoxdan dayanardı, ağıllı insan yaranmazdır.

Sadə bir nümunə götürək: nə üçün ˝atalar və oğullar˝ praktik olaraq heç vaxt ümumi dil tapa bilmirlər? Bəşəriyyət mövcud olandan bəri yaşlı nəsil şikayətlənir ki, ˝cavanlar indi əvvəlki kimi deyildir˝, gənc nəsil isə yaşlıların müha­fizə­karlıqlarından yorulduqlarını deyirlər. Əgər nəsillər arasında olan münaqişə bu qədər möhkəmdirsə, deməli o nəyə görəsə cəmiyyətə lazımdır, yəni onda hər hansı məna var? Əlbəttə var. Məna eynidir – təkamül. ˝Uşaqların˝ ˝atalarına˝ qarşı perma­nent, davamlı qiyamı mədəniyyətin normalarının və ənənə­lərinin bir nəsildən digərinə keçməsini möhkəm, bərk və hərəkətli edir. Bu da cəmiyyət qarşısında yeni, əvvəllər görünməyən imkanlar və inkişaf istiqamətləri açır. Təsəvvür edirsiniz ki, əgər ˝uşaqlar˝ həmişə öz ˝valideynlərinin˝ sözlə­rinə qulaq assaydılar nələr olardı? Cəmiyyətin inkişafı daya­nardı və ya hər ehtimala qarşı bu inkişaf xeyli ləngiyərdi.

Beləliklə, əksər sosial və bioloji hadisələrin ˝mənası vardır˝, belə ki, onların zəruriliyi canlı təbiətin təkamül mexanizminin özündədir. XX əsrdə məlum olmuş-dur ki, yalnız canlı materiyaya yox, həm də bütün Kainata təkamül xasdır. Kainatın təkamülünün də öz isdiqaməti vardır, yəni o hər hansı qlobal ˝məqsədə˝ ˝can atır˝. Ona görə də ˝məna˝, yəni bioloji və sosial təkamülün zəruriliyi bütövlükdə Kainatın inkişaf mexanizmində öz izahını tapa bilər. Bizim dünyanın varlığının ˝mənası˝ - əslində onun mövcudluğunun və inkişa­fının qanunudur. Onlar şübhəsiz ki, obyektivdir.İnsanın möv­cud­luğunun mənası isə - daha çox subyektiv kateqoriyadır. Bu mənaları birləşdirmək, harmonikləşdirmək, onların ˝rezo­nan­sını˝ tutmaq sonsuz obyektiv dünyada sonlu insan həyatının etibarlı dayaq nöqtəsini tapmaq – varlıq problemini həll etmək deməkdir.

Fəlsəfə tarixində bu məsələnin həllinə dəfələrlə cəhd gös­tərilmişdir. Bu məsələ indi də fəlsəfi diskusiyaların predmeti olaraq qalır.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə