M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə48/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   44   45   46   47   48   49   50   51   ...   184
muhazire FELSEFEyeni

Fərdiləşmiş mənəvinin varlığı

Mənəvi müxtəlifliyin vəhdətidir, şüur və şüursuzluğu əhatə edir (öz mövcudluğu və təzahürünün konkret forma­larında müxtəlif olur), təbii dillər formasında və sini işarə - simvolik sistemində təcəssüm edən, maddiləşən bilikləri özünə birləşdirir. Mənəvi məhsula və proseslərə həm də insan ünsiyyətinin normaları, prinsipləri aiddir, bura əxlaqın, hüququn, bədii yaradıcılığın normaları və ideyaları daxildir. Məhz varlığın formalarındakı fərqləri nəzərə alaraq mənəvini şərti olaraq iki böyük yarımnövə (bir – birinə yaxınlaşdıran əlamətləri olan eyni növə mənsub fərdlərin məcmusu) bölmək olar: - mənəvi – fərdlərin konkret həyat fəaliyyətindən ayrılmaz olan (fərdiləşmiş mənəvi) və eyni zamanda fərddən kənar mövcud ola bilər və çox vaxt mövcud olan və ya qısa desək, obyektivləşmiş (fərddənkənar, obyektivləşmiş mənəvi). Birinci növ–mənəvinin fərdiləşmiş varlığı – ilk növbədə fərdin şüurunu işə salır. Qəribə görünəcək sual qoyaq: şüur necə mövcuddur ? Biz onun haqqında necə bilirik? Olduqca sadə: o bizim içimizdə „yaşayır”, bizim varlığımızın, bizim „mən”in ayrıl­maz hissəsidir. Onun köməyi ilə biz dünyaya olan münasi­bətimizi istiqamətləndiririk, həm də ona öz diqqətimizi yönəlt­məyə, „daxildən” onu müşahidə etməyə qadirik.

Filosofların dediyi kimi, refleksiya həyata keçir: şüur işləyir, adam isə şüurun köməyi ilə onun haqqında düşünür, reflekslə ona cavab verir. Diqqətimizi aşağıdakı fikrə yönəlt­məklə başa düşmək olar ki, həqiqətən də və bilavasitə şüur mövcuddur, olduqca surətlə dəyişən arzuların, niyyətlərin, təəssüratların, hisslərin, həyacanların, fikirlərin görünməz və geriyə dönməz axarı kimi, eyni zamanda daha sabit ideyaların, əqidənin, dəyərlərin, qaydaların və s. məcmusu kimi mövcud­dur. İlk anda xaotik görünməsinə baxmayaraq şüur axını müəyyən qayda, əlaqəli, vəhdət, sabit və ən ümumi struktur formasında olur.

Şüurun mövcudluğunun spesifikası – onun proseslərinin hərəkətli olmasında, eyni zamanda onun bilavasitə varlığının istənilən xarici müşahidədən gizli olmasındadır. Bu axını birbaşa və bilavasitə tutmağın yeganə üsulu – fərdin öz şüu­runda baş verənlər haqqında hesabat verməsidir. Şüurun axınını bərpa etməyi, yenidən qurmağı, onun varlığının fərdi bütöv­lüyünü və təkrarolunmazlığını aşkar etməyi adamlar hələ öyrənməyiblər. Şüurun axarından onun ayrı – ayrı ünsürləri, fraqmentləri, təzahürləri (fenomenləri) götürülür və qeyd olu­nur – o sırf subyektiv təəssürat kimi və ya obyektiv baxımdan əhəmiyyətli nəticələr kimi təqdim olunur. Lakin tarixi inkişaf prosesində adamlar şüurları ilə nə baş verdiyini müşahidə etməyi öyrənirlər, bu haqda məlumat verirlər, başqa adamlarla fikirlərini, hisslərini, şüurlarının vəziyyətini müzakirə edirlər. İnsan ünsiyyəti bunun üzərində dayanır və mədəniyyət müəyyən səviyyədə bunlara əsaslanır: axı mədəniyyət çox vaxt məhz insanın daxili təcrübəsinə yönəlir və rəssamların xüsusi bacarığını əsasən bu təcrübə təsvir olunur və dərk edilir. Varlığın fərdiləşmiş mənəvi formasının spesifikliyi ondan ibarətdir ki, şüurun konkret prosesləri ayrıca adamın doğulması və ölümü ilə yaranır və ölür. Bu şüurun bütün nəticələrinin mütləq “ölməsi“ demək deyildir: onlardan ikinci, fərddən kənar mənəvi formada yarananlar, o cümlədən ünsiyyət prosesində başqa adamlar tərəfindən bilavasitə verilənlər saxlanılır.

İnsanın şüuru – eyni zamanda onun özünü dərketməsi, yəni insanın öz bədənini, öz fikirlərini və hisslərini, özünün cəmiyyətdə olan mövqeyini, başqa adamlara olan münasibətini, bir sözlə xüsusi və vahid şəxsiyyət kimi özünü dərk etməsidir. “Özünü dərk etmə necə mövcuddur?“ sualı maraqlı və mürəkkəb sualdır. Özünü dərketmə prosesləri fərd tərəfindən öz şəxsi şüuru axınından ayrıla bilər. Lakin özünü dərketmə şüurun bütöv axarından ayrı mövcud ola bilməz. Özünü dərketmə - bizim şüurun özünə məxsus mərkəzidir. Təsadüfi deyil ki, böyük filosoflar (məsələn, İ.Kant) insan şəxsiyyətinin vahidliyini, inteqrasiyalığını, deməli nadirliyin vəhdətini onun özünü dərketməsi vəhdəti ilə sıx bağlıyırdılar.

Bəzi filosoflar belə hesab edirlər ki, özünü dərketmə yalnız o vaxt mövcuddur ki, insan açıq və məqsədyönlü şəkildə (çoxdan və yaxşı qurulmuş mexanizm hesabına) diqqətini özünə, öz həyacanlarına, niyyətlərinə, fikirlərinə, fəaliyyətinə “çevirir“. Digərləri belə hesab edirlər ki, özünü dərketmə biz onu hiss etməyəndə belə “işləyir“, şüurun istənilən aktı, o cümlədən xarici predmetə yönələn aktı bizim özünü dərketmə mexanizmlərinin təcrübəsini birləşdirmədən mümkün deyildir.

Fərdiləşmiş mənəvidən danışarkən biz yalnız öz – özünə və ya məqsədyönlü, qarışıq və ya aydın şüur proseslərini nəzərə almırıq. Fərdiləşmiş mənəvi sözün geniş mənasında həm də şüursuzluğu özündə birləşdirir. Əgər şüurun mövcudluğu ilə bağlı heç bir şübhə yoxdursa da, şüursuzluğun mövcudluğu məsələsi uzun müddət bir çoxları üçün mübahisəli olmuş və bu gün də bu məsələ ətrafında mübahisələr səngimir. Əslində iki sual qoyulur: şüursuzluq mövcuddurmu? Əgər mövcuddursa, bəs bu necə olur ?

Birinci suala əksər alimlər və filosoflar müsbət cavab verirlər. Əgər XX əsrin əvvəllərində insan ruhunun, insan psixikasının şüursuzluğunun öyrənilməsi çox az fəlsəfi və psi­xoloji istiqamətlər tərəfindən aparılırdısa (məsələn, freydizm), indi o daha geniş öyrənilir. Mütəxəssislər belə hesab edirlər ki, şüursuzluq yalnız mövcud deyildir, həm də fərdin psixi fəaliyyətinin, onun mənəvi bütövlüyünün mühüm tərəfidir.

Şüursuzluq probleminə ətraflı nəzər salmaq imkanımız olmadığından mütəxəssislərin izahlarına əsaslanaraq aşağıdakı suala cavab verməyə çalışacağıq: şüursuzluq məhz necə mövcuddur, onun varlığının xüsusiyyətləri necədir?



Şüursuzluğun birinci səviyyəsi insanın öz bədəninin həyatı üzərində dərkolunmamış nəzarəti, bədənin daha çox sadə ehtiyaclarının və təlabatlarının ödənilməsi funksiyasını nizama salmaqdır. Bu nəzarət avtomatik olaraq həyata keçirilir (məhz şüursuz surətdə olur).

Şüursuzluğun mexanizmi düzgün işləyir. Onun pozulması bir sıra psixi pozğunluq vaxtı (məsələn, insan sağlam ayaqları üzərində yeriyə bilmir) özünü göstərir. Bəzi arzular və niyyətlər, yuxular, patoloji ruhi vəziyyət (fobiya, paranoyluq və s.) şüursuz (qismən şüursuz) olurlar.



Şüursuzluğun ikinci səviyyəsiayıqlıq vaxtındakı insan şüuruna oxşar proseslər və vəziyyətlərdir, müəyyən vaxt onlar dərkedilməmiş olurlar, onlar həm də şüur sahəsinə keçə bilərlər. Biz deyəndə ki, “fikir yetişib”, “mənə elə gəlir ki, ...” əslində fikrin, surətin şüursuzluq səviyyəsində yetişməsini, sonradan onun dərk olunmasını nəzərdə tuturuq. Bura həm də kifayət qədər çox olan məlumatlardan, daha böyük narahatlıq doğuran həyacanlardan şüuru müdafiə etmək üçün şüurdan “çıxarılanlar“ aiddirlər.

Şüursuzluğun üçüncü səviyyəsi - insanın ruhunda ali həyacanlar doğuran bədii, elmi, fəlsəfi və digər intuisiyalar prosesində təzahürünü tapır. Bu proseslərdə şüursuz bədən şüurla, insanın yaradıcı hissi enerjisi və əqli ilə sıx bağlı olur.

Şüursuzluğun mövcudluğu problemində ziddiyyətlər və çətinliklər ondan ibarətdir ki, bizə şüursuzluğun yalnız ayrı – ayrı fraqmentləri gəlib çatır, həm də şüur tərəfindən sanki tutulmuş psixi proseslər gəlib çatır. Bununla belə hələ lazımınca ifadəsini tapmayan şüur səviyyəsinin dərinliklə­rin­dən bu fraqmentin necə üzə çıxmasını və ya bu fraqmentlərin ona necə yüklənməsinin diqqətli, birbaşa müşahidələri (eyni zamanda psixoloqların, filosofların, psixiatrların, yazıçıların, məsələn yaradıcılıq proseslərini, yuxuları, psixoloji patologi­yanı dolayısı müşahidə etməsi) şüursuzluq haqqında əsaslı mühakimə yürütməyə və onu təhlil etməyə imkan verir.

Fərdiləşmiş mənəvinin varlığı – fərdin varlığının mühüm tərəfidir. Bir daha təkrar edək ki, əgər insanın bədəni olma­saydı (deməli təbiət öz təkamülünü etməzdi) şüur da özünün bu gün olan formasında mövcud ola bilməzdi. Olur ki, adam “şüurunu itirir“, lakin hələ yaşayır. Ancaq bu ekstremal vəziy­yətdir. Nə qədər ki, insanın şüuru mövcuddur, yaşayır, inkişaf edir insan da normal yaşayır. İnsanın mövcudluğu həm də şüursuzluğun mövcudluğundan asılıdır. Bir sözlə, fərdiləşmiş mənəvinin mövcudluğu – inteqral əsasdır, onsuz insan varlığı, onun dialektik inkişafı mümkün deyildir.

Fərdi şüurun varlığı (həm də şüursuzluq) yalnız varlığın nisbətən müstəqil formasıdır – fərdiləşmiş mənəvi bütöv varlığın təkamülündən ayrı deyildir, bu da fəlsəfənin əsas məsələsinin həlli üçün olduqca vacibdir. O ayrıca mövcud deyildir, fərdi insan varlığının həyat fəaliyyətinin məcmusu ilə şərtlənir, bir çox cəhətdən ondan asılıdır. Fərdin şüurunda müəyyən adamın bədənindən onun psixikasından, mənəvi durumundan başqa hər hansı xüsusi “varlıq yeri” yoxdur. Daha vacib olan odur ki, fərdiləşmiş mənəvi ictimai insanda “lokal­laşmışdır”, öz mahiyyətinə görə mənəvinin xüsusi növlə­rindəndir, eyni zamanda cəmiyyətin varlığı və tarixin inkişafı ilə şərtlənir. Məhz buna görə fərdiləşmiş və fərddənkənar mənəvi bir – biri ilə sıx bağlıdır, bir – birinə “qarışa” bilirlər – Şüurun fəaliyyətinin nəticələri və ümumiyyətlə konkret adamın mənəvi fəaliyyəti ondan ayrıla bilər, sanki ondan “kənara çıxır”. Bu vaxt ikinci tip mənəvi – obyektivləşmiş (fərddən­kənar) mənəvi yaranır.






  1. Yüklə 0,71 Mb.

    Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə