M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə44/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   40   41   42   43   44   45   46   47   ...   184
muhazire FELSEFEyeni

Varlığın əsas formaları-bütöv dünya – bu ən ümumi vəhdətdir, o özündə kon­kretliyi və bütövlüyü ilə seçilən hədsiz çoxlu mövcudluğu olan şeyləri, prosesləri, vəziyyətləri, orqanizmləri, struktur, sistem, insan fərdlərini birləşdirir. Fəlsəfi ənənələrə sadiq qalaraq onları mövcud olan, dünyanı isə bütövlükdə özlüyündə mövcud olan adlandırmaq olar. Varlığın ən ümumi əlaqəsi tək – tək mövcudluqlar arasındakı əlaqə vasitəsi ilə təzahür edir. Hər bir mövcudluq nadirdir. Xarici və daxili şərait, yəni dünyada olan hər şeyin mövcud olması vəziyyəti təkrar­olunmazdır ( və ya bunu fəlsəfi terminlə ifadə etsək, hər cür mövcudluğun “möv­cud varlığı” təkrarolunmazdır). Mövcud­luğun müəyyənliyi fərdi varlıqda onun yerini və bütöv varlıqda onun yerini xarakterizə edir. Varlığın şəraiti, anları, onun “aniliyi” heç vaxt yenidən təkrarlanmır və dəyişməz qalmır. Hər bir mövcudluğun nadirliyinin (təkcəliyinin) qəbul edilməsi insan haqqında təlim üçün xüsusi ilə vacibdir. Hər bir insanın varlığının nadirliyinin təsbit edilməsi humanizmin mühüm əxlaq qaydasından irəli gəlir: hər bir adamın təkrarolunmaz varlıq kimi qəbul edilməsi və ona hörmət edilməsi.

Varlığın ayrı – ayrı təzahürləri nə qədər nadir olsa da və adamlar bu nadirliklərlə necə hesablaşsalar da buna baxma­yaraq praktika və idrak tələb edir ki, təkcələr ümumiləşsinlər qrup halında, o cümlədən olduqca geniş bütövlükdə birləş­sinlər. Təkcə mövcud olanların bütövlükdə birləşməsi vaxtı insan fikri təkcələrin məhz necə mövcud olduğunu nəzərə alır. Təkcə mövcud olanın mövcudluq şəraitinin, üsullarının müəy­yən oxşarlığını aşkar edən fəlsəfə onları müxtəlif qruplarda birləşdirir, onlara varlığın ümumilik forması xasdır. Bu cür qruplar çoxdur (biz əsasən varlığın əsas formaların-dan danışacağıq). Varlığın spesifik formasına aid olmaq baxımın­dan mövcud olanların fərqləndirilməsi və birləşdirilməsi – adamların adi, gündəlik həyatlarının dayaq nöqtəsidir. Onlar fəaliyyətin bütün sahələrində mütləq varlığın müxtəlif for­malarını nəzərə alırlar – doğrudur çox vaxt bunu görmürlər. Axı insan əli dəyməyən təbiət materialını işləyib hazırlamaq - əksər hallarda artıq insan fəaliyyətinin süzgəcindən keçmiş şeyləri: və prosesləri dəyişdirməklə eyni deyildir; canlı insan bədəninə, xüsusən də adamların fikirlərinə və hisslərinə təsir etmək təbiət şeylərindən fərqli olmalıdır.

Varlığın formaları problemi həm də adamların gündəlik praktikaları və dərketmə fəaliyyətləri üçün vacibdir (doğrudur həyatda onlar çox vaxt heç də fəlsəfi terminlərlə dərk olunmur və müzakirə edilmir).

Fəlsəfə üçün də o vacibdir. Bir halda ki, fəlsəfənin əsas məsələsi təfəkkürün varlığa münasibəti haqqında məsələdir, onda onun dərindən həlli varlıq anlayışını açmaqdan, onun əsas formalarına nəzər salmaqdan asılıdır. Adətən idealizmin müx­təlif növləri varlığa, onun spesifik formalarına daha çox diqqət yetirirlər. Materialistlər isə varlığın formalarına fərqli yana­şırlar.

Yada salaq: varlığa tərif verərkən biz əvvəlcə onun üzə­rində dayandıq ki, dünyanın bütövlüyü bərabər sürətdə möv­cuddur və bütün bunlar ona reallıq xarakteri verir, dünyanın vəhdətinin ilkin şərtini yaradır. İndi isə diqqətimizi varlığın əsas formaları arasındakı dialektik fərqlər üzərində cəmləşdirək – o mənada dialektik ki, varlığın ən ümumi əlaqələri, bu formalar arasındakı qarşılıqlı əlaqə diqqətdən kənarda qalma­yacaqdır.

Aşağıdakı fərqli, eyni zamanda qarşılıqlı surətdə bir – biri ilə bağlı olan varlığın əsas formalarını ayırmaq məqsədə­uyğundur:



  1. şeylərin (bədən), proseslərin varlığı - o da öz növ­bəsində şeylərin, proseslərin, təbiətin vəziyyətinin varlı­ğına, bütövlükdə təbiət varlığına, insanın istehsal etdiyi şeylərin və proseslərin varlığına bölünür;

  2. insanın varlığı - bu da şeylər aləmində insan varlığına və spesifik insan varlığına bölünür;

  3. mənəvinin (idealın) varlığı - bu da fərdiləşmiş mənə­viyə və obyektivləşmiş (fərddənkənar) mənəviyə bölünür;

  4. ictimainin varlığı - bu da fərdi varlığa (cəmiyyətdə və tarixi prosesdə ayrıca adamın və cəmiyyətin varlığı) və cəmiyyətin varlığına bölünür;

İlk üç formanı burada, dördüncü formanı isə cəmiyyətə həsr olunan fəsildə təhlil edəcəyik.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə