M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə49/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   45   46   47   48   49   50   51   52   ...   184
muhazire FELSEFEyeni

Obyektivləşmiş mənəvinin varlığı

Mənəvi özünün maddi daşıyıcı olmadan mümkün deyildir. Fərdiləşmiş mənəvi şüur və şüursuzluğun son dərəcə fərdi təkrarolunmaz prosesləri, beynin, mərkəzi əsəb sisteminin bütün orqanizmin işinin təzahüründə və proseslərdə mad­diləşmiş və “lokallaşdırılmış“ formada mövcuddur. Mənəvinin maddiləş­məsinin elə forması da vardır ki, o insan mədəniy­yətinin qoynunda doğulmuş və onun varlığının fərddənkənar formasına aiddir. Mənəvinin mövcudluğunun, təcəssüm etmə­sinin təbii və süni, işarə - simvolik formaları daha universaldır.

Dil – fərdiləşmiş və obyektivləşmiş mənəvinin vəhdətinin ən bariz nümunələrindən biridir. Dil və şüurun, dil və fikrin əlaqəsi şübhəsidir. Dil fikrin gərçəkləşməsidir, şüurun işinin ayrı – ayrı nəticələrinin, fraqment proseslərin obyektivləşməsi, kənara çıxması forması kimi dilin rolu böyükdür. Bununla yanaşı hərflər (səslər), sözlər, cümlələr, mətnlər, inkişaf etmiş dilin strukturu, qaydaları, zəngin variantları – reallıqdır, eyni zamanda ayrı – ayrı fərdlərin, insan nəslinin şüurundan ayrılmışdır. Bu reallıq onlara xüsusi dünya kimi verilmiş, insan bəşəriyyətinin, bəşəriyyətin mədəniyyətinin “yaddaşında“ həkk olunmuşdur. Mədəniyyətin, bəşəriyyətin dil yaddaşı – bu dildə danışan və yazan bir çox konkret adamların aktual yaddaşının və obyektiv mövcud olan abidələrin (yazılı, artıq xeyli vaxtdır – səsli sənədlər) mürəkkəb vəhdətidir. Bunların və digərlərinin hesabına bir bütöv kimi dil zənginləşir, dəyişir, qorunur, deməli yaşayır, mövcuddur.

Mənəvi varlığın obyektivləşmiş forması necə və harada doğulur, harada və necə mövcuddur? Dilin nümunəsindən görmək olur ki, obyektivləşmiş formalar fərdiləşmiş forma çərçivəsində - ilk növbədə şüurda meydana gəlir və “işləyir“ (eyni zamanda kollektiv şüursuzluq adlanan formada şüursuz­luğun təkində).

Nümunə üçün deyək ki, nə vaxtsa qədim zamanlarda adam­lar təkər ideyasını fikirləşib tapmışlar. İlk təkəri yarat­maq, onu sınaqdan keçirməklə bu ideyanın – bəşəriyyətin texniki fikrində ən uğurlu olanlardan biri – məhsuldar olduğu təsdiq olundu – ideya kimi o əvvəlcə həyata keçirildi, real təkərlərdə “predmetləşdirildi“, sonra isə öz sərbəst mövcud­luğunu yaşamağa başladı. O təkər haqqında biliklərdə həyata keçirildi, praktiki təcrübə ilə nəsillərə verildi, onlar da öz növbəsində bu ideyanı təsdiq etdilər və zənginləşdirdilər. Təkər ideyası, görünür əvvəllər məhdud predmetlər dairəsində tətbiq olunmuşdur, sonra daha mürəkkəb quruluşla çoxsayda “işlə­məyə“ başladı. Müvafiq olaraq insan biliyinin daha mürəkkəb növlərinə daxil oldu. Beləcə ölümə məhkum olunan insan ölməz ideya yaratdı. O şüurun və fəaliyyətin fərdiləşmiş prosesindən ayrıldı – ideyanın həyatı başladı.

Beləliklə, ideyaların, fikirlərin, dəyərlərin (ideal məna kimi) zahiri təcəssümü müxtəlifdir, lakin onlar mütləq vardır.Bu baxımdan heç bir “təmiz“ (obyektiv təcəssümdən azad) ideya və dəyər mümkün deyildir. Vaxtilə Platon deyirdi ki, lap uzaqlarda, göyün dərinliklərində hər cür materiyadan ayrı olan Xeyir, Həqiqət, Gözəllik ideyası mövcuddur. Bu ideya da boş yerdən yaranmamışdır. Platon bir çox halda real proseslərə əsaslanaraq obyektivləşmiş mənəvinin qəribə xüsu­siyyətlərini şərh etmişdir. Biz ona təkər ideyasının nümunə­sində nəzər saldıq. O deyirdi ki, hazırlanmış qayıq (bütöv bir ağac parçasından ayrılmış qayıq) xarab ola və ya tam yox ola bilər. Qayıq ideyası isə (onun hazırlanması və işinin yaxşı düşünülmüş prinsipi nəzərdə tutulur) keçici deyildir, o mənada ki, qayıq hazırlamaq tələb olunan yerdə həmişə xidmət edir.

İdeya – gözəlliyin idealıdır? Yoxsa ədalətin? Yoxsa həqi­qətin? Adamların gözəllik, yaxşılıq, xeyir, həqiqət haqqında baxışları necə dəyişsə də bədii, əxlaqi, elmi yaradıcılıq prosesini nizama salan ümumiləşmiş baxışlar, meyarlar və normalar yaranmışdır. Bu cür ideyalar bəşəriyyətin inkişafı prosesində kristallaşır, ümuminsani dəyərlərin mənəvi xəzi­nəsini yaradır. İdeyalar aləmi zənginləşir, bununla yanaşı onların nisbi müstəqil varlığı daha böyük əhəmiyyət kəsb edir. İdeyanın varlığı sadəcə olaraq təbiətin və insanın varlığından ayrılmaz deyildir, həm də lap əvvəldən bütöv varlığa daxildir. Bunu təsdiq edən fəlsəfə heç bir tərzdə obyektivləşmiş mənəvinin varlığının daha aydın təzahürü olan ideyanın varlığının spesifikliyinin üstündən xətt çəkmir. Bu obyektiv­ləşmiş varlığın spesifikliyi ondan ibarətdir ki, onun elementləri və fraqmentləri (ideyalar, ideallar, normalar, dəyərlər, müxtəlif təbii və süni dillər) sosial məkanda və tarixi zamanda saxlana, təkmilləşə və azad şəkildə yerini dəyişməyə qadirdirlər. Bəşəriyyətin mənəvi həyatı, sivilizasiya və mədəniyyətin mənəvi zənginliyi, sosial həyat – obyektivləşmiş mənəvinin spesifik “varlığının yeridir“, onun bütöv varlıqdakı yeri də bununla müəyyən olunur.

Mənəvidə gözəllik, ədalət, həqiqət kimi mənəvi - əxlaqi prinsiplər, normalar, ideallar, dəyərlər mühüm rol oynayır. Onlar həm fərdiləşmiş, həm də obyektivləşmiş mənəvi forma­sında mövcuddurlar. Birinci halda söhbət məqsədlərin, niyyət­lərin, motivlərin mürəkkəb kompleksindən gedir, bu da şəxsiyyətin mənəvi strukturunu müəyyən edir, ikinci halda söhbət elmdə, mədəniyyətdə, kütləvi şüurda (onların sənəd­lərində) təcəssüm olunan ideyalardan, ideallardan, norma­lardan, dəyərlərdən gedir. Mənəvi - əxlaqi varlığın bu iki növü filosoflar tərəfindən, xüsusən də obyektiv və subyektiv idea­listlər tərəfindən müxtəlif cür qiymətləndirilir:subyektiv idea­listlər əsas kimi fərdi subyektiv – mənəvi - əxlaqi həya­canları, dəyərləri qəbul edirlər, obyektiv idealistlər isə ruhu fərddən­kənar, mənəvinin obyektivləşmiş varlığı kimi həqiqi təcəssümü hesab edirlər.

İdealistlər bütün varlığa, xüsusən də təbiətin varlığına ruhun varlığının “yüksəkliyindən“ baxırdılar. Bu vaxt təbiətin predmetləri və bütövlükdə təbiət onlar üçün “həqiqi olmayan“ kimi, xaosun, təsadüflərin hökmranlıq etdiyi varlıq kimi gö­rünür. Fəlsəfi fikir tarixində varlığın mənəvi varlığa (ontologiya) və dəyərlərə (aksioloji) ilkin başlanğıc kimi baxan modeli, daha canlı olmuşdur: qaydalar, məqsədəuyğunluq, təbiətdə inkişaf “həqiqi varlıqdan“ irəli gəlir. Məhz buna görə də fəlsəfə varlığın bütün formalarının spesifikliyinin, onların daxili dialektikasının tədqiqinə böyük əhəmiyyət verir. Lakin dediyimiz kimi, varlığın tədqiqi – dünyanın vəhdətinin dərk olunmasının ilkin şərtidir. İlkin şərtlərin aşkar olunmasından dünyanın vəhdəti və onun tamlığı probleminin bilavasitə öyrənilməsinə keçmək – hərəkət edən materiya, onun varlığının forması kimi məkan və zaman haqqında danışmaq lazımdır.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə