M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə50/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   46   47   48   49   50   51   52   53   ...   184
muhazire FELSEFEyeni

MATERİYA
Son dərəcə ümumi mücərrədlik kimi çıxış edən varlıq kateqoriyası mövcudluq əlamətlərinə görə ən müxtəlif hadi­sələri, predmetləri və prosesləri – təbiət obyektlərini, onların xassələrini, əlaqə və münasibətlərini, insan kollektiv­lərini və ayrı-ayrı adamları, sosial institutları, insan şüurunun vəziy­yətini və s. özündə– birləşdirir. Bütün mövcud olanlar – bizim də məxsus olduğumuz dünyadır.

Varlığın əsas sahələrini (təbiət, cəmiyyət, şüur) ayırmaqla biz qeyri-iradi olaraqbelə güman edirik ki, bu sahəyə daxil olan müxtəlif hadisələr proseslər bəzi ən ümumi əsaslarla birləşirlər. Bununla belə bir sual yaranır: bu sahələri birləşdirən nəisə ümumi bir şey varmı, dünyanın sonsuz müxtəlifliyi haqqında danışmaq olarmı?

Belə vəhdət ideyası bütün mövcud olanların ən ümumi əsası haqqında baxışlara gətirib çıxarır – bunu ifadə etmək üçün fəlsəfədə substansiya kateqoriyası (substantia latın sözü olub - əsasda olan şey deməkdir) işlənib hazırlanmışdır. Sub­stan­siya konkret şeylərin, hadisələrin, proseslərin müxtə­lifliyinin daxili vəhdətini ifadə edir – şeylər, hadisələr proseslər onun vasitəsi ilə və onunla mövcuddurlar.

Biz substansiyadan çıxış edərək dünyanın vəhdətini izah edən təlim monizm fəlsəfəsinə aiddir. Ancaq substansiyanın anlaşlımanın özü müxtəlif ola bilər: substansiya kimi materiya və ruhu düşünmək olar. Buna uyğun olaraq materialist monizmi (məsələn, Fales, Heraklit, Spinozanın təlimləri) və idealist monizmi (məsələn Platonun, Hegelin fəlsəfəsi) fərq­ləndirmək lazımdır. Monizmin əksi kimi dünyanın dualist şərhi dayanır – bu şərhə görə dünya mövcud olan iki başlanğıcdan – maddi və ideal – yaranmışdır. Maddi olan cisim – predmet reallığının sahəsini, ideal isə ruhlar sahəsini özündə birləşdirir.



Marksizim-leninizm fəlsəfəsi ənənəvi fəlsəfi materialist mo­nizm ənənələrini davam etdirmişdir – bu o deməkdir ki, o varlığın müxtəlifliyinə bütün təzahürləri ilə birlikdə maddi vəhdət nöqteyi- nəzərindən yanaşmışdır. Şüur isə substansiya kimi yox, materiyanın quruluşunun yalnız ali formasına xas olan materiyanın xüsusi xassəsi kimi başa düşülür. Strukturluq hərəkət, məkan və zaman materiyanın atributları kimi verilir –bunlar materiyanın xassələridir, onlarsız materiya mövcud ola bilməz. Bununla belə bu xassələr materiyadan ayrı ola bilməz­lər.

Yaşadığımız və bir hissəsi olduğumuz dünya maddi aləm­dir – o müxtəlif predmetlərdən və proseslərdən təşkil olun­muşdur, onlar bir – birinə çevrilir, yaranır və yox olur, şüu­ru­muzda inikas olunur, ondan asılı olmayaraq mövcuddur. Bu predmetlərdən heç biri ayrıca götürülmüş şəkildə materiya ilə eyniləşdirilə bilməz, lakin onların, əlaqələri də daxil olmaq­la müxtəlifliyi maddi gerşəkliyi təşkil edirlər.

Materializmin ilkin mərhələlərində materiya şeylərlə yanaşı mövcud olan, konkret şeylərin yarandığı və yox olduğu bəzi cisimlər kimi qəbul olunurdu. Dialektikmaterializm materiyanın substansiallığı haqqında başqa baxışları inkişaf etdirən – ona vahid maddi aləmin sonsuz inkişaf edən müx­təlifliyi kimi baxmağa başladı. Bu nöqteyi-nəzərdən materiya konkret obyektlərlə yanaşı deyil, yalnız onların müxtəlifliyi, onlar vasitəsi ilə mövcuddur.

Varlığın müxtəlif formalarından fəlsəfənin diqqət mərkə­zində həmişə maddi və ideal dayanır – bununda sadə izahı vardır. Nə deyilsə də fəlsəfə üçün ən maraqlı tədqiqat predmeti – insan, onun həyatının quruluşu və mənasıdır. “İnsan nədri?” sualı isə insanın mövcudluğunun spesifikliyini ayrımağı, yəni insanı yerdə qalan dünyadan fərqləndirən keyfiyyətləri nəzərdə tutur. İlk bu cür keyfiyyət, əlbəttə ki, bizim əqlimiz şüuru­muzdur. Maddi və idealın məşhur fəlsəfi əksliyinin mənbəyidə buradadır. Filosoflar insan varlığının özündə məxsusluğunu idealı (əql, şüur) maddiyə (yerdə qalanlara) qarşı qoymaqla göstərirlər. Ona görə də “materiya” və “şüur” kateqoriyaları labüd olaraq ön plana keçirilir, onları fəlsəfi düşüncənin əsası hesab edirlər. Biz də bu kateqoriyalardan birinin - “materiya­nın” məzmununu izah etməyə çalışacağıq.

Materiya” anlayışı dünyada mövcud olan hər şeyin başlanğıc vəhdətini aydınlaşdırmağa, şeylərin və hadisələrin müxtəlifliyini bir ümumi, başlanğıc əsasa gətirməyə cəhddən yaranmışdır. Tutaq ki, biz çoxlu ağac və gildən hazırlanmış predmetlər tanıyırıq – onlar sonsuz dərəcədə müxtəlif ola bilərlər, lakin onları başlanğıc əsas, onların hazırlandıqları materiallar birləşdirir. (Yeri gəlmişkən “materiya” sözünün etimoloji kökü yunan dilindən tərcümədə ağac, salınmış meşə mənasını verir – qədim yunanlar öz gəmilərini bu ağaclarla düzəltmişlər). Düşüncələrimizi davam etdirərək belə güman etmək olar ki, bütövlükdə dünyanın, yəni istisnasız olaraq bütün predmetlərin və hadisələrin hansısa vahid əsası, “yaran­dıqlar” ilkin “materialı” vardır.

Fəlsəfə tarixindən xatırlayırıq ki, antik yunanlarda dünya­nın ilkin əsası kimi su (Fales), hava (Anaksimen), od (Herak­lit), o cümlədən bu ünsürlərin hamısı birlikdə (Empedokl) ar­dı­cıl olaraq iddaçı olmuşlar. İlkin baçlanğıca ideal xarakter ver­məyə göstərilən cəhdlər də (Platonda “eydoslar”, Anaksa­qorda “nus”, yəni əql və s.) az əhəmiyyət kəsb etmir. Bu baxımdan ən uğurlu konsepsiyalardan biri də əsas ideyaları müasir dünya­gö­rüşə daxil olmuş Demokritin atomist fərziy­yəsidir.

Bir az sonra güman olunan ilkin başlanğıcı ifadə etmək üçün “substansiya” anlayışından istifadə olunmağa başlandı. Fəsləfədə substansiya kateqoriyası müxtəlif şeylərin proses­lərin və hadisələrin başlanğıc daxili vəhdətini və ilkin əsasını ifadə etmək üçün bu gün də istifadə olunur: konkret şeylər yaranır və yox olur, onların mövcudluğu digər şeylərlə şərtlənir. Onların baza əsası isə - substansiya – yaradılmayan və yox olmayandır, o özündən başqa heç nə ilə şərtlənə bilməz.

Materiya kateqoriyası əsaslı fəlsəfi anlayışdır. Onun ən uğurlu tərifini V.İ. Lenin “Materializm və empriokritizm” ki­ta­bın­da vermişdir: “Materiya insan duyğuları ilə verilən, duy­ğu­la­rımızdan asılı olmayaraq mövcud olan duyğularımızda şəkli alı­nan, əksi alınan, obyektiv reallığı əks etdirən fəlsəfi ka­te­qo­ri­yadır”. Bu tərifdə iki əsas əlamət ayrılır: birincisi materiya şüu­rumuzdan asılı olmayaraq mövcuddur, ikincisi, duy­ğu­la­rı­mız­la əksi, şəkli alınır. Birinci əlamət şüura nisbətən ma­te­ri­ya­nın birinciliyini qəbul edir, ikinci isə maddi aləmin dərk olu­nan­lığını bildirir. Beləliklə, materiyanın tərifi fəlsəfə­nin əsas mə­sələsinin materialist həllinin yığcam şərhini göstə­rir. Ona görə də o bir tərəfdən materializm, digər tərəfdən isə idealizm və aqnostisizm arasında olan sərhəd xəttini ayırmağa imkan verir.

Təbiətşünaslıqda uzun illər (XVII əsrdən XIX əsrin sonla­rına qədər) atomlar materiyanın bölünməsinin son həddi hesab olunurdu, onun məhv olunmazlığı isə atomların kütləsinin saxlanılması ilə əlaqələndirilirdi. Burada məntiq belə idi: əgər atomlar bölünməzdirsə, onda materiyanın kəmiyyəti burada eyni qalırdı. Nyuton fizikasında bu kəmiyyət xüsusi fiziki böyüklüklə xarakterizə olunurdu. Fizikada kütlənin digər tərifləri də verilirdi. (məsələn, kütlə ətalətin ölçüsüdür və s.). Ancaq kütlənin materiyanın kəmiyyəti kimi şərh edilməsi uzun illər dünyanın elmi mənzərəsini təmin edən əsas kimi qəbul olunmuşdur. Atomların bölünməzliyi onların təbiətdə sayla­rının daimi qalması, həm də sonsuz sayda çox olması demək idi – deməli onların toplanmış kütləsi də saxlanılır, materiyanı qorunması kimi şərh olunurdu.

Bütün bu ideyalar atomların bölünməsini göstərən hadi­sə­ləri düzgün izah etməyə mane olurdu. 1896-cı ildə A.Bekkerel tərəfindən aşkar olunan radioaktivlik hadisəsi altı il özünə zidd olan izahını tapmadı. Dramatik vəziyyət yaranmışdır - əgər uran və digər radioaktiv maddələr daimi olaraq öz nüvəsindən enerji verirsə bu haradandır? Müəyyən olunmuşdur ki, bu şüalanma əvvəllər udulan enerjidən ayrılan kimi izah oluna bilməz. Əgər güman etsək ki, atomlar heç haradan almadan enerji verirlərsə, onda enerjinin saxlanılması qanunu pozulur. Yalnız 1902-ci ildə E.Rezerford və F.Soddi bu paradoksuhəll edə bildilər. Onlar sübut etdilər ki, radioaktivlik atomların kortəbii dağılması və kimyəvi elementlərə çevrilməsinin nəti­cəsidir. Atomların bölünməsi fərziyyəsini irəli sürmək üçün Rezerford və Soddi atomların bölünməzliyini materiyanın saxlanılması iləeyniləşdirən materiyanın metafizik konsepsi­yasını atmalı idilər. Hələ tələbəlik illərində E.Rezerford təbiətin bütün obyektlərinə təkamül nəticəsi kimi baxmaq ideyasını irəli sürmüşdür. Əgər atomlar haqqında baxışlara bu mövqedən yanaşılsa onda atomlara əvvəlcədən verilən, dünyanın dəyişməz “kərpicləri” kimi yox, digər obyektlərdən yaranan kimi baxmaq lazım gəlir.

Bu fəlsəfi fərziyyə atomların bölünməsinin kəşfi üçün ilkin şərt oldu. Bu mütərəqqi elmi ideyalara və onların dialektik ümumiləşməsinə əsaslanan materiyanın anlaşılmasına yeni yanaşmanın nəticəsi oldu. Rezerford öz mühakimələrində fəlsəfi fikirin əvvəlki tarixlərdə qət etdiyi yolun hansısa xüsu­siyyətlərini təkrarlamış oldu: materiyaya dialektik-materialist baxışların inkişafında mühüm rolu XIX əsrdə olmuş təbiətşü­naslıqdakı böyük kəşflərin mənimsənilməsi oynadı – bunların içərisində Ç. Darvinin nəzəriyyəsi mühüm yer tuturdu. Mate­riyaya metafizik baxışların dəf edilməsində yalnız atomların bölünməsinin kəşfi deyil, həm də bu kəşfin sonrakı düzgün şərhi mühüm şərt oldu. XIX əsrin sonu XX əsrin əvvəllərindəki təbiətşünaslıqda olan inqilab dövründə dünyanın elmi mənzə­rəsinə atomların bölünməsi və strukturluq prinsipinin daxil edilməsinin qiymətləndirilməsi ilə bağlı ciddi çətinliklər yarandı. O dövrdə fiziklər arasında materiyanın məhv olmama­sının atomların dağılmaması ilə eyniləşdirilməsi kimi hakim fikir kimi materiyanın yox olması atomların bölünməsinin şərhinə gətirib çıxardı.

“Materiya” - bizim təfəkkürün ən ümumi kateqoriya­ların­dan biridir, daha çox mücərrəd və “boşdur”. Bu deyilənlərin mənasını izah etmək üçün ümumi anlayışların yaranması yolunun sxemini təsəvvür edək “Anlayış” deyərkən ümu­miy­yətlə fikri yaradılma başa düşülür – burada bir sıra predmetlər onların ümumi əlamətləriniqeyd etməklə ümumiləşdirilir. Anla­yışın yaranması prosesi mücərrədləşdirmə “yəni yayın­dırma” adlana bilər. Burada predmetlərdə olan bütün əsassız, təkcə və təsadüflərdən “yayınma”, və buna müvafiq olaraq əsaslı, ümumi və zəruri olanların ayrılması baş verir. Lakin predmetlərin ümumiləşdirilmiş siniflərində bu və ya digər əlamətlərin ümumilik səviyyəsi müxtəlif ola bilər.

Bir anlıq özümüzü yararlı bir meşədə təsəvvür edək. Biz orada nə aşkar edə bilərik? Əvvəlcə bizim şüurumuz konkret palıd, cökə, şam ağaclarını və onlara oxşar olan obyektləri qeydə alır, ilk mücərrədliyi – “ağacı” yaradanümumi əlamətləri ayırır. Bu anlayışda konkret ağacların spesifik əalmətləri (yarpaqların forması, gövdənin rəngi, budaqların keyfiyyəti və s.) yox olur, ümumiyyətlə istənilən ağaca xas olan ən ümumi əlamətlər qalır. Konkret otlara, güllərə, kollara qarşı da bu cür mücərrədləşdirmə əməliyyatı apara bilərik – nəticədə müəyyən səviyyədə ümumiliyi olan anlayışları ala bilərik. Bu anlayışı daha sonra ümumiləşdirmək olarmı? Hələlik bəli Bütün bitkilər üçün ümumi olan əlamətləri ayırmaqla növbəti anlayışı – ümumiliyin daha yüksək səviyyəsini – “floranı” yaratmış oluruq. Burada da öz növbəsində bütün konkret xassələr və buna müvafiq olaraq güllərin, ağacların fərqləri yox oldu – yalnız az sayda əlamətlər tutaq ki, bitkini heyvanlardan ayıran əlamətlər qaldı. Bizim təsəvvür etdiyimiz meşəninheyvanlar aləmində də bu cür mücərrədlik “pilləkəni” yaratmaq olar – bu da “fauna” anlayışının yaranmasına gətirib çıxaracaqdır. Daha sonra ümumiləşmə aparmaqla, flora və fauna üçün ümumi olan əlamətləri saxlamaqla biz daha böyük mücərrədlik (məzmunca zəif, konkret əlamətlərdən məhrum olan) – “biosenoz” anlayışı alırıq – beləcə prosesi davam etdirmək olar.

Lakin “prosesi davam etdirmək” heç də sonsuzluq demək deyildir. Bizim anlayışların ümumiləşdirmə, mücərrədləşdirmə səviyyələrinin artımının da bir həddi var. Ümumiləşdirilən obyektlərin bütün konkret əalmətləri atıldıqdan sonra və alınan anlayışda yalnız bir əlamət (əlamətsiz ümumiyyətlə anlayış yoxdur), bütün predmetlər üçün ümumi olan əlamət qaldıqda – bu “materiya” anlayışı olacaqdır. Son dərəcə mücərrəd və “boş”. Onun yeganə əlaməti – obyektiv reallıq olmasıdır, yəni bizim şüurumuzdan asılı olmayaraq mövcud olmasıdır.

Anlayışın bu cür kasıb məzmunca onun heç nəyə qadir olmamasını, zəifliyini göstərmir. Bu yalnız reallığın ümumiləş­dirilməsinin səviyyəsinin göstəricisidir. Bu cür son dərəcə ümumi anlayışlarda (onlar kateqoriyalaradlanır) reallıq sanki “çevrilib” seçilməyəcək dərəcədə “sıxılıb”, ancaq o, necə de­yər­lər, “potensial” formada mövcuddur. Bu cür ümumi anla­yışın “bükülməsi” onun konkretləşdirilməsi, ən ümumi olsa da, artıq çoxlu əlamətlərə malik olması deməkdir.

Materiya anlayışının konkretləşməsi yolunda ilk addım obyektiv reallığın mürəkkəb quruluşunun qəbul olunmasıdır – onun tərkibində maddi obyektlər (şeylərə), onların xassələri və münasibətləri fərqlənirlər. Bizə məlum olan dünyada hansı predmet və hadisəni götürsək o ya mütləq cisim, ya xassə, ya da münasibət olacaqdır.

Özlüyündə aydındır ki, maddi aləmin bu üç parametrləri (cisim, xassə, münasibət) sıx sirətdə bir-biri ilə bağlıdırlar. Aydındır ki, cisim o vaxt özü olur ki, onda müəyyən xassələr olur, məhz bu xassələrə əsasən onu digər cisimlərdən fərq­ləndirmək olur. Heç bir xassəsi olmayan cisim təsəvvür etmək olmaz. Həm də əksinə: cisimdən kənarda öz-özünə xassə də ola bilməz. Xassə həmişə predmetin hər hansı tərəfinin ifadəsidir, onun xüsusiyyətidir. Bu vaxt hər cür xassə (deməli, həm də predmetin özü) başqasına münasibətdə, yəni başqa xassələrə və ya cisimlərə münasibətdə mövcuddur.

Əgər son fikir sizə əsaslı görünmürsə, ağlınıza batmırsa hər hansı cismi (tutaq ki, kitabı) təsəvvür edin: əgər hər şey yox olsa və həyatda yalnız bu cisim qalsa, o böyük və ya kiçik, ağır və ya yüngül, ağıllı və ya səfeh ola bilərmi? Əlbətdə yox, axı “böyük” və ya “ağır” olmaq üçün o başqası ilə müqayisə olunmalıdır, yəni başqasına münasibətdə ona qiymət verilmə­lidir. Əgər bu “başqa” yoxdursa, deməli, münasibət də yoxdur, deməli, heç xassə də ola bilməz. Beləliklə, cisimlər, onların xassələri və münasibətlər maddi varlığın əsaslı strukturunu yaradır.

“Materiya” anlayışının konkretləşdirilməsində növbəti ad­dım bütün maddi obyektlərə bir sıra ümumi atribut xassələrin şamil olunmasıdır. (Fəlsəfədə “atribut” sözü elə xassəni ifadə edir ki, onsuz maddi obyekt mövcud ola bilməz). Materiyanın bu cür atribut xassələrinə adətən:

- sistemliliyi (nizamlama, strukturmüəyyənliyi);


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə